Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-287/2021 03.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 deyil, Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarı ilə ona və digər ailə üzvlərinə 2,48 ha torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətini təsdiq edən JN-2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir və hal-hazırda da torpaq onların mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyir. Lakin mülkiyyətini təsdiq edən JN-2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında onun adı Ərizəçi əvəzinə səhvən X3 qeyd edilmişdir. Adının Nabat olması hüquq müəyyənedici sənədlərlə də təsdiq olunur. O, bu yalnışlığı aradan qaldırmaq üçün DƏDRX-nin 5 saylı X16 müraciət etmişdir. DƏDRX-nin 5 saylı X13 məktubu ilə onlara məxsus Dövlət Aktında düzəliş edilməsinin onların səlahiyyətlərinə aid olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməkləri onlara tövsiyə olunmuşdur. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Quba rayonu, Yenikənd kəndində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun adı “Nabat” olaraq qeyd edilmişdir. İş materillarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN:2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 2,48 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən Ərizəçi və onun ailə üzvlərinə JN:2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 2,48 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında ərizəçinin adı “Ərizəçi” əvəzinə səhvən “X6” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN:2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2, X8, X10, X7 ilə yanaşı, Ərizəçi münasibətdə ona məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN:2xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-287/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-287/2021
03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver