Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2810/2024 19.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh İB-nin Quba XSnin əməkdaşlarının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt əsasında hesabladıqları 389,50 ( üç yüz səksən doqquz manat, əlli qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri Əzizbəyov küçəsində fərdi yaşayış evi vardır. Cavabdeh təşkilatla bağladıqları müqaviləyə əsasən təbii qazdan istifadə edərək istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. xx.xx.2017-ci il tarixdə cavabdeh təşkilatın Quba XS-nin nümayəndələri yaşadıqları ünvana gələrək istifadə etdiyi qazın sayğacına baxış keçirərkən guya sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etdiyini əsas gətirərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* Akt tərtib edərək 389,50 manat borc hesabladılar. Mənzilində istifadə etdiyi 2 gözlü qaz piltəsini o evinə çəkilən qaz xətti əsasında istifadə edir, kənar xətt əsasında deyil, mənzilinə gedən qazın əsas xətti və sayğacı çöldə quraşdırılmışdır və onun kənar xətt çəkməyi mümkünsüzdür. Cavabdeh İB-nin əməkdaşlarının heç bir əsas olmadan məsələyə obyektiv yanaşmadan barəmdə tərtib etdikləri akt əsasında hesbladıqları borc qeyri-qanunudir ona görə də silinməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonent İddiaçı Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsi ilə bağladığı “Məişət qaz qurğusundan istifadə edən abonentlə qazpaylayı arasında qazın alqı-satqı Müqavilə”si əsasında öz evində təbii qazdan istifadə etmişdir. 30 uyun 2017-ci il tarixdə Xaçmaz RQİİnin İstehlakçılara satılan Qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış şöbəsinin işçiləri tərəfindən abonent İddiaçı yaşadığı evdə qaz xətlərinə və qaz işlədici cihazlara baxış keçirən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qanunsuz təbii qazdan istifadə etdiyini müəyyən etmişlər. Bu hal aşkarlanan zaman video və foto çəkilişlər həyata keçirilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2017-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması barədə” akt tərtib edilmiş, abonentin qaz işlədici cihazlarına uyğun olaraq 1539 m3 miqdarında və ya 307,80 manat məbləğində itirilmiş qazın bərpası ziyanı abonent koduna daxil edilmişdir. Belə ki, qaz işlədicilərdən iki gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,75 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 0,6 x 6 x 90 = 324m3 ; 0,75 x 18 x90 = 1215 m3 cəmi 1539 m3 və ya 1539m3 x 0,,20man = 307,80 manat itirilmiş qazın bərpası üçün ziyan məbləğidir. Lakin İddiaçı 389,50 manat məbləğində borcun silinməsinin tələb etməsi üçün heç bir əsas yoxdur. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, oğlunun öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi əsassız sayılmalı və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, kənar xətti 2017-ci ildə öz hesabına çəkmişdir. Vəfadar adlı şəxs qaz idarəsində işləyirdi. O demiş ki, narahat olmağa əsas yoxdu. Nəsə olsa həll edəcək. Hazırda maddi imkanım yoxdu. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianı təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2019-cu il üzrə 389,50 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, İddiaçı Quba şəhərində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 389,50 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında onun tərəfindən sаyğаcа müdаxilə edilməsini və kənar xətt çəkilməsini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2810/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2810/2024
19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver