Məhkəmə qərarları › İş №2(027)-270/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-270/2024

01.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-270/2024 01.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların səlahiyyətli nümayəndəsi, həmçinin İddiaçı2 vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı tərəf Maraqlı şəxs göstərilməklə, Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Maraqlı şəxsndə mənimlə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Maraqlı şəxsndə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı- satqısına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsini qanunauyğun sayır. İddia tələbi onunla əsasladırılmışdır ki, o, İddiaçı2 17 oktyabr 2023-cü il tarixdə Quba Regional "ASAN Xidmət” Mərkəzində notariat ofisində Cavabdeh qızma İddiaçı1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsini baş etibarnamə əsasında 21.000 (iyirmi bir min) manata razılaşaraq xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı alqı-satqını həyata keçirmişdir. Alqı-satqını 1 gün ərzində qurtarmaq məqsədilə cavabdeh ilə razılaşdılar ki, pulu banka köçürməmək üçün alqı-satqı müqaviləsində əmlakın dəyərini 5200 (beş min iki yüz) manata qeyd etməyi razılaşdıq və notarius da alqı-satqını təsdiq edərək, onlara təqdim etdi. Cavabdeh Quba Regional "ASAN Xidmət” Mərkəzində notariat ofisinə gələrkən əl çantasında pulu ona göstərərək, bildirdi ki, pul ondadır, alqı-satqını rəsmiləşdirək, o imza etsin, sonra ona pulu verəcək. Alqı-satqı müqaviləsini təsdiq etdikdən sonra cavabdeh ona bildirdi ki, onun 11.000 (on bir min) manat borcu var. O, da ona yəni iş üzrə cavabdehə bildirmişdir ki, onun heç bir borcu yoxdur, belə ki, onunla aralarında əvvəlki alqı-satqı ilə əlaqədar, torpaq sahəsinin sənədlərini ona deyil, torpaq sahəsini mülkiyyətçisi X2 qaytardığından onların aralarında heç bir borc məsələsi qalmadığını bildirdi. Qeyd etmək istəyir ki, Cavabdeh qabaqcadan düşünülmüş şəkildə bu hərəkəti etmişdir və ona yuxarıda qeyd etdiyi xx.xx.2023-cü il tarixli AN-1 №li ******* saylı alqı-satqı müqaviləsini onu şirinikləndirərək həyata keçirmişdir. Cavabdeh alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra ona, ümumiyyətlə pul vermədən çıxıb getmiş və bundan sonra da telefonlarına da cavab verməmişdir. Qeyd etmək istəyir ki, torpaq sahəsinin mülkiyyətçisi İddiaçı1 ondan 21.000 (iyirmi bir min) manat pulu tələb edir. O, cavabdehin bu hərəkətindən sarsılaraq, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin İddiaçı1 Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir və hal-hazırda Polis Şöbəsində araşdırma aparılır. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsi ləğv edilməlidir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Maraqlı şəxsndə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddianı qəbul etmir. İddia tələbi ona qarşı hissədə qanunsuz və əsassıdır. Belə ki, uzun müddətdir ki. Quba rayonu İ Nügədi kəndində yaşayır. Yaşadığı ev yararsız olduğundan, uzun müddətdir ki, xadiməlik edərək pul yığırdı ki, özünə torpaq sahəsi alsın ev tiksin və ya torpaq sahəsi evlə birlikdə alsın. Bu məqsədlə Quba şəhərində olan satılmalı torpaq sahələri, evlərlə ilə maraqlanırdı. Tanışları ona Məmməd adlı şəxsin makler olduğunu, onda satılmalı torpaq sahələri və evlərin olduğunu bildirdilər. O, Məmmədlə görüşdükdən sonra ona çoxlu evlər və ya torpaq sahələri göstərirdi. Göstərdiyi evlər və ya torpaq sahələri ya baha olurdu, ya da yararsız olurdu. 2023-cü ilin oktyabr ayında Məmməd ona Quba rayonu, Timiryazev kəndində torpaq sahəsi və üzərində tikilən fərdi yaşayış evini göstərdi. O, ona evin qiymətini soruşdu. O ona evin qiymətinin 40000 (qırx min) manat məbləğində olduğunu dedi. O, gücü çatmadığını dedikdən sonra 38000 (otuz səkkiz) manata razılaşdıq. 17 oktyabr 2023-cü il tarixində Quba rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağladıq. Evi aldıqdan sonra düşündü ki, bir otağını təmir edib yaşayar. O, İddiaçı2 5800 manat, 2000 manat, 8000 manat, 7800 manat, 8000 manat, 3000 manat, 4000 manat cəmi 38600 (otuz səkkiz min altı yüz) manat məbləğində pul vermişdir. O, digər İddiaçı1 tanımır. O, sonradan bilmişdir ki, İddiaçı2 belə işlərlə məşğuldur. Bir çox insanları aldatmış, məhkəmələrdə bu tip işləri vardır. o, həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. Torpaq sahəsini qanuna uyğun olaraq almışdır. Ümumiyyətlə hər bir torpaq alıcısı kimi o, də ilk əvvəl torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə maraqlandı. Həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış olduğunu gördü. Həmin sənəd isə torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən dövlət tərəfindən verilmiş sənəddir. Necə ki, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq insanda şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, xarici pasport alan zaman onun qanunsuz və ya həqiqi olmamasına dair heç bir şübhə olmadığı üçün, həmçinin də torpaq sahəsinə dair çıxarışın qanunsuz və ya həqiqi olmamasına dair heç bir şübhə ola bilməzdir. Göründüyü kimi o, torpaq sahəsinin vicdanlı alıcısıdır. İddia tələbi təmin edilməməlidir. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, vicdanlı alıcının hüquqları saxlanılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, Quba rayonu, Timiyazev kəndində yerləşən həyətyanı torpaq sahəsini satmaq üçün elan vermişdir, bir müddətdən sonra Məmməd adlı şəxs ona zəng edərək elanda göstərilən torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bakı şəhərində yaşadığından, torpaq sahəsini satmaq üçün Quba rayonuna gəlmiş və Məmməd adlı şəxslə görüşərək torpağı 18000 manata satacağı barədə razılaşmışdır. Daha sonra Məmmədlə Quba rayonunda yerləşən ASAN Xidmətin qarşısında görüşmüşdür ki, satacağı torpaq sahəsinin alqı-satqısını həyata keçirsinlər. Həmin vaxt Məmməd ona bildirmişdir ki, torpaq sahəsini qohumu üçün alacaqdır ona görə də baş etibarnamə verməsini xahiş etmişdir. O da Məmmədə baş etibarnamə vermişdir. Məmmədin yanında bir qadın olduğunu görmüş və başa düşmüşdür ki, torpağı həmin qadın alır. Lakin baş etibarnamə verdiyindən ona maraqlı olmamışdır ki, həmin qadınla birbaşa alqı-satqı müqaviləsi bağlasın. Həmin müddət ərzində ASAN Xidmətin inzibati binasında gözləmiş, alqı-satqı baş tutduqdan sonra Məmməddən pulu istədikdə Məmməd ona bildirmişdir ki, pulun məbləği çox olduğundan qadın pulu evdə qoymuş və gətirməsi üçün evə getmişdir. Bir müddət də orda gözlədiyindən və iş saatının qurtardığını görmüş, Məmməddən pulu tələb etdikdə, o bildirmişdir ki, qadın telefona cavab vermir. O dərhal bu barədə ASAN Xidmətdə fəaliyyət göstərən notariusa məlumat vermiş ki, özünün adından verilmiş baş etibarnaməni ləğv etdirsin. Notarius ona bildirmişdir ki, artıq alqı-satqı baş tutmuş ona görə də etibarnamənin ləğv edilməsinin bir əhəmiyyəti qalmamışdır. Bunadan sonra o dərhal 102 Xidmətinə aldadılması barədə məlumat vermişdir. Mülkiyyətində olan torpaq sahəsinin satışından ona heç bir məbləğ ödənilməmişdir. Alqı-satqı baş tutmuş və müqavilədə niyə 5200 yazılbsa bilmir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirmişdir ki, daşınmaz əmlakın alqı-satqı işi ilə məşğul olur. Mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsi bağlanarkən, torpaq sahəsinin mülkiyyətçisi Əlidən baş etibarnamə ona görə almışdır ki, alqı-satqıda 3000 manat qazanc əldə edəcəkdir. Ona görə də satıcı və alıcı arasında torpağın alqı-satqısı ilə bağlı məbləği bilməmələrini istəmişdir. Alqı-satqı baş tutduqdan sonra, yəni müqavilə bağlandıqdan sonra Gülsarə ona və Əliyə heç bir ödəniş etməmişdir. Alqı-satqı müqaviləsində torpağın dəyəri 5200 manat yazılmasının səbəbini isə belə izah etmişdir ki, məbləğ çox yazılsaydı pul bank vasitəsi ilə köçürülməli olduğundan daha tez olsun deyə müqavilədə göstərilən məbləğ yazılmışdır. Nə alqı-satqı zamanı nədə ki alqı-satqıdan sonra Gülsarədən heç bir məbləğdə pul vəsaiti almadığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Məmməd makler işlədiyindən ona torpaq almaq istədiyini bildirmişdir. Məmməd ondan ümumilikdə 38600 manat pulu torpaq alqı-satqısı üçün alıb. Aralarında əvvəldə başqa ərazidə başqa şəxsə məxsus torpaq sahəsinin də alqı-satqısı olub lakin həmin alqı-satqı da müəyyən səbəblərə görə baş tutmamışdır. Ona görə də Məmmədin ona 38600 manat borcu qalmışdır. O, Məmməddən pulunu tələb etdikdə Məmməd ona başqa ərazidə torpaq satıldığını və həmin torpaq sahəsini almağı məsləhət bilmişdir. Bunda sonra Məmmədlə birlikdə gedib həmin yerə baxdıqdan sonra torpağı 38000 manata almağı razılaşdırmışlar. Torpağın əsl mülkiyyətçisini tanımır və alqı-satqını Məmməd etibarnamə əsasında etmişdir. Həmin günü 11000 manat pulu Məmməd ondan almış, sonra notariusa getmişlər. Müqavilədə 5200 manat yazılmasından onun xəbəri olmayıb. Qanunu bilmədiyinə görə bankla pulun ödənilməli olduğunu bilməmişdir. Notariat xərcələrini o ödəmişdir. Məmmədin Əliyə pul verməsini görməmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə qeyd olunan maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı2 tərəfindən baş etibarnamə əsasında 5200 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh mükliyyətindədir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surəitdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyşməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o hada əhəmiyyətli saylır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəratin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2, 422.2.1, 422.2.2 və 422.2.3-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişdirilmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər; müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqaviləin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozur və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavil bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəiklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyşdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, mübahisəli əmlakın tərəflər arasında alqı-satqısı baş tutsa da, həmin əmlakla bağlı ödənilməli olan məbləğ mülkiyyətçiyə ödənilməmişdir və bunu təkzib edən hər hansısa sübüt məhkəməyə təqdim olunmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 25955 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı2 etibar edənin səlahiyyətlərini Cavabdeh vermişdir. Cavabdeh X1 isə xx.xx.2023-cü il tarixli, **********27 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. İddiaçılar və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlansada müqavilədə göstərilən əmlakın dəyəri 5200 manat pulun əmlakın mülkiyyətçisi olan İddiaçı1 ödənilməmişdir və bunu təkzib edən hər hansısa sübut məhkəməyə təqdim edilmədiyindən alqı-satqı müqaviləsinin formal xarakterli olduğunu təkzib edilməz edir. Bundan başqa, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin (yarımçıq tikili) xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında dəyərindən aşağı qiymətə, yəni 5200 manata satılması əqdin qeyri-ciddi olmasını bir daha təsdiq edir. Həmçinin alqı-satqı zamanı alıcı və mülkiyyətçi Quba ASAN Xidmət Mərkəzinin inzibati binasında olsalar da alqı-satqının bir başa özləri arasında keçirilməsinə maraqlı olmamışlar. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra da alıcı satıcıya müqavilədə göstərilən əmlakın dəyərini ödəməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia təmin edilməli İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh arasında Maraqlı şəxsndə bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh arasında Maraqlı şəxsndə bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar