Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-297/2022 13.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN- 515F KOD30316018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən onların adına Torpağın mülkiyyətə verilməsinə dair JN-515F KOD30316018 saylı Şəhadətnamə verilmişdir. Bu yaxınlarda onlar Şəhadətnamədə göstərilən 0,06 ha həyətyanı torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq istəyərkən məlum olmuş ki, Şəhadətnamə tərtib olunarkən hərf səhvlərinə yol verilmişdir. Belə ki, göstərilən sənəddə Ərizəçi1 atasının adı “Mütəllib” əvəzinə “Mütəllim” kimi, Ərizəçi2 adı “Ramin” əvəzinə “Ramil”, Ərizəçi3 adı “Əmin” əvəzinə “Emil” kim göstərilmişdir. Ərizəçi1 atasının ölüm haqqında şəhadətnaməsində onun adı “Mütəllib”, Ərizəçi2 şəxsiyyət vəsiqəsində və doğum haqqındı şəhadətnaməsində adı “Ramin”, Ərizəçi3 şəxsiyyət vəsiqəsində və doğun haqqında şəhadətnaməsində adı “Əmin” kimi göstərilmişdir. Hal-hazırda Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün yuxarıda göstərilən sənəd tərtib olunarkən buraxılmış səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər Ərizəçilərlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı ”Ramin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ”Mütəllib” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Əmin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 20.08.2003-cü il tarixdə Quba rayonu, Kunxırt kəndində vəfat etmişdir. Həmin şəhadətnamə də onun adı “Mütəllib” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Quba rayon AİK-nın 01.02.1999-cu il tarixli 115 saylı qərarına əsasən JN-515F KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Quba rayon AİK-nın 01.02.1999-cu il tarixli 115 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi JN-515F KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-515F KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Mütəllim qızı” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X3” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X4” olaraq qeyd edilmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəmədən JN-515F KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, JN-515F KOD 30316018 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-515F KOD 30316018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-297/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-297/2022
13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver