Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2887/2022 30.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının pozulması tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 yanvar 2022-ci il tarixli, AKT № ******* saylı akt və 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməsi; həmin aktlar əsasında onun adına hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası MPM) ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində yaranan münasibətlərdən irəli gəlir, buna baxmayaraq, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair hər hansı sənəd təqdim etməmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində yaranan münasibətlərdən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göründüyü kimi, İddiaçı məhkəmə müraciət edərkən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinin tələbinə riayət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının pozulması tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2887/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2887/2022
30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver