Məhkəmə qərarları › İş №2(027)-283/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-283/2025

24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-283/2025 24.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı, müstəqil tələb irəli sürməyən X14, X15, X16 və X9 cəlb olunmaqla, Cavabdeh1 və QUBA Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, 25 may 2009-cu ildə vəfat etmiş atası X19 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu Əlibəyqışlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-125G, KOD30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə, Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 30311038 saylı Dövlət Aktına əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.89 ha pay torpaq sahəsinin onun, yəni X7 vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X17, anası X4 ilə 06 iyun 1956-cı il nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxx 1957-ci ildə o, 12 dekabr 1959- ci ildə bacısı X9, 31 avqust 1961-ci ildə bacısı X14, 13 avqust 1963-cü ildə qardaşı Cavabdeh1, 08 noyabr 1965-ci ildə bacısı X15, 31 mart 1967-ci ildə bacısı X16 doğulmuşdur. Miras qoyanlar atası X19 25 may 2009-cu ildə, anası X5 isə 03 yanvar 2017-ci ildə vəfat etmişdir. Miras qoyanlardan Torpağın Mülkiyyətə verilməsinə dair JN 126G KOD 30311038 saylı Şəhadətnaməyə əsasən 0,09 ha həyətyanı torpaq sahəsi, Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 şəhadətnaməyə əsasən 0,11 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 3031 1038 saylı Dövlət Aktına əsasən 0,89 ha torpaq sahəsi miras qalmışdır. Bakı şəhərində yaşasa da, hər ikisinin sağlığında yaşadıqları fərdi evinə gəlib-getmiş, günlərlə qalmış, bir böyük qardaş kimi təsərrüfatı idarə etmişdir. Ata və anası vəfat etdiyi zaman dəfn mərasimlərini təşkil etmişdir. Onların vəfatından sonra da, onlardan qalmış miras əmlaka gəlib-getmişdir. Uşaqlığın keçdiyi, ata və anasının yaşadığı fərdi evində yaşamışdır. O və cavabdeh qardaşı valideynlərindən qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişlər. Onlar ərizələri qəbul olunmuş, hər ikisi vərəsə kimi tanınmışlar. Bacıları isə ata və anasından qalmış miras əmlakdan onlara düşən paydan imtina etmələri ilə bağlı notarial qaydada ərizə vermişlər. Lakin qardaşı ilə aralarında mübahisə olduğu üçün notariat ofisi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Lakin notariat ofisi tərəfindən ona verilmiş imtina məktubundan mirasın qəbulu müddəti ötürüldüyü, mirasın qəbulu ilə bağlı sübutları təqdim edə bilməməyini əsas gətirilərək imtina cavabı verilmişdir. Notariat orqanı qüvvədən düşmüş qanun normalarına istinad elməklə onun vəzyyətini ağırlaşdırmışdır. Halhazırda qanunvericilik iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli olduğunu tələb edir. O da, valideynlərindən miras qalmış əmlakdan imtina etməmiş, əksinə həmin miras əmlakları faktiki qəbul etmişdir. Deməli, onun vərəsəlik hüququ da tanınmalıdır. Odur ki, notariat ofisinin mirasın qəbulu müddətini ötürməyim əsası ilə ona imtina cavabı verməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Mirasın qəbulu ilə bağlı olan müddət nəzərdə tutan qanunvericilik normaları qüvvədən düşdüyü və onun valideynlərindən miras qalmış əmlakdan birinci növbə vərəsə kimi pay almaq hüququ qanunvericiliklə tanındığı üçün pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili X10 ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və notarial qaydada təsdiq edilmiş sənədləri məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən X14, X15, X16 və X9 iddia tələbini qəbul edərək, valideynlərindən miras qalmış əmlaklara İddiaçı vərəsəlik hüququnun tanınmasına və payının müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. İş üzrə cavabdeh QUBA Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X8 məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, habelə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-126G KOD 30311038 saylı şəhadətnamənin surətindən görünür ki, QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.09 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 saylı şəhadətnamənin surətindən görünür ki, QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.11 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 30311038 saylı Dövlət Aktının surətindən görünür ki, QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.89 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 284969 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 25 may 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 284968 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan QUBA RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, X19 və X3 vərəsələri - İddiaçı, X14, X15, X16 və X9 və Cavabdeh1 ibarətdir. İş materiallarında olan İ-ИЕ 000745 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 arasında nikah 06 iyun 1956-cı ildə bağlanmışdır. İş materiallarında olan X14, X15, X16 və X9 tərəfindən notariat qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, onlar valideynlərinin miras əmlakından özlərinə düşən paydan imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-126G KOD 30311038 saylı şəhadətnaməyə əsasən QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.09 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 saylı şəhadətnaməyə əsasən QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.11 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 30311038 saylı Dövlət Aktına əsasən QUBA rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə QUBA rayonu, Əlibəy-qışlaq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.89 ha torpaq sahəsi QUBA rayonu, Əlibəy-qışlaq kənd sakini X17 və X2 mülkiyyətinə verilmişdir. X19 25 may 2009-cu il tarixdə və X6 isə 03 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. QUBA RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışları ilə müəyyən olunmuşdur, X19 və X3 vərəsələri - İddiaçı, X14, X15, X16 və X9 və Cavabdeh1 ibarətdir. Göründüyü kimi digər vərəsələr X14, X15, X16 və X9 valideynlərinin miras əmlakından özlərinə düşən paydan imtina etmişlər. Lakin, vərəsələr İddiaçı və Cavabdeh1 arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında vərəsələr X14, X15, X16 və X9 miras əmlakdan imtina etdiklərini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər Azərbaycan Respublikasının Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, 25 may 2009-cu ildə vəfat etmiş X19 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu Əlibəyqışlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ payı, Torpağın Mülkiyyətə verilməsinə dair JN-125G, KOD30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ payı və Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 30311038 saylı Dövlət Aktına əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.89 ha pay torpaq sahəsinə İddiaçı ½ payı müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İddia həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. 25 may 2009-cu ildə vəfat etmiş X19 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Torpağın Mülkiyyətə verilməsinə dair JN-126F KOD 30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu Əlibəyqışlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ payı, Torpağın Mülkiyyətə verilməsinə dair JN-125G, KOD30311038 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ payı və Torpağa Mülkiyyət Hüququna dair JN-0197 KOD 30311038 saylı Dövlət Aktına əsasən QUBA rayonu, Əlibəyqışlaq kəndində yerləşən 0.89 ha pay torpaq sahəsinə İddiaçı ½ payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində QUBA Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar