Məhkəmə qərarları › İş №2(027)-289/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-289/2021

31.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-289/2021 31.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 31 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş ddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən hesab edir ki, hazırki 2(027)-289/2021 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah edilsin ki, onlar, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.76-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pros Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-919/2021 04 may 2021-ci il İddiaçı: X1 Ünvan: Quba rayonu, Qımıl-Qazma kəndi Cavabdeh “Azəriqaz” İB-nə Ünvan: Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov 23 Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(027)-919/2021 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad 01 vərəq Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar