Məhkəmə qərarları › İş №2(027)-269/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-269/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-269/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın məsələləri Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X22 Ərizəçi, JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ərizəçi və X4na Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Quba rayonu Uzunmeşə kəndi ərazisindən 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların adına JN:0008 Kod 30306038 saylı Torpağa Mülkiyyət Hüququna X24 verilmişdir. X19 anasının soyadı, adı və atasının adı, eləcə də özünün soyadı düzgün qeyd olunmuş, lakin adı Əliheydər əvəzinə Heydər kimi, atasının adı Sultanhəmid əvəzi Sultan kimi səhvən qeyd edilmişdir. Bundan başqa, o. Ərizəçi və X4na Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Quba rayonu Uzunmeşə kəndi ərazisindən 0,07 ha fərdiy yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş və onların adına JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı, adı və atasının adı, eləcə də anasının soyadı və adı düzgün qeyd olunmuş, lakin atasının adı Balaqadaş əvəzinə Balacadaş kimi səhvən qeyd edilmişdir. X4 28 yanvar 2002-ci il tarixdə vəfat etmiş, hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Bunun üçün hüquqmüəyyənedici sənədlərimi DƏDRX-nın 5 saylı Əİ-nə təqdim edib. DƏDRX-nın 25.09.2020-ci il tarixli **********19 dz **********30 saylı məktubları ilə mənə Dövlət Aktında ad və ata adında olan uyğunsuzluğa görə Çıxarışın verilməsinin mümkün olmadığı izah olunaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X22 Ərizəçi, JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın məsələləri Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın məsələləri Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X13 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi, X7 isə nənəsidir.Əmisi Əliheydər hazırda xəstədir və ona görə məhkəməyə gələ bilmir. X15 Mülkiyyət Hüququna X24 verilən zaman onun adını və atasının adını səhv yazmışlar. X3 2002-ci ildə rəhmətə gedib və ona Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilən zaman atasının adı Balacadaş kimi səhv yazılmışdır. Məhkəmə şahid X11 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Uzunmeşə kəndində qeydiyytdadır. İş materialında olan AZ N 144275 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28.01.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ******* təvəllüd şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi anası qrafasında X7 qeyd olunmuşdur. İş materiallarında olan, JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X23 Ərizəçi “X12” kimi yazılmışdır. İş materiallarında olan, JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X2 “X8” kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 25.09.2021-ci il tarixli məktubda JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X23 ad və soyadlarda yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X22 Ərizəçi, JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-0008 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X22 Ərizəçi, JN:036A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar