Məhkəmə qərarları › İş №2(027)-322/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-322/2021

26.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-322/2021 26.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın etibarsın hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ əsasında Quba rayonu Dağlı kənd ərazisində fərdi yaşayış evi ona məxsusdur. Tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal qutu olmadan ictimai istifadə ərazisində quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. xx xxxx 2020ci il tarixdə cavabdehin nümayəndələri onun yuxarıda göstərilən yaşayış sahəsinə gələrək qaz sayğacının istismar müddətinin bitməsi əsası ilə sayğacın yenisi ilə əvəz edilməsi zərurəti yarandığını ona bildirərək mövcud qaz sayğacını çıxardaraq onu yenisi ilə əvəz etmişlər. Həmin məsələyə onun razılığının lazım olduğu və bu razılığı onların ona təqdim etdikləri sənədə imzası ilə təsdiq etməli olduğu ona bidirilərək imza edilməsi üçün ona sənəd təqdim edilmiş, o da, həmin niyyətlə həmin sənədin ona göstərilən hissəsində imza etmişdir. İddia ərizəsinə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx xxxx 2020 -ci il tarixli, AKT № ******* nömrəli Aktın surətindən göründüyü kimi istifadəsində olmuş qaz sayğacı onda texniki nöqsan aşkar edilmədən çıxarılaraq yenisi ilə əvəz edilmişdir. xx xxxxxxxx 2020 -ci il tarixdə cavabdehin nümayəndələri onun yuxarıda göstərilən yaşayış sahəsinə təkrarən gələrək onunla Cavabdeh İВ arasında olan müqavilənin müddətinin bitdiyini ona bildirərək yeni müqaviləyə imza etməyi ona təklif ediblər. Həmin məqsədlə ona təqdim edilmiş sənədləri imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2020-cii 1 tarixli, Müqavilə №28531-09-20 saylı ‘Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin surətindən göründüyü kimi xx xxxxxxxx 2020 -ci il tarixdə cavabdehlə arasında qazın yeni alqı-satqısı öhdəliyi yaranmışdır. Sonrakı dövrdə cavabdeh təşkilat, şifahi olaraq onların ona qarşı zərər barədə tələbin yarandığı məlumatını vermişdir. Bu isə cavabbdehlə arasında mübahisəyə səbəb olmuşdur. Həmin mübahisə əsnasında bu barədə rəsmi sənəd tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş, cavabdehin ona təqdim etdiyi 30 sentyabr 2020-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT № ******* salı akt surətində göstərilir ki, "ARDNŞnin “Azər qaz" İB-nin qaz sayğaclarının yoxlanılması 29/1710- 01241-1 rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plonbun yuvası çatlayıb. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Dəymiş ziyan hesablansın və ödənilsin." Həmin akt üzrə hesablanmış borcun məbləği ona bəlli deyildir, bu barədə ona məlumat verilməmişdir. Həmin səbəbdən də, həmin sənədlərin əsllərinin və ya təsdiq olunmuş surətlərinin cavabdeh təşkilatdan tələb edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməli olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktda, təbii qazdan istifadə qaydalarının pozulmasına dair göstərilələrin mahiyyətindən göründüyü kimi ziyan barədə cavabdehin iradları əhəmiyyətsiz və texniki cəhəddən qaz itkisinə səbəb olmayan hallar olmaqla həmin hallar uydurmalardır. Həmin hallara əsasən sayğac üzərində gözlə görünən xəsarətlər aşkar olunub. Lakin, xx xxxx 2020 -ci il tarixli, AKT № ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" aktın surətindən göründüyü kimi üzərində həmin nöqsanlar aşkar olunmuş sayğac hələ 6 (altı) ay ötən tarixdə, üzərində hər hansı xəsarət aşkar olunmadan cavabdeh tərəfindən çıxarılaraq aparılmışdır. İddiaçı məhkəmədə ərizədə yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğac çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ARDNŞ-nin “Azər qaz" İB-nin qaz sayğaclarının yoxlanılması 29/1710- 01241-1 rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plonıbıın yuvası çatlayıb. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 28531-09-20 nömrəli müqavilə bağlanmışdır İş materiallarında olan **********03590 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2020-ci ilin sentyabr ayı üzrə ümumilikdə 216 manat məbləğində qaz sərfiyyatı borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İBnin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirərkən ARDNŞ-nin “Azər qaz" İB-nin qaz sayğaclarının yoxlanılması 29/1710- 01241-1 rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plonıbıın yuvası çatlayıb. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuş, bu barədə ******* nömrəli akt, həmin akt əsasında isə Cavabdeh İB tərəfindən xx.xx.2020-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Qeyd edilən iş üzrə iddiaçı tərəfindən Cavabdeh İB-yə qarşı aktın etibarsızlığı tələbi verilsə də, həmin tələb mahiyyət etibarilə borcun silinməsi tələbidir. Hazirki işdə iddiaçının prosessual məqsədi ona hesablanmış borcun qanunsuz sayılması və həmin borcun silinməsidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının **********03590 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********03590 saylı abonent hesabına cavabdeh tərəfindən hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar