Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2922/2025 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, «Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 14 aprel 2023-cü il tarixli ******* saylı aktının və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat 20 qəpik) manat məbləğində cərimənin onun **********00000 saylı abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı evə də başqa evlər kimi qaz sayğacı quraşdırılmışdır. Ev tikiləndən sonra ora ilk dəfə qaz xətti çəkilən vaxtda evin damının altından dəmir boru ilə xətt çəkilmişdir. Həmin xəttin çəkilməsinin üzərindən 40 ildən çox vaxt keçib. O xətdən heç vaxt istifadə olunmayıb. Nə o dövrdə, nə də ondan sonrakı dövrdə qeyd olunan xətdən istifadə olunmayıb. Əvvəllər dəfələrlə Cavabdehnə bu barədə məlumat vermişdir. Gəlib xəttə baxış da keçirmişdirlər. Ancaq bununla bağlı heç bir tədbir görülməmişdir. Səbəbini soruşanda isə “yanğın, qəza ola bilər deyib toxunmadığını” bildirmişdirlər. Həmin xətdən heç vaxt istifadə olunmamışdır. Xətdin ağzı adi qaydada bərkidilib, qaz sızıntısı yoxdur. İddiaçı qeyd edir ki, əgər hesab edirlər ki, o, qanunsuz xətt çəkib qazdan istifadə etmişdir, o zaman ekspert gəlsin yoxlasın və müvafiq rəy versin. O, tam arxayındır ki, mütəxəssis gəlib müvafiq ekspertiza keçirsə o, haqlı çıxacaq. Sözü gedən xəttin şəklini ərizəsinə daxil edəcəkdir. Şəklə baxanda da açıqaydın görünür ki, xətt çox köhnəlmiş, paslanmış,istifadə olunmamışdır. Cavabdeh əməkdaşları tərəfindən bu ilin aprel ayında sayğaca baxış keçirmişdir. Həmin vaxt da onlara həmin xətt barədə məlumat versə də, yenə də bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh əməkdaşları tərəfindən 14 aprel 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur.O, baxış zamanı tərtib olunan akta imza atmamışdır. Çünki aktla qətiyyən razı deyildir. Tamamilə əsassız tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktında onun mənzilinə baxış keçirilərkən guya» təbii, qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Halbuki, bu xətt barədə özü dəfələrlə məlumat vermişdir. Qaz qurğularının tikintisi, qurulması və istismarı üzrə tələblər üzrə ümumi müddəalarda qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməli olduğu qeyd olunur. O, də qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh quruma bu barədə öncədən məlumat vermişdir. Ancaq o, və ailə üzvləri tərəfindən sayğaca və ya qaz xəttinə hər hansı müdaxilə olunmamışdır. Buna ehtiyacı da yoxdur. Heç kim də ondan icazəsiz sayğaca toxunmur. Onun qaz sayğacı əvvəl mexaniki olmuş, sonradan dəyişdirilib smart sayğac qoyulmuşdur. O, da ödədiyi məbləğə uyğun təbii qazdan istifadə etdiyini bildirir. İddiaçı Cərimə olaraq hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat 20 qəpik) manat məbləğini qəbul etmir, onun cərimə borcu düzgün olmadığını qeyd edir. Bu məqsədlə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona bu barədə müvafiq sənədlərin surətlərini təqdim etmişdirlər. O, həmin cərimə borcu ilə razılaşmır. Hesab edir k, həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Əlavə olaraq qeyd edir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Küçədə olduğu üçün ona hər hansı kənar şəxs də müdaxilə edə bilər, üzərinə nəsə qoya, toxuna bilər. Buna da abonent cavabdehlik daşımır. Sayğacda heç bir müdaxilə və kənar təsir izi yoxdur.Ona görə də, hesab edir ki, 14 aprel 2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat 20 qəpik) manat cərimə məbləği mənim **********00000 saylı abonent hesabından silinməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi Bahadır Seyfullayev iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİİ. İşin faktiki halları: Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “ kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu " qeydi aparılmışdır. Dəymiş ziyanın bərpasına dair 28 aprel 2023-cü il tarixli təlabnaməyə əsasən İddiaçı adına olan **********00000 saylı abonent kodu üzrə 34560 m3 həcmində qaz itkisi hesablanmışdır. Abonentin saldosuna əsasən , ünvan 1 ünvanında , yerləşən mənzilə aid **********00000 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4147,20 manat məbləğində borc hesablanmışdır. Abonentin saldosuna əsasən **********00000 saylı abonent kodu üzrə 4114.20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialı tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli rəydə göstərilmişdir ki, Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən xx.xx.2024-cüil tarixində qeyd edilən fərdi yaşayış evində müayinə aparılmış, qaz xətlərinə, qaz sayğacına, qaz avadanlıqlarına baxış keçirilmiş və ******* nömrəli müayinə aktı tərtib olunmuşdur. Müayinə aktında heç bir qanun pozuntusu, kənar xətt aşkar edilməmiş, 1 ədəd qaz sobası (İran) və 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi olduğu qeyd edilmişdir. G-4 markalı qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub.m 12 saatx90 gün=4320 kub.mx0.12 qəpik=518.4 manat təşkil edir. İV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması ilə bağlı 14 aprel 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir və abonentə 4147,20 manat ziyan məbləği hesablanmışdır. Sayğaca baxış keçirilərkən video çəkiliş aparılmış və disk məhkəməyə təqdim edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, eyni zamanda cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanlarına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Lakin hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, həmin aktın sübut əhəmiyyəti inzibati xəta üzrə və ya cinayət təqibi üzrə İcraat zamanı kimi yoxlanıla bilər. Bu halda isə həmin akt iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. İşdən görünür ki, iddiaçı iddia ərizəsində ******* nömrəli aktın və tələbnamənin ləğvi tələbini də irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün ləğv edilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Beləliklə qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 4147,20 manat məbləğində cərimə **********00000 saylı abonent hesabından silinməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə V.Nəticə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00000 saylı abonent kodu ilə bağlı hesablanmış 4147,20 (dörd min dörd yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğ **********00000 kodlu abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №2(027)-2922/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2922/2025
12.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver