Məhkəmə qərarları › İş №2(027)-2715/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2715/2022

30.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2715/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydalarının” tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın ləğv edilməsi tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, Cavabdeh İB-nin Quba QİS-inxx.xx.2022-ci il tarixli, ******* N°-li Aktla -”Fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydalarının” tələbinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə ounmasının aşkar edilməsi ilə əlaqədar tərtib olunan aktın qanunsuz hesab olunaraq ləğv edilməsinə və onun adına qeydiyyatda olan **********7 saylı sayğacla, hesablanmış 725 manat 76 qəpik borcun onun abonent hesabından ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azəriqaz” İstehsalat Birliyi iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı “Xaçmaz RQİİ- nin Quba XS-nin işçiləri tərəfindən abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və hesablanmış 725,78 manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş akta istinadən əsasız yazılmış 725,76 manat borc silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı Müqaviləs”inə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin qaz xətlərinə və qaz işlədici cihazlarına xx.xx.2022-ci il tarixdə Quba xidmət sahəsinin işçiləri tərəfindən baxış keçirilən zaman abonentin syğacdan kənar, həyətindən keçən aşağı təzyiqli paylayıcı xətdən götürməklə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. İddiaçı qanunsuz xəttlə təbii qazdan istifadə etməsi halı video çəkilişlə həyata keçirilmişdir (disk etiraza əlavə edilir). Abonentin borcu çox olduğuna görə təbii qazın verilişini dayandırmamaq məqsədi ilə onun üçün 3E Proqramına (ödənişin 50 %-nin borcdan çıxılması) keçirtmək şərti ilə SMART tipli sayğac quraşdırılmışdır. Bundan əvvəl də xx.xx.2019-cu ildə İddiaçı qaz xətlərinə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanmış, barəsində ******* saylkı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Dəfələrlə abonent üçün SMART tipli sayğac quraşdırılmışdır. Hal-hazırda İddiaçı təbii qazdan istifadəyə görə 1846,22 manat ödənilməmiş debitor borcu vardır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxanda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, yaşadığları Zərdabi kəndində, islahat zamanı ona ayrılmış pay torpağında, kənddən təqribən 1 km aralıda yerləşən meyvə bağlarında, bütün ailə üzvləri ilə işdə olmuşlar. Mart-aprel-may aylarında təsərrüfatlarına qulluq etməlidir ki, payızda məhsuldarlıq bol olsun. Həmən gün, onlar evdə olmadığı vaxt, Cavabdeh İB-nin X6 Sahəsinin əməkdaşları Xəlilov Cabir, Zeynalov Orxan və Sadıqov İsa - guya, evlərində baxış keçiriblər. Bu ixtiyarı onlara kimin verdiyini hələ də başa düşməsə də, Quba QİS-nin əməkdaşları qeyd edilən tarixdə, ******* Xk-li Akt tərtib ediblər. Hələ aktda-guya o aktı imzalamaqdan imtina etmişdir. Bundan əlavə, xx.xx.2022-ci ildə, X5 İstismar İdarəsi, “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən”, 6048 kub.metr həcmində “ziyan vurmuş”, 725 manat 76 qəpik cərimə tətbiq edib. **********07060 saylı abonent saldosunda - bu ilin aprel ayından 725 manat 76 qəpik həcmində borc yaranıb. O, bu barədə ötən ay xəbər tutmuşdur. Çünki, savadsız olduğundan anlayışı olmayıb ki, bunu yayda aydınlaşdırmışdır. Ən maraqlısı isə budur ki, guya- akt tərtib edilərkən, istehlakçı nümayəndəsi kimi akta imza atmaqdan imtina etmişdir. Halbuki, "Azəriqaz” İB-nin X6 Sahəsinin əməkdaşlarının onun iştirakı ilə həyətində axtarış aparmalarının heçbir dəlili ola bilməz! O, günahkar deyil. Bununla da, Azəriqaz” İB-nin X6 Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli. 03471 76 Nb-li Akt öz hüquqi qüvvəsini tam itirir. “Azəriqaz" İB-nin X5 İstismar İdarəsinin Quba QİS-in əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* №-li Aktla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı “Qazdan istifadə Qaydaları” haqqında verilmiş qərara əsaəsn razılaşmır. Beləliklə, hesab edir ki, Quba QİSin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* №-li Akt qanunsuz və əsassızdır, ləğv olunmalıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, kənar müdaxilə olduğu üçün iddiaçıya 725,76 manat cərimə hesablanmışdır. İddiaçının kənar xətdən istifaə etməsi sübut olunur. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edir, qeyri-qanuni qaz xəttinin mənbəyi abonentin həyətindən keçən aşağı təzyiqli paylayıcı xətt aşkar edilmişdir və dəymiş ziyan hesablanmışdır. -X3 29 aprel 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 6048 kub metr olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********07060 kodlu abonentin saldosundan görünür ki, abonent müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 725,76 manat borc aktlar əsasında hesablanmış cərimə borcudur. İş materiallarında olan X5 istismarı İdarəsinin xx.xx.2022-ci il tarixli,01AA/05-HŞ- 1305 №li arayışdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbə sakini İddiaçı həmin qəsəbədə yerləşən evini təbii qazla təmin edən qaz xəttində d 40 mm-lik dəmir boru 62 metr məsafədə korrroziyaya uğradığı üçün tərəflərindən yeni dəmir boru ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, həmçinin yerli baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi iddiaçının cavabdehliyi sərhəddində müəyyən edilməmişdir. Bilavasitə iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində qaz xətdinə müdaxilə edilmədiyi halda, iddiaçıya əsassız olaraq 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunmasının aşkar edilməsi sübuta yetirilmədiyi təqdirdə, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş və həmin akta əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində borcu tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində borc İddiaçı **********07060 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 725,76 (yeddi yüz iyirmi beş manat yetmiş altı) manat məbləğində borc İddiaçı **********07060 saylı abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar