Azərbaycan Respublikası adından Qətnamə Quba Şəhəri İş № 2(027)-2735/2025 26.02.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnaməyə əsasən hesablanmış 3447.36 manat məbləğində borcun *************** saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. ##.##.2025-ci il tarixdə Quba Rayon Qaz Istismar İdarəsinin işçiləri heç bir bildiriş xəbərdarlıq etmədən evə heç bir baxış keçirmədən paylayıcı küçə qaz kəmərindən qaz xəttini kəsib getmişlər. Axşam 8, 9 radələrində oğlu Namik Quba Rayon Qaz İstismar İdarəsinin işçisi nəzarətçi Elvinə zəng edib qaz xəttinin niyə kəsildiyini soruşmuş, nəzarətçi qonşuda gizli qaz xətti tutulduğunu, onların də qaz xəttində gizli xətt tutulduğunu onun üçün kəsildiyini bildirmişdir. Oğlu Namik yanvar ayın 27-də Quba Rayon Qaz Istismar Idarəsinə getmiş orada Müslümov Samir adlı mütəxəsisə yaxınlaşaraq qaz xəttinin kəsildiyini, nə vaxt bərpa olunacağını soruşmuşdur. Müslümov Samir mobil telefonuna küçə xətdində çəkdiyi qaz borusunu göstərərək, qaz xətinə müdaxilə edildiyini ona görə qaz xəttinin kəsildiyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları yaşadığı ünvana gələrək həyətlərinə, evlərinə qaz xətlərinə baxış keçirmiş, heç bir gizli qaz xətti aşkar olunmamış və istifadə etdikləri istismara yararlı olan dörd göz qaz peçini, bir türk sobasının şəkillərini çəkib getmişlər. Səhəri günü ##.##.2025 tarixdə Samir Müslümov oğluna zəng edib, öz adına arayış gətirməsini, qaz xəttini onun adına keçirəcəyini bildirmişdir. Samir Müslümov oğlunun sakitliyindən və etibarından sui istifadə edərək, xəbəri olmadan sənədlər hazırlayır və oğlu Namiki Quba rayonuna çağırıb küçədə həmin sənədlərə qol çəkdirir ona da heç bir məlumat bildirmədən öz şəxsi məqsədi naminə onların arxasından gizli işlər çevirir. Beləliklə onun bu qanunsuz əməllərindən xəbəri olmur. Sonradan sənədləri aldıqda məlum olur ki guya onun evinə baxış keçirilmiş və onun sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və ## ###### 2025-ci il tarixdə “0431448" nömrəli akt tərtib edilmişdir. Həmin akt qanunsuz və əsassızdır. Həmin akt əsasında ##.##.2025-ci il tarixdə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə qəbul edilmiş və 3447,36 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən hesablanmış zərər məbləği ilə razılaşmır. Bu barədə öz etirazını Quba rayonunda yerləşən idarəyə gedərək bildirdikdə, məhkəməyə müraciət etməyini bildimişlər. Həmçinin İddiaçı bildirir ki, istifadə etdiyi qazın pulunu hər ay vaxtı-vaxtında ödəmişdir. X2 yerləşən idarəsindən verilmiş abonentin saldosundan da görmək mümkündür. O, qaz xəttinə kənar təsir göstərməmiş, qaz xəttinə kənar qoşulma olmamışdır. II Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X1 verdiyi izahatda bildirmişdir ki, xətti 2019-cu il tarixdə çəkmişdir. Lakin istifadə etməmişdir. Aşağıdan bağlanmışdır. Cavabdeh Cavabdeh İB-nin nümayəndəsi X3 verdiyi izahatda bildirmişdir ki, iş materiallarına əlavə edilmiş videogörüntülərdən də müəyyən olunur ki, qanunsuz xətt aşkar olunduğu zaman, xəttdən qaz keçmişdir. İddiaçının iddia etdiyi kimi hər hansı bir hissədən bağlanılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III İşin faktiki halları: Cavabdeh İB ilə İddiaçı arasında ## ###### 2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ###### 2025-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “ kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu " qeydi aparılmışdır. Dəymiş ziyanın bərpasına dair ## ###### 2025-ci il tarixli təlabnaməyə əsasən İddiaçınun adına olan *************** saylı abonent kodu üzrə 28728 m3 həcmində qaz itkisi hesablanmışdır. Abonentin saldosuna əsasən , ünvan 1 ünvanında yerləşən mənzilə aid *************** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 3447,36 manat məbləğində borc hesablanmışdır. IV Tətbiq edilməli hüquq və məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması ilə bağlı ## ###### 2025-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir və abonentə 3447,36 manat ziyan məbləği hesablanmışdır. Sayğaca baxış keçirilərkən video çəkiliş aparılmış və disk məhkəməyə təqdim edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» ##.##.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, eyni zamanda cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanlarına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Lakin hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. Lakin qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş videgörüntülərə baxış keçirilməsi zamanı həqiqətən də qeyri-qanuni xəttin çəkilməsi və həmin xəttdən qazın keçməsi açıq-aşkar müəyyən olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi özü də 2019-cu il tarixdə qeyriqanuni xəttin çəkilməsini etiraf etmiş, lakin həmin xəttin bağlı olmasını bildirmişdir. Görüntülərdə isə xəttin bağlı olmadığı müşahidə edilmişdir. Bununla əlaqədar olaraq dəymiş ziyan məbləğinin müəyyən edilməsi məqsədilə AR Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə X5 rəyi alınmış,## ###### 2025-ci il tarixli rəydə göstərilmişdir ki, hesabat dövrü üzrə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən 3 ayda 1 dəfə baxış keçirilməli olduğunu nəzərə alaraq İddiaçı barəsində dəymiş ziyanın aşağıdakı kimi hesablanması məqsədəmüvafiq hesab olunur. 1 ədədx1.5 kub.mx12 saatx90 gün=1620 kub.m 2 ədədx1.2 kub.mx12 saatx90 gün=2592 kub.m 2 ədədx1.4 kub.mx12 saatx90 gün=3024kub.m Cəmi 7236 kub.m 7236 kub.mx0.125 manat=904.50 manat Beləliklə qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli tələbnaməsi ləğv edilməli, itirilmiş qazın bərpası üçün hesablanmış 2542.86 manat məbləğində cərimə *************** saylı abonent hesabından silinməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə V. Nəticə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli tələbnaməsi ləğv edilsin və *************** saylı abonent kodu ilə bağlı hesablanmış 2542.86 (iki min beş yüz qırx iki manat səksən altı qəpik) manat məbləğ 264012000000320 kodlu abonent hesabından silinsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №2(027)-2735/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2735/2025
26.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver