Məhkəmə qərarları › İş №2(027)-279/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-279/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-279/2022 02.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi Mikayılov Əliheydər Ələkbər oğlunun iştirakı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X12 anası Mikayılova Səhərxanım Sultanmurad qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, anası Mikayılova Səhərxanım Sultanmurad qızı 01 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Quba rayonu, Zizik kəndində JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X14 əsasən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O, hal-hazırda həmin torpağı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Bununla əlaqədar hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Lakin anasının atasının adı X9 əvəzinə Seyidrza kimi qeyd edildiyindən həmin sənəddə düzəliş edə bilmədiklərini, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinə əlavə edilmiş JN-249 Kod 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X11 aşkar olur ki, anası S.Mikayılovadan 0,22 ha torpaq sahəsi miras qalmış və həmin sənəddə atasının adı səhvən Sultanmurad əvəzinə Seyidrza kimi qeyd edilmişdir. Ərizəsinə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən aşkar olunur ki, anası X5 01.02.2013-cü il tarixdə vəfat etmişdir. Ərizəsinə əlavə etdiyi Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 27 noyabr 2021 -ci il tarixli 3902 №li məktubundan aşkar olunur ki, o, 01.02.2013-cü il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir. Ərizəsinə əlavə etdiyi DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli məktubundan aşkar olunur ki, anası S.Mikayılovanın adına olan Dövlət Aktında düzəliş etmək səlahiyyətində deyildir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X11 görünür ki, X6 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,22 hektar torpaq sahəsi verilmiş, həmin X10 Səhərxanım Sultanmurad qızının atasının adı “Seyidrza” kimi qeyd olunmuşdur. İş materiallarında olan 06 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 609442№-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 01 fevral 2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 27.11.2021-ci il tarixli, 3902 saylı arayışından görünür ki, Ərizəçi 01.02.2013-cü il tarixdə vəfat etmiş X7 qızının qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Maraqlı şəxs 29.09.2021-ci il tarixli, **********34 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X13 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X15 əsasında 0,22 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçinin anası Mikayılova Səhərxanım Sultanmurad qızının ata adının «Sultanmurad» əvəzinə səhvən «Seyidrza» kimi qeyd olunması, X3 01 fevral 2013-cü il tarixdə vəfat etməsi, Ərizəçi X3 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X12 Mikayılova Səhərxanım Sultanmurad qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. JN-249 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar