Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-293/2024 17.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2019-ci il tarixli 152148 saylı aktın və həmin akta əsasən hesablanmış 1039,84 manat məbləğində borcun onun **********00989 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırdı ki, Quba rayonu, Zərdabi kəndində fərdi yaşayış evləri var. Həmin evlərdə elektrik enerjisindən istifə edir. 09 sentyabr 2019-cu il tarixdə "xxxx" ASC-nin Quba ES-nın işçiləri onun iştirakı olmadan və onu xəbərdar etmədən adına olan, faktiki yaşamadığı evə gələrək yoxlama apararaq güya pilləkənin meydançasında quraşdılmış sayğac sxemdən kənarlaşdırılmış, kənar xətt birbaşa qaz xətti qoruyucusuna verilərək götürülməsi barədə akt tərtib etmişlər. Təxminən 10 gün sonra sayğaca enerji istifadəsi üçün pul vuranda həmin ödədiyi pul dərhal silinmişdir. Bununla əlaqədar cavabdeh təşkilata müraciət etmiş, cavabında sayğaca müdaxilə etməsi səbəbindən 1039,84 manat ziyan hesablandığını bildirmişlər. Onlara həmin evdə yaşamadığını, özünə məxsus digər evdə yaşadığını və sayğaca müdaxilə etmədiyini bildirmişdir. O, evinin sənədlərini tapa bilmədiyi üçün məhkəməyə müraciət edə bilməmişdir. Hal-hazırda sənədləri əldə edə bilmiş və qanunsuz hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət emişdir. O, sayğaca müdaxilə etməmiş, kənar xətdən istifadə etməmişdir. Bu fakt, təsdiq edən heç bir sübut yoxdur. Göstərilən sayğac istehlakçı olaraq ona aid ərazidə deyil, mənizildən kənarda pilləkənin meydançasında quraşdırılmışdır. Sayğacın saz vəziyyətdə saxlanılmasına cavabdeh təşkilat məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarını rəhbər tutaraq, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli akt ilə razılaşmır. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, xəbəri olmadan cərimə yazılmış, xeyli müddətdən sonra bu barədə məlumatı olmuşdur. Aydınlaşdırmaq üçün işıq idarəsinə getmiş, orada ona sayğaca müdaxilə etməsini bildirmişlər. 2019-cu ilin oktyabr ayından ödənişlər etmişdir. Sözügedən evdə yaşamadığı üçün enerjidən istifadə etməmiş, müvafiq olaraq cərimə əsassız hesablanmışdır. Bununla bağlı o, vəkili ilə məsləhətləşmiş, sonuncu ona evin sənədlərini düzəldib məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Evin sənədləri olmadığına görə vaxtında məhkəməyə müraciət etməmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Samir Əhmədov ilkin məhkəmə iclasında iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslndırmışdır ki, “X1 qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə enerjitəchizatı nıiiəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus evin elektrik hesabat sayğacına baxış keçirərkən məlum olmuşdur ki, pilləkan meydançasında quraşdırılmış sayğac sxemdən kənarlaşdırılmışdır. Kənar xətt birbaşa faza xətli qoruyucuya verilərək götürülmüşdür. Bu fakt əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli 152148 saylı akt əsasında 1123,89 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Aktın qeyd hissəsində sxem bərpa olunaraq, qeydiyyatı aparılmışdır. İddiaçı iddia müddətini keçirmiş və buna görə də məhkəmə iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə müvafiq qərar çıxarmalıdır. Abunə haqqında çıxarışından da görünür ki, xx.xx.2019-cu il tarixilə 152148 saylı akta əsasən iddiaçı sayğaca kənar xətdən istifadə etməsi faktı ilə əlaqədar olaraq ona 1123,89 manat məbləğində hesabat aparılmışdır. İddiaçı iddia ərizəsində güya 10 gün sonra ona yeni sayğac quraşdırıldığını və pul tutulduğunu qeyd etsə də, iddiaçının evinə xx.xx.2018-ei tarixdə "Smart kart” tipli sayğac quraşdırılmışdır. İddiaçı aparılmış hesabatdan 144,05 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda 979,84 manat məbləğində debitor borcu qalmışdır. Eyni zamanda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin keçməsinə dair ərizə təqdim edərək, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “hesablanmış borcun silinməsi” tələbi üzrə iddia müddəti keçdiyindən iddiadan imtinaya dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyindən götürülmüüş xx.xx.2023-cü il tarixli 118 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli, AKT R № 152148 saylı akta əsasən sayğaca baxış keçirilməsi zamanı pilləkən meydançasında quraşdılmış sayğac sxemdən kənarlaşdırılmış, kənar xətt birbaşa faz xətti qoruyucusuna verilərək götürülmüşdür. İddiaçı aid **********00989 saylı abonent kodu üzrə saldonun surətindən görünür ki, İddiaçı aktlar üzrə 1173,18 manat borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə kodu - **********00989 olan İddiaçı yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsindəki evin sayğac göstəricisinə əsasən onun abunə hesabında 1039,84 manat məbləğində borc müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 1039,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə baxarən iki məsələyə qiymət verməyi zəruri hesab edir. Biri iddia tələbinin əsaslılığı, digər isə iddia müddətinin tədbiqi məsələsidir. İlk növbədə iddia tələbinə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın: 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür; 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məişət abonenti tərəfindən X1 zamanı pozuntu aşkar edildiyi, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı aid abonent koduna dair sayğac üzrə istehlakçı barəsində yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək sayğacdan kənar xətt qoşulmasına dair akt tərtib edilmiş və həmin akt cəmi bir hal şahidinin iştirakı ilə "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçının yaşayış evini qidalandıran elektrik sayğacının giriş xətti zədələnərək sayğacdan kənar xətt qoşulmasına dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonentin xəttən kənar qoşulması aşkar edilərkən bunu özündə əks etdirən hər hansı bir foto və ya videoçəkiliş aparılmamış, abonentin və ya onun nümayəndəsinin iştirakı təmin edilməmiş və aktın tərtib edilməsinə, imzalanmasına, öz qeydlərinin verilməsinə cəlb edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu da öz növbəsində hansısa xidmət qurumunun iddiaçı şəxsdən fərdi qaydada xidmət haqqı yığmasının, yaxud onun fərdi qaydada borclu olmaqda yolverilməz olduğunu göstərir. İddia müddətinin tədbiqi məsələsinə hüquqi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 18-ci fəsli iddia müddəti ilə bağlı müddəaları əks etdirir. İddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin əsas və başlıca mahiyyəti – hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qaydasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, mülki hüquqda mənfi nəticələr delikt (zərərvurma nəticəsində əmələ gələn) münasibətləri və ya əsassız varlanma münasibətləri ilə bağlı olaraq yaranır. Delikt münasibətləri ilə yaranan mənfi nəticələr (əmlakın zədələnməsi, korlanması, xarab olması, məhv edilməsi və s.) vurulmuş zədələrin əvəzinin ödənilməsi yolu ilə, aradan qaldırılır. Mülki qanunvericiliyə əsasən İddiaçı “əsassız hesablanmış borcun silinməsi” tələbi delikt münasibətlərinə aid edildiyindən onun tələbi ilə bağlı iddia müddəti MM-in 373.1-ci maddəsində nəzərdə tutulan müddətinin, yəni 10 illik iddia müddətinin təsiri altına düşür. Bununla da məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmiş hesab edilməlidir. O cümlədən, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1039,84 manat məbləğində borc vəsaiti abonent kodu **********00989 olan İddiaçı hesabından silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1039,84 manat məbləğində borc vəsaiti abonent kodu **********00989 olan İddiaçı hesabından silinsin və elektrik enerjisinin ödənişini həyata keçirmək üçün maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-293/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-293/2024
17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver