Məhkəmə qərarları › İş №2(027)-280/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-280/2021

06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-280/2021 06.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Fətəliyeva (Muradova) Təhminə Sultanağa qızına, X7, Heybətova (Muradova) Laləzar Sultanağa qızına, X5, Cavabdeh5 və Cavabdeh6nə qarşı miras-əmlak üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 qalmış reyestr nömrəsi **********18-! olan, ********** qeydiyyat nömrəli, xx xxxxx 2009-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* Çıxarışa əsasən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 2-ci dalanda yerləşən fərdi yaşayış evindən 10.0 kv.m miras əmlaka dair vərəsəlik üzrə tam payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək,bildirdi ki, X2 xx xxxxxx 1938-ci il tarixdə Quba rayonu, Tülər kəndində, X10 xx xxxxxx 1937-ci il tarixdə Quba rayonu, Tülər kəndində anadan olmuşdur. X13 və X24 faktiki olaraq ailə qursalarda, nikahlarını xx xxxxxx 1961 -ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından İddiaçı, X11, X14, Cavabdeh3 oğlu, X8, Cavabdeh5 anadan olmuşdur. X2 xx xxxxxx 2015-ci il tarixdə, X10 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Valideynlərimin vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi İddiaçı, X11, X14, Cavabdeh3 oğlu, X8, Cavabdeh5 qalıb. X3 reyestr nömrəsi **********18-10301 olan, ********** qeydiyyat nömrəli, xx xxxxx 2009-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışa əsasən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 2-ci dalanda yerləşən fərdi yaşayış evindən 10.0 kv.m miras qalmışdır. X10 həyatda olarkən və öldükdən sonra da ondan qalmış miras əmlakı qəbul edərək idarə edib, əmlaka dair vergiləri ödəyib. Hal-hazırda anasından miras qalmış evdə yaşayır. Lakin qanunu bilməməzlikdən X10 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməyib. Belə ki, hazırda anasından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba Regional Cavabdeh6at ofisinə müraciət etsədə, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notarial hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və qanunla müəyyən edilmiş müddəti bərpa edilməsi üçün məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Fətəliyeva (Muradova) Təhminə Sultanağa qızı, X14, Heybətova (Muradova) Laləzar Sultanağa qızı, X8 və Cavabdeh5 məhkəməyə ərizə təqdim edərək göstərmişdilər ki, İddiaçı tərəfindən onlara qarşı verilmiş iddia tələbini qəbul edirlər, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh6 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə işə Cavabdeh6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2013-cü il tarixli saat 11:20-də tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Quba rayonu Tülər kəndində yaşayan X24 ölən günədək ona məxsus olan Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, dalan 2-də yerləşən 08 saylı fərdi yaşayış evindən ona çatan 10.0 kv.metr miras əmlaka dair tam payını oğlu İddiaçı vəsiyyət edib və həmin vəsiyyətnamə şahidlər tərəfindən imzalanıb. İş materiallarında olan AZ-Т nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş suətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Tülər kəndində anadan olub, şəhadətnamənin ana qrafasında X24 yazılıb. İş materiallarında olan AZ-İ 737504 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş suətindən görünür ki, X24 xx.xx.2015-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015- ci il tarixində 12 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İ 766131 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş suətindən görünür ki, X13 xx.xx.2015-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016- cı il tarixində 02 nömrə ilə qeyd edilib. İş materiallarında olan İ-ИЕ 305000 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X13 ilə Məlikova (Muradova) Xurma Səfər qızı arasında xx.xx.1961-ci ildə nikah bağlanmış və 33 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 393 nömrəli arayışına əsasən X24 xx.xx.1938-ci ildə Tülər kəndində anadan olmuş, xx.xx.2015-ci ildə Tülər kəndində vəfat etmiş və aşağıdakı vərəsələri vardır: X13 xx.xx.1938-ci il təvəllüdlü, X9 xx.xx.1962-ci il təvəllüdlü, X14 xx.xx.1965-ci il təvəllüdlü, Cavabdeh3 xx.xx.1968-ci il təvəllüdlü, X8 xx.xx.1970-ci il təvəllüdlü, Cavabdeh5 xx.xx.1973-cü il təvəllüdlü, İddiaçı xx.xx.1976-cı il təvəlüdlü. İş materiallarında olan reyestr nömrəsi **********18 olan, ********** qeydiyyat nömrəli, xx xxxxx 2009-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* Çıxarışa əsasən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, dalan 2, 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 21.1 kv.metr yaşayış, 22.9 kv.metr köməkçi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə torpaq sahəsi tam, yaşayış evinin 34.0 kv.metr hissəsi X6 yaşayış evinin 10.0 kv.m hissəsi isə X16 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın texniki Pasportun təsdiq olunmuş suətindən görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, dalan 2, ev 8-in torpaq sahəsi tam, yaşayış evinin 34.0 kv.m hissəsi X6, fərdi yaşayış evinin 10 kv.metr hissəsi X16 adına verilmişdir. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 1040 saylı məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1ci maddəsinin tələblərinə uyğun olaraq, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu,Tülər kəndində anadan olmuş və Tüləkəran kəndində qeydiyyatdadır. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətəliyeva (Muradova) X17 rayonu, Tülər kəndində anadan olmuş və Quba rayonu Amsar kəndində qeydiyyatdadır. İş materiallarında AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu,Tülər kəndində anadan olmuş və Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır. İş materiallarında AZE 17955042 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Heybətova (Muradova) X18 rayonu,Tülər kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu,Tülər kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 Quba rayonu,Tülər kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadı. İş materiallarında olan Heybətova (Muradova) Laləzar Sultanağa qızı, Fətəliyeva (Muradova) Təhminə Sultanağa qızı, X14, Cavabdeh5, X8 tərəfindən verilmiş ərizələrindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X16 ölümündən sonra nə mirasın açıldığı yer üzrə, nə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmir, etmək fikrində deyildirlər və müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. Ərizələr notarial qaydada təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X24 xx.xx.2015-ci ildə vəfat etmişdir və onun övladları- Heybətova (Muradova) Laləzar Sultanağa qızı, Fətəliyeva (Muradova) Təhminə Sultanağa qızı, X14, Cavabdeh5, X8 və İddiaçı oğlu anaları- X12 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X12 miras qalmış reyestr nömrəsi **********18 olan, ********** qeydiyyat nömrəli, xx xxxxx 2009-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* Çıxarışa əsasən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, dalan 2, 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 21.1 kv.m yaşayış, 22.9 kv.m köməkçi sahədən ibarət paylı mülkiyyət hüququ üzrə yaşayış evinin 10.0 kv.metr hissəsi onun vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X12 miras qalmış əmlakın- Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 2-ci dalanda yerləşən fərdi yaşayış evinin 10.0 kv.metr hissəsinə, onun vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar