Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-298/2024 13.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı maraqlı tərəf Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi və müstəqil tələb irəli sürməyən X15, X16, X28, X17, X33, X18 cəlb olunmaqla Cavabdeh qarşı miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli 2/V-01 297 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və atası X4 qalmış miras əmlakın qəbul etmə müddətinin üzrlü hesab edərək onun payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddianın həcminin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli 2/V-01 297 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və atası X4 qalmış miras əmlakın qəbul etmə müddətinin üzrlü hesab edərək onun payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1934-cü ildə Quba rayonu Buduq kəndində anadan olub. X2r. O, xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası N.Məmmədov vəfat etdikdə o bir böyük oğul kimi onun bütün dəfn xərclərini çəkərək, ondan miras qalmış əmlakı qoruyub saxlamaqda iştirak edərək və uzun müddət Atası N.Məmmədovdan miras qalmış Quba şəhəri Ağamalı oğlu 40 № li ünvanında yaşamışdır. Sonradan özünə ünvan 2ləsilə birlikdə köçərək həmin evə qeydiyyata düşmüşlər. Atası N.Məmmədovdan miras qalmış Quba şəhəri Ağamalı oğlu 40 №li ünvanda 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 129,2 kvm olan evə atası N.Məmmədovun adında qalmasını düşünərək vərəsəlik məsələsini həll etməmişdir. Lakin son vaxtlar cavabdeh bacısı Cavabdeh ona pis münasibət bəsləyərək bildirmişdir ki,bu evlər atasının adına deyil, onundur. Ona görə də X47 Xidmət Notariat Ofisinə müraciət edib, mərhum Atası N.Məmmədova vərəsəlik işi açılıb-açılmamasını yoxladığda sorğuya cavab olaraq bildiriblər ki, xx.xx.2013-cu il tarixli vərəsəlik işinə əsasən atası N.Məmmədovdan miras qalmış Quba şəhəri Ağamalı oğlu küçəsi 40 № li evi və torpağı bacısı Cavabdeh yeganə vərəsə olması barədə saxta arayış alaraq öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq evi mənimsəmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh dövlət orqanlarını aldadaraq mərhum atası N.Məmmədovun yeganə vərəsəsi olması barədə saxta arayış alaraq onu və ondan başqa 5 nəfər miras vərəsəsinin vərəsəlik hüququndan məhrum edərək atası N.Məmmədovdan miras qalmış əmlakı mənimsəmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək qardaşı X11 ailə qurmadığını, atası X4 əvvəl rəhmətə getdiyini və ölüm haqqında şəhadətnamə alınmadığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı iddia tələbi qanunsuz, əsassızdır və bu səbəblərdən də iş üzrə icraata xitam verilməsi labüddür. Belə ki, iddiaçının da qeyd etdiyi kimi ataları X12 26 sentyabr 2001-ci il tarixində vəfat etmişdir. Ölümündən 22 il müddət keçmişdir. 22 il sonra iddia qaldırılması özü absurd, cəfəng olmaqla qanunsuz və əsassızdır. Belə ki, onları tanıyan hamı bilir ki, mərhum ataları Nizam Məmmədovun yuxarıda göstərilən ünvanda yerləşən evində atası ilə birlikdə qeydiyyatda olaraq o yaşamış, atasının sağlığında qulluğunda duraraq ona baxmışdır. Həmin evi faktiki atası ilə birlikdə o sahiblik və istifadə edərək idarə etmişdir. Qardaşı İddiaçı ailə qurduqdan sonra buradan köçüb başqa yerdə yaşamış və onların ailənin heç bir işində iştirak etməmişdir. Ataları 26 sentyabr 2001-ci il tarixində vəfat etdikdə də bütün dəfn xərclərini çəkmiş, iddiaçı və digərləri dəfndə iştirak etsələr də başqa iştirakları və hər hansısa köməklikləri əsla olmamışdır. Başqa sözlə, atası vəfat etdikdə onunla birlikdə yaşamış vərəsə kimi mirası qəbul etmişdir və qoruyub saxlamışdır. Digər vərəsələr dəfndə iştirak etsələr də, miras payında maraqlı olmamışlar və hər hansı istəklərinin olduğunu bildirməmişlər. Həmçinin mərhum atasının,anasının və qardaşının qəbirüstü məzar daşlarının da hazırlanıb ərsəyə gəlməsi onun zəhməti və vəsaiti ilə olmuşdur. Onların hər üçünün ehsanlarını və digər dəfn xərclərini o qarşılamışdır. Atalarından miras qalmış Quba şəhəri Ağamalı küçəsi ev 40-da atası ilə birlikdə daima qeydiyyatda olaraq yaşamış,evin bütün xərclərini çəkmiş, təmir işlərini gördürmüş və abad saxlamışdır. O bütün bunları nəzərə alaraq digər vərəsələrin də xəbəri olmaqla xx.xx.2013-cü il tarixində X47 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmış və vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvadratmetr yaşayış sahəsi olan evə dair Çıxarış almışdır.Hal-hazırda yeganə yaşayış və qeydiyyat yeri həmin ünvandır. Hesab edir ki, həmin əsaslarla da iddia ərizəsi mümkün hesab edilə bilməz. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən X15 və X16 onlara düşən miras payından bacıları Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər. Müstəqil tələb irəli sürməyən X33 ataları X19 miras payından ümumi imtina etdiyini, X28 isə miras payından bibisi Cavabdeh xeyrinə imtina etdiyini, X20 imtina etmədiyini bildirmişlər. Əlavə edərək qardaşları X21 rəhmətə atalarından əvvəl getdiyini və ölüm haqqında şəhadətnamə alınmadığını bildirmişlər. Müstəqil tələb irəli sürməyən X18 iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən şəxslərin izahatlarını nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan ev ümumi birgə mülkiyyət hüququ ilə X12 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Rayon Notariusu tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V/01-297 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi qızı- Cavabdeh ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan evdən pay almalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İV-ЖГ 329396 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və Qeydiyyat şöbəsinin arayışından görünür ki, X9 xx.xx.1991-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 172 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ 132813 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və Qeydiyyat şöbəsinin arayışından görünür ki, X12 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 305 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında Quba rayon Qeydiyyat şöbəsinin məlumatında bildirilir ki, elektron informasiya sistemində xx.xx.2024-cü ilədək araşdırılma aparılmış, həmçinin elektron informasiya sisteminə və akt qeydində olan məlumatlara əsasən mərhum X5 aşağıdakı vərəsələri- arvadı-X9, qızı- X22, oğlu-İddiaçı, qızı-X16, oğlu X29, oğlu-X26 barədə məlumat aşkar olunmuşdu. X19 ölüm arayışı əlavə edilərək, elektron informasiya sistemində olan məlumatlara əsasən onun ailə üzvləri arvadı-X18, oğlu- X28, qızı-X20, oğlu-X33, oğlu-X30 barədə məlumat aşkar olunmuşdu. X3 ölümü və ailə üzvləri barədə məlumat aşkar olunmamışdır. Məlumata əlavə olunan xx.xx.2024-cü il tarixli, 42 nömrəli ölüm haqqında arayışdan göründüyü kimi, X29 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Qeydiyyat şöbəsinin arayışından ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 600 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 mülkiyyətində olan ev tam, torpaq sahəsi isə qızı Cavabdeh ilə ümumi birgə mülkiyyətində olmuş və X12 vəfat etdikdən sonra qızı Cavabdeh onun vərəsəsi kimi həyətyanı torpaq sahəsinin atasına düşən hissəsini və həmin torpaqda yerləşən evi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında öz mülkiyyətinə qəbul etmişdir. İddiaçı atası X4 qalmış miras əmlak olan həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən evə vərəsəlik əsasında hüquqlarının olmasını iddia edir. Vərəsələr İddiaçı və Cavabdeh arasında miras əmlakla bağlı mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə, qeyd edilən qərarın vərəsələrin hüquqlarının mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı tələbləri baxımından hesab edir ki, Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli 2/V-01 297 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X4 qalmış miras əmlaka payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə araşdırması zamanı X5 aşağıdakı vərəsələri müəyyən olunmuşdur: qızı-X22, oğlu- İddiaçı, qızı-X16, oğlu-X29, qızı-Cavabdeh, oğlu-X26. X11 atası X4 əvvəl rəhmətə getməklə ailə üzvlərinin olmaması və ölüm haqqında şəhadətnamə alınmaması işin mübahisəsiz halıdır. Beləliklə, Cavabdeh adına verilmiş 10 iyul 2013-cü il tarixli 2/V-01 297 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli və mərhum X4 qalmış miras əmlakı ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin ona düşən hissəsi və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan evə vərəsələrin payları müəyyən olunmalıdır. Belə ki, mirasın ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X12 və Cavabdeh ümumi birgə mülkiyyətində olmuş və həmin əmlaka dair paylar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə də, ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsindən ibarət hissəsinə X12 və Cavabdeh payları bərabər sayılmaqla torpağın 1/2 hissəsi miras aktivi kimi qəbul edilməli və vərəsələr arasında bölünməlidir. İddia ilə Cavabdeh Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğvi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd edilən əmlaka dair vərəsəlik üzrə mülkiyyətə dair payları müəyyən olunduğundan, idda bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Qeyd olunan normanın tələbi və X29 11 avqust 2022-ci ildə vəfat etməsi nəzərə alınmaqla miras əmlak olan torpaq sahəsinin X29 düşən 1/10 hissəsi və yaşayış evinin 1/5 hisssəsi onun vərəsələri arasında bölünməlidir. X19 vərəsələri arvadı-X13, oğlu- X28, qızı-X20, oğlu-X33, oğlu-X24r. X3 atası X14 əvvəl vəfat etməsi və ölümü barədə şəhadətnamənin alınmaması, habelə ailə üzvlərinin olmaması mübahisələndirilməmişdir. Müstəqil tələb irəli sürməyən X33 ataları X19 miras payından ümumi imtina etdiyini, X28 isə miras payından bibisi Cavabdeh xeyrinə imtina etdiyini, X20 imtina etmədiyini bildirmişdir. X18 iştirak etməmiş və münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. X25 imtinası üzrə payı X28 və X20 və X1 və X23 miras payından bibisi Cavabdeh xeyrinə imtinası nəzərə alınmalıdır. Beləliklə də, ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə İddiaçı 1/10, Cavabdeh 1/3, X7 1/30 payı, X8 1/30 payı və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kv/m yaşayış sahəsi olan evə İddiaçı 1/5, Cavabdeh 2/3 payı, X7 1/15 payı və X8 1/15 payı müəyyən edilməklə vərəsəlik hüququ tanınmalı, habelə ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə Cavabdeh ½ payı və yuxarıda qeyd edilən miras 1/3 payı cəmlənməklə, ümumilikdə 5/6 pay üzrə mülkiyyət hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarış ləğv edilsin. ünvan 4 ünvanda yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kvm yaşayış sahəsi olan fərdi yaşayış evinə Cavabdeh verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” etibarsız hesab edilsin. ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə İddiaçı 1/10, Cavabdeh 1/3, X7 1/30 payı, X8 1/30 payı və həmin torpaqda yerləşən ümumi sahəsi 129,2 kv/m yaşayış sahəsi olan evə İddiaçı 1/5, Cavabdeh 2/3 payı, X7 1/15 payı və X8 1/15 payı müəyyən edilməklə vərəsəlik hüquqları tanınsın. ünvan 4 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə Cavabdeh 1/2 payı və torpaq sahəsinə miras üzrə yuxarıda qeyd edilən 1/3 payı cəmlənməklə, ümumilikdə həmin torpaq sahəsinə 5/6 pay üzrə mülkiyyət hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-298/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-298/2024
13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver