Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-265/2024 12.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı1, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdeh İddiaçı2, Quba Regional ASA Xidmət Mərkəzi Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlaka tam paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsindən 26 fevral 2016-cı il tarixdə vəfat etmiş miras qoyan Babaşov Sübhan Teyyubşah oğluna düşən paydan ibarət miras əmlaka vərəsəlik üzrə tam paylarının müəyyən olunması barədə qətnmaə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırda mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar iddiasının baxılmamış saxlanmasını və iddia sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh2 hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh İddiaçı2, Quba Regional ASA Xidmət Mərkəzi Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlaka tam paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı1 cavabdeh İddiaçı2, Quba Regional ASA Xidmət Mərkəzi Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlaka tam paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-265/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-265/2024
12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver