Məhkəmə qərarları › İş №2(027)-2669/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2669/2022

28.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2669/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı maraqlı tərəf X1 Xidməti Notariat Ofisinə qarşı “mirasın qəbul etmə müddətinin bərpa edilərək vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə” dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı maraqlı tərəf X1 Xidməti Notariat Ofisinə qarşı “mirasın qəbul etmə müddətinin bərpa edilərək vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının ata adı göstərilməmiş, cavabdeh X1 Xidməti Notariat Ofisi maraqlı tərəf kimi qeyd edilmiş və iddia ərizəsində xahiş edirəm hissəsi qeyd edilməmiş, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1,152.1.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı maraqlı tərəf X1 Xidməti Notariat Ofisinə qarşı “mirasın qəbul etmə müddətinin bərpa edilərək vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə” dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar