Məhkəmə qərarları › İş №2(027)-285/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-285/2021

15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-285/2021 15.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “ əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxx 2020-ci il tarixli N° ******* saylı Aktın, həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx xxxx 2020-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun mənim **********10000 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Yaşadığım ünvan 1 ünvanında yerləşən yaşayış evi və altındakı torpaq sahəsi mənə məxsusdur. Cavabdeh ilə olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evim qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi mən də hər ay istifadə etdiyim qaz sərfiyyatma görə mütəmadi olaraq qaz borcumu ödəyirəm. Bildirirəm ki, xx xxxx 2020-ci il tarixdə Cavabdeh əməkdaşları gələrək sayğaca baxış keçirmiş, ******* nömrəli mənə məxsus qaz sayğacının hesablama mexanizminin plastmas qapağı üst hissədən aralı olduğunu bildirərək, xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı Akt tərtib etdilər. Mən həmin aktla razılaşmadığımdan, akta imza etməkdə imtina etdim . Həmin Akt əsasında da Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 manat məbləğində borc hesablanması bildirilmişdir. Qeyd edim ki, yeni sayğac üzrə də mən istifadə etdiyim qazm pulunu vaxtlı-vaxtmda ödəmişəm. 2020-ci il üçün Cavabdeh İB tərəfindən mənə gələn bildirişxəbərdaqhq qəbzlərində mənim istifadə etdiyim qazm borcu göstərilmiş, başqa borc göstərilməmişdir. Mən həmin borcla razılaşmıram. Bundan əlavə qeyd etmək istəyirəm ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Ona görə də hesab edirəm ki, Cavabdeh Xaçmaz X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş akt və dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, həmin tələbnaməyə əsasən hesablanmış 648,90 manat məbləğində borc mənim **********100 saylı abonent hesabımdan silinməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxx 2020-ci il tarixli N° ******* saylı Aktın, həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx xxxx 2020-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun mənim **********10000 saylı abonent hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexaniziminin üst plasmas üst qapağı gövdədən ayrılması qeyd olunmuşdur. İşdə olan abonentin dəymiş ziyanın bərpasına dair sənəddən görünür ki, İddiaçı qaz işlədicilərinin istifadəsinə əsasən 4x6x90=2160 m3 cəmi 2160 m3 qaz sərfiyyatı göstərilir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxx 2020-ci il tarixli N° ******* saylı Aktın, həmin akta əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx xxxx 2020-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun İddiaçı **********10000 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamə ləğv edilsin və İddiaçı məxsus **********10000 nömrəli abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar