Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2747/2022 15.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin Quba rayon şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 2400 (iki min dörd yüz) manat məbləğində borcun onun **********01110 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 adına olan evdə ailəsi ilə yaşayır. "Azəriqaz" İB ilə bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir və hər ay istidafə etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəyir. xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB-nin işçiləri yaşadığı ünvana gələrək təbii qazdan sayğacdan kənar istifadə etməyinə dair ******* saylı akt tərtib etmişlər. O, həmin aktla razılaşmır. O, təbii qazdan sayğac vasitəsilə istifadə edir, qeyri-qanuni xətdən onun ümumiyyətlə xəbəri yoxdur. Kiminsə, nə vaxtsa qaz xəttinə müdaxilə etməsini bilmir. Əvvəllər və akt tərtib edilərkən həmin qeyri-qanuni xətdən istifadə etməmiş və həmin qeyriqanuni xətdən istifadə etməyə ehtiyacı belə olmamışdır. Onun yaşadığı mənzildə ümumiyyətlə kombi qurğusu yoxdur. Cavabdeh həmin kombiyə istinad edib əsassız olaraq 2400 (iki min dörd yüz) manat borc hesablanmışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və əsassız hesablanmış 2400 (iki min dörd yüz) manat borc mənim **********01110 abonent hesabımdan silinməlidir. Onun mənzilində kombi aqreqatı yoxdur və akt tərtib edilən vaxt avqust ayında kənarxəttdə və yaxud istilik aqreqatı olan PQ-4 qurğusundan istifadə etməyə ehtiyac yoxdur. Cavabdeh isə həmin PQ- 4 qurğusu 6 ay sərfiyyatın və hər gün 24 saat istifadə etməklə 2400 (iki min dörd yüz) manat cərimə hesablanması düzgün deyildir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları abonentin yaşadığı evdən kənarda, küçədə yerləşən qaz xəttinə müdaxilə edilməsini əsas gətirərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. O və ailəsi anası ilə birlikdə yaşayır və evdə olan qazdan bərabər istifadə edirlər. Anası İddiaçı 90 yaxın yaşı vardır və o, bu vaxta qədər qaz xəttinə müdaxilə etməmiş nə də bunun üçün bir səbəbi olmamışdır. O özü də heç vaxt qaz xəttinə müdaxilə etməmiş, nə də buna marağı olmamışdır. Onlar sayğacın göstəricilərinə uyğun mütəmadi olaraq ödənişlər etmişlər. Aktda onların evində PQ-4 qurğusunun olması qeyd olunsa da, həmin qurğunun olub-olmamamsını yoxlamamışlar. Onların yaşadığı evdə və həyətdə istixana və ya kombi qurğuları ümumiyyətlə yoxdur. Evdə cəmi iki ədəd farsunkalı soba vardır. xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda anasının adı qeyd olunsa da, anası İddiaçı akt tərtib olunan zaman baxışda iştirak etməmiş, aktın mövcudluğundan sonradan xəbər tutmuşdur. Sözügedən qaz xətti onların yaşadığı evdən kənarda, küçədə yerləşir. Onun anası və ailəsi ötən ilin qış aylarında çox zaman kənddəki evdə deyil, Bakı şəhərində olan evdə yaşamış, həmçinin maddi imkanları məhdud olanda odundan istifadə etmişlər. Ona görə həmin aylarda qaz sərfiyyatı nisbətən az olunmuşdur. Bundan savayı onlar qış aylarında kustar üsulla hazırlanmış sobalardan istifadə etmişlər, ona görə sayğac göstəricisində fərq yaranmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, xx.xx.2022-ci il tarixdə X16 İstismar İdarəsinin Quba xidmət sahəsində abonent kimi qeydiyyatda olan Quba rayonu, Mirzəməmməd kənd sakini İddiaçı istifadəsində qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz təbii qazdan istifadə olunan qaz xəttinin vidio və fotoşəkili çəkilmişdir. İddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi nəticəsində itirilmiş qazın həcmi 20304 m3 və yaxud 2436,48 (iki min dörd yüz otuz altı manat qırx səkkiz qəpik) manat olduğu halda 2400 (iki min dörd yüz) manat məbləğində borcun hardan əmələ gəldiyi müəyyən olunmamışdır. İddiaçının tələbləri qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir. Göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə keçirilən baxışda İddiaçı iştirak etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. 6 aydan bir texniki baxış keçirilir. 6 ay əvvəl baxış keçirilən zaman sayğacdankənar müdaxilə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində İddiaçı yaşadığı evində keçirilmiş baxışda iştirak etmişdir. Baxış zamanı evdə RQ-4 qaz plitəsinin olması müəyyən edilmişdir. Evin həyətində yerləşən tövlənin damının alt hissəsindən kənar xətt aşklar edilmiş, hansı ki, tövlənin içinə girmiş və daha sonra evin birinci mərtəbəsində qızdırıcı qurğulara biləşdirilmişdir. X12 iştirak etmiş və baxış zamanı sayğacdankənar qazdan istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində İddiaçı yaşadığı evində keçirilmiş baxışda iştirak etmişdir. Baxış zamanı evin arxa tərəfindən tövlənin içərisindən içəriyə kənar xəttin getdiyini görmüşdür. Abonentin oğlu Mahir Qonaqovla birgə evə daxil olmuşlar. İçəri daxil olduqdan sonra Mahir evdə olan cihazları göstərmiş, o digər əməkdaşlarla birgə cihazları yoxlanışdan keçirmişdir. Aşkar edilən kənar xətt küçədən gələrək evə gedən xətlə birləşdirilmiş, küçədə isə yeraltı qaz borusuna birləşdirilmiş halda olmuşdur. Verilən əlavə suallara cavab olaraq, bildirdi ki, borunun üzərində ventil olmuşdur ki, ev sahibləri həmin ventildən istifadə edərək evə sayğacdankənar qaz xətti aparmışlar. Yoxlama zamanı onlar kənarxətti aşkar etdikdən sonra ləğv etmişlər. Bundan sonra evə verilən qazı yoxlayan zaman qazın kəsilmədiyini, sayğacdan gələn qazla təmin olunduğunu müəyyən etmişlər. X12 iştirak etmiş, anası Sayad iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba RİHB-nin Vladimirovka İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, İddiaçı Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Nəticədə 20304 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 20304 m3 sərfiyyat hesablanmışdır; **********01100 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin avqust ayının sonuna 2436,48 (iki min dörd yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır. Məhkəmə iclasında araşdırılan işin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsində olan qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, lakin təbii qazdan istifadə qaydalarının hansı şəkildə pozulması, həqiqətən də sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu halda aşkar edilən nöqsanlar mübahisə predmeti olan aktda ətraflı göstərilməmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt abonent 1934-cü il təvəllüdlü İddiaçı iştirakı qeyd olunsa da, həmin hal aktda öz əksini tapmır. Belə ki, iddiaçı və şahid ifadələrindən də məlum olur ki, İddiaçı özü baxışda iştirak etməmiş, "Azəriqaz" İB-nin əməkdaşları Sayadı ümumiyyətlə görməmişlər. Sayaq Qonaqova baxışda iştirak etmədiyi halda, sonuncunun aktda imza etməktən imtina etdiyi qeyd edilmişdir. xx.xx.2022 il tarixdə saat 11:30-da iş üzrə iddiaçı İddiaçı, Cavabdeh nümayəndəsi X1 və məhkəmədə dindirilmiş şahidlər X3 və X4 iştirakı ilə abonent İddiaçı yaşadığı evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı yaşadığı ev Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşir. Yaşayış sahəsi yaşayış evində həyətyanı sahədən və girişi küçə tərəfdən olan iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş tövlədən ibarətdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli aktı tərtib etmiş və iş üzrə şahid qismində izahatı alınmış Emil İbrahimliyə təklif olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş xətdən kənar qaz birləşməsinin aşkar edildiyi yeri göstərsin. Emil İbrahimlinin sözləri ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən tövlənin girişindən təqribən 40-50 sm aralıqda keçən 10 sm diametrli dəmir qaz borusuna ½ düym ölçülü 5 sm uzunluqda dəmir boru birləşməsi vardır. Həmin borunun çıxış hissəsi birdəfəlik bağlanmış və istifadə edilmir. Emil İbrahimli bildirmişdir ki, onun tərəfindən baxış keçirilərkən həmin boru uzanaraq torpaq altı ilə tövlənin içinə girmiş və daha sonra evin birinci mərtəbəsində qızdırıcı qurğulara birləşdirilmişdir. Lakin tövlənin küçə tərəfdən divar boyu torpaq qazılarkən orada hər hansı bir kəsilmiş boru qalığının hissəsi aşkar edilməmişdir. Daha sonra yaşayış evinin yarızirzəmisində yerləşən otağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin otaqda iki ədəd kustar üsulla hazırlanmış istilik qurğuları vardır. Həmin istilik qurğularınn birləşən qaz boruları bilavasitə qaz sayğacından ayrılıb evə gələn qaz xəttinin üzərindədir. Həmçinin həmin qaz xəttindən şlanq vasitəsi ilə evin içərisinə də (iddiaçının deməsinə görə yemək sobası üçün nəzərdə tutulub) bir xətt ayrılmışdır. Baxış keçirilən otaqda hər hansı bir əlavə boruların, kənar qaz xətti birləşmələrin mövcudluğu aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq, Emil İbrahimli baxış zamanı həmin sahədə hansı xətdən kənar birləşmələrin olduğunu, onların hara getdiyini və qızdırıcılara necə qoşulduğunu izah edə bilməmişdir. Beləliklə, abonent İddiaçı yaşadığı evdən kənarda, küçədən keçən boruda əlavə çıxışın olduğu olması müəyyən edilsə də, xəttin vaxtı ilə evə qoşulu olması sübuta yetmir. Cavabdeh tərəf etirazın əsası kimi saldo göstəricilərinə əsasən İddiaçı 2021-ci ilin qış aylarında cari ilin qış aylarına nisbətən daha az qaz sərfiyyatı etdiyini, cari ilin qış aylarında, hətta yaz aylarında ötən ilə nisbətən daha çox ödənişlər etdiyini göstərərək, aylıq ödənişlər arasında böyük fərqin olmasını, bunun da qaz xəttinə müdaxilə səbəbindən yarandığını iddia etsə də, iddiaçının nümayəndəsi Mahiq Qonaqov bu halı onunla əsaslandırmışdır ki, onun anası İddiaçı və ailəsi ötən ilin qış aylarında çox zaman kənddəki evdə deyil, Bakı şəhərində yaşamış, həmçinin qazdan deyil, odundan istifadə etmişdir ki, ona görə də bəzi aylarda qaz sərfiyyatı az göstərilmişdir. İşin materiallarına əlavə olunmuş **********01100 saylı abonent saldosundan göründüyü ki, “qanunsuz birləşmə” "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar edilsə də, 2022-ci ilin yanvar-mart aylarında qış aylarına uyğun olaraq qaz sərfiyyatı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixə qədər abonent tərəfindən mütəmadi olaraq sayğac göstəricilərinə uyğun ödənişlər həyata keçirilmişdir. 2021-ci ilin qış aylarında az sərfiyyatının müəyyən edilməsi abonentin qaz xəttinə müdaxilə edilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, 2021-ci ilin qış aylarında ev əhalisinin həqiqətən də kənddə yaşamaması ehtimalı və yaxud qənaət məqsədli odundan istifadə edilməsi halları istisna edilmir. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Belə ki, sayğacdan kənar birləşmənin aşkar edildiyi zaman buna dair fotoşəkillər, videoşəkilişlər, sxemlər akta alavə edilməmiş və hazırda da məhkəməyə təqdim olunmamışdır. Yoxlanışı aparan əməkdaş ümumiyyətlə bu birləşmənin haradan evə daxil olduğunu və qaz qurğularına hansı şəkildə birləşdiyini məhkəməyə izah edə bilməmişdir. Həmçinin mübahisə predmeti olan aktdan və məhkəmədə dindirilən şahid ifadələrindən məlum olduğu kimi, abonentin baxışda iştirak etməməsinə baxmayaraq, aktda onun iştirakı və guya aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir ki, bu da öz növbəsində aktın etibarsızlığına dəlalət edir. O ki qaldı iddiaçının aktda göstərildiyi kimi 2436,48 manat deyil, 2400 manat, yəni o məbləğdən 36,48 manat az tələb etməsinə, bu iddiaçının hüququdur və məhkəmə işə iddia tələbi həcmində baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2022-ci il tarixli tələbnamə (qərar) ləğv edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2400 (iki min dörd yüz) manat borc İddiaçı **********01100 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 44 (qırx dörd) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2022-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2400 (iki min dörd yüz) manat borc İddiaçı **********01100 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2747/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2747/2022
15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver