Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-270/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın məsələləri Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X9 və JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi göstərdi ki, ona Quba rayonu AİK-nın 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Quba rayonu Uzunmeşə kəndi ərazisindən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adına JN:0007 Kod 30306038 saylı Torpağa Mülkiyyət Hüququna X11 verilmişdir. X7 soyadı və adı düzgün qeyd olunmuş, lakin atasının adı Sultanhəmid əvəzi Sultanəhməd kimi səhvən qeyd edilmişdir. Bundan başqa, Quba rayonu AİK- nın 15 avqust 1997ci il tarixli 08 nömrəli qərarı ilə Quba rayonu Uzunmeşə kəndi ərazisindən 0,15 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş və adına JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı düzgün qeyd olunmuş, lakin adı Surə əvəzinə Soğra kimi, ataın adı Sultanhəmid əvəzi Sultanəhməd kimi səhvən qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Bunun üçün hüquqmüəyyənedici sənədlərini DƏDRX-nın 5 saylı Əi-nə təqdim edib. DƏDRX-nın 25.09.2020-ci il tarixli **********29 və **********26 saylı məktubu ilə ona Dövlət Aktında və şəhadətnamədə ad və ata adında olan uyğunsuzluğa görə Çıxarışın verilməsinin mümkün olmadığı izah olunaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olub. Qeyd edi ki, Dövlət Aktını və Şəhadətnaməni verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Göstərilənləri nəzərə alaraq, JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X9 və JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bibisidir. Bibiisi Ərizəçi Torpağa Mülkiyyət Hüqüqüna X11 və Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilən zaman adı və atasının adı səhv yazılmışdır. Məhkəmə Ərizəçi və şahid X4 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçioğlu Quba rayonu Uzunmeşə kəndində qeydiyytdadır. İş materiallarında olan, JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X10 Ərizəçi ata adı səhv olaraq “Sultanəhməd” kimi yazılmışdır. İş materiallarında olan, JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə Ərizəçi səhv olaraq “X1” kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 25.09.2020-ci il tarixli məktubda JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 25.09.2020-ci il tarixli məktubda JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X10 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X9 və JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-007 KOD 30306038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X9 və JN 022A Kod 30306038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-270/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-270/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver