Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2661/2025 27.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 yanvar 2025-ci il tarixli, “0431449” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən qaz sayğacın üzərinə maqnit qoyulması və qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.
2. Azəriqaz İB ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən **********00400 saylı abonent kodu üzrə qaz itkisi 1.6x12x90=1728 kub.m 3.5x12x88=3696 kub.m, cəmi 5424 kub.m hesablanmışdır.
4. Abonent saldosuna əsasən Quba rayonu, İqriq kəndində yerləşən yaşayış evinə aid **********00400 saylı abonent kodu (İddiaçı) üzrə itirilmiş qazın bərpası üçün 650.88 manat məbləğində borc hesablanmışdır.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 27 yanvar 2025-ci il tarixli № ******* saylı aktının və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 650.88 (altı yüz əlli manat 88 qəpik) manat məbləğində cərimənin iddiaçının **********00400 saylı abonent hesabımdan silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu İqriq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Hər ay qaz pulunu ödəyir. Sayğac atası Dilman Zeynalovun adına olub. Atası dünyasını dəyişib. Bundan sonra "Azəriqaz"-la onun arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tələbnamədə də onun adı qeyd olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən bu ilin yanvar ayında sayağaca baxış keçirmişdir. Təxminən 2 il əvvəl Cavabdeh əməkdaşları onun qaz sayğacına baxaraq onun laboratoriyaya gedib yoxlanılmalı olduğunu bildirdilər. O, buna əvvəlcə etiraz etsə də sonradan ona razılaşmışdır. Smart sayğac idi. Təxminən 6-7 aydan sonra o özü gedib maraqlanmışdır. Ona məlumat vermişdirlər ki sayğacda heç bir nöqsan yoxdur. Hal-hazırki, mexaniki sayğacı isə onun üçün müvəqqəti qoymuşdular. Lakin sonradan o öz əvvəlki sayğacını istəsə də onu gətirmədilər və ya başqa smart sayğac qoymadılar.İddiaçı O vaxtdan bu günə kimi mexaniki sayğac istifadə edir. O onun üzərinə heç bir maqnit və ya başqa bir əşya yerləşdirməmişdir. Evində bir müddət kirayəçilər qalıb. Onlardan da soruşmuş, lakin onlar da belə bir addım atmamışdılrar. O və ailəsi sayğaca heç bir müdaxilə etməyib. Halhazırda özü və ailəsi ilə həmin evdə qalırlar. O, sayğacda belə bir nöqsan olduğunu ancaq müvafiq qurumun əməkdaşlarından öyrənmişdir. O, qeyd edir ki, əgər belə bir hərəkət etsə idi yoxlama gələndə maqniti çıxardardı. Bir müddət sonra ona məlum olmuşdur ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 27 yanvar 2025-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında qaz sayğacın üzərinə maqnit qoyulması və qazdan qeyriqanuni istifadə edildiyi qeyd olunmuşdur. Belə bir hal baş verməyib. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Buna ehtiyacı da yoxdur. Heç kim də ondan icazəsiz sayğaca toxunmur. Onun üzərinə maqnit qoymaq heç onun ağlına da gəlməyib. Cərimə olaraq hesablanmış 650.88 (altı yüz əlli manat 88 qəpik) manat cərimə borcunu qəbul etmir. Onun cərimə borcu düzgün deyil. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etdilər. O həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Əlavə olaraq qeyd edir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Küçədə olduğu üçün ona hər hansı kənar şəxs də müdaxilə edə bilər, üzərinə nəsə qoya, toxuna bilər. Buna da abonent cavabdehlik daşımır. Ona görə də qeyd edilən aktla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 9.İş üzrə Cavabdeh İB müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. 10.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
14.Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, eyni zamanda cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanlarına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Lakin hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. 15.Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, həmin aktın sübut əhəmiyyəti inzibati xəta üzrə və ya cinayət təqibi üzrə İcraat zamanı kimi yoxlanıla bilər. Bu halda isə həmin akt iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir.
16. İddiaçı iddia ərizəsində 27 yanvar 2025-ci il tarixdə ******* nömrəli aktın və xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpa edilməsinə dair tələbnamənin ləğv edilməsi tələbini də irəli sürmüşdür. 17.Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün ləğv edilməsi iddiaçının hüquqi marağına uyğun deyildir.Odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır.
Vİ Nəticə
18. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün 27 yanvar 2025-ci il tarixli, “0431449” nömrəli akt əsasında hesablanmış 650.88 (altı yüz əlli manat, səksən səkkiz qəpik) manat məbləğində borc **********00400 saylı abonent hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 650.88 (altı yüz əlli manat, səksən səkkiz qəpik) manat məbləğində borc **********00400 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli