Məhkəmə qərarları › İş №2(027)-271/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-271/2024

19.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-271/2024 19.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü, ikinci dərəcəli əlil övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü övladı X5 uşaqlıqdan “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, psixi davranış pozuntusu, üzvi doğuş travması nəticəsində ağıl zəifliyi, İB-36 bal” diaqnozu əsasında ikinci dərəcə əlillik təyin edilmiş və o kənar şəxsin qulluğuna ehtiyacı olan, əmək qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Əqli fəaliyyəti normal olmayan xəstə olduğu üçün ona gündəlik olaraq o qulluq edir. Övladı özünü sərbəst idarə edə bilməyən şəxs olması səbəbindən onu o himayə edir. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailələri bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi tələbini müdafiə etmişdir. Quba rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin arayışından, doğum haqqında şəhadətnamənin surətindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçidur. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X2 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış və nikah Quba RİHB-nın İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 25 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında olan arayışından və əllik haqqında vəsiqədən görünür ki, X9 İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 114 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektoron arayışında“Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Psixi davranış pozuntusu. Üzvi doğuş travması nəticəsində ağıl zəifliyi” diaqnozu ilə ikinci dərəcəli əlil hesab edilməsi, Azərbaycan Respublikası TƏBİB ‘‘Quba rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Doğuş travması nəticəsində əmələ gələn orta dərəcəli əqli gerilik davranış pozulması ilə” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri- adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. X9 onda müəyyən edilən orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni övladı xx.xx.2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2004-cü il tarixdə Quba rayonunun İİ Nügədi kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar