Məhkəmə qərarları › İş №2(027)-276/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-276/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-276/2022 12.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN- 837 KOD 30320018 nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Quba Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN- 837 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,28 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-837 KOD 30320018 nömrəli Dövlət Aktında onun adı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-837 KOD 30320018 nömrəli Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X3” kimi yazılmışdır. O, Dövlət Aktında adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********01 saylı, 18 may 2021-ci il tarixli imtina məktubu almışdır. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı ”Zavit” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X6 surətindən görünür ki, Ərizəçi Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X8 tərtib edilərək 0.28 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən 0.28 ha torpaq sahəsi verilərək JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X8 tərtib edilmişdir. JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X5 “Ərizəçi” əvəzinə səhvən “X3” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət X1 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X6 Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-837 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X6 Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar