Məhkəmə qərarları › İş №2(027)-2640/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2640/2021

10.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2640/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Yunis qızının maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Yunis qızı maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzi əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Yunis qızına ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Yunis qızının maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Yunis qızına izah edilsin ki, ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar