Məhkəmə qərarları › İş №2(027)-323/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-323/2020

28.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-323/2020 28.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı2 və onun vəkili X33 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7 Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşədiyi 0,18 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi əvvəllər X5 mülkiyyətində olmuşdur və xx xxxxxx 1978-ci ildə vəfat etdikdən sonra həmin ev miras olaraq qalmışdır. X11 vəfat edərkən 1973-cü ildə anadan olmuş Cavabdeh1 5 yaşı olmuşdir. İddiaçıya məlum olmayan səbəblərə görə təsərrüfat başına kitabında anasının adı mötərizəyə alınaraq üzərində Cavabdeh1 yazılmışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2017-ci il tarixli 2026 saylı arxiv arayışı vardır. Qeyd edilən ev anası X2 miras qalmışdır. Quba rayon İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin 868 saylı, xx.xx.2017-ci il tarixli arayışında görünür ki, X14 xüsusi mülkiyyətində olan yaşayış evi əvvəllər anası X5 mülkiyyətində olmuşdur. 2009-cu ildə həmin ev yarasız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2017-ci il tarixli, 2026 saylı arxiv arayışından görünür ki, Quba rayonu İ Nügədi kənd sovetinin 1977-1979-cu illər üzrə 6 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X11 334 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş yaşayış evi olduğu qeyd edilmişdir. Təsərrüfat başçısı X11 xx.xx.1978-ci ildə ölmüş, onun adı mötərizəyə alınaraq üst hissədə Cavabdeh1 adı yazılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filianının xx xxxxxxxx 2017-ci il tarixli, 1739 saylı arxiv arayışından görünür ki, Quba rayonu, İ Nügədi kənd X25 İcraiyyə Komitəsinin İ Nügədi kəndinə aid 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabda vətəndaş X11 334 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində iki mərtəbəli, 1957-ci ildə tikilmiş yaşayış evi olmuşdur. Həmin təsərrüfatda X1 Bibixanım Ələsgər qızının qızı kimi göstərilmişdir. Quba rayonu İ Nügədi Bələdiyyəsində tərtib və təsdiq olunmuş xx xxxx 2009-cu il tarixli aktdan görünür ki, İddiaçı1 yaşadığı ev çox köhnəlmiş olduğundan yaşayış üçün yararsız olması və həmin evi sökməklə yerində yeni yaşayış evinin tikintisinə razılıq verilməsi barədə müraciətinə əsasən onun evinə yerində baxış keçirilərək, yaşayış evinin 2 mərtəbəli olub, divarlarının saman kərpicindən, bünövrəsinin but daşından, dam örtüyünün şifer materialından olması, yaşayış evinin 1930-cu illərdə tikilməsi, evin 12,0 kv.m və 15 kv.m iki otaqdan və sahəsi 6,0 kv.m olan kiçik dəhlizdən ibarət olması, evin bünövrə və divarlarının deformasiyaya uğraması nəticəsində divarlarda dərin çatların əmələ gəlməsi, evin ağac materialından olan konstruksiyalarının çürüməsinin müşahidə edilməsi, dam örtüyünün çatı ayaqlarının əyilməsi nəticəsində yararsız hala düşməsi, yaşayış evi istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icazə sənədləri əsasında X3 miras qalmış yaşayış evi yararsız vəziyyətə düşdüyündən İddiaçı1 tərəfindən sökülərək yenidən inşa edilmişdir. xx xxxxxxx 2017-ci il tarixli Quba rayonu, İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş kənd sakinləri tərəfindən imzalanmış aktın mətnindən görünür ki, Quba rayonu İ Nügədi kəndi C.Cabbarlı küçəsi 1-də olan 0,18 ha həyətyanı torpaq sahəsində tikilən evdə İddiaçı1 yaşamış və 63 il əvvəl İddiaçı1 həmin ünvanda anası X7 məxsus olan evdə anadan olması və hal-hazıra kimi həyat yoldaşı İddiaçı2 ilə birlikdə yaşaması göstərilmişdir. Həmin aktda qeyd edilir ki, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 uşaqları ilə birlikdə qeyd edilən evdə yaşamamışlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli, 1739 nömrəli arxiv arayışında göstərilir ki, Quba rayonu, İ X18 Soveti İcraiyyə Komitəsinin İ Nügədi kəndinə aid 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabında vətəndaş X12 334 saylı təsərrüfatın başçısı olub. Onun şəxsi mülkiyyətində ikimərtəbəli, 1957-ci ildə tikilmiş yaşayış evinin olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X1 Bibixanım Ələskər qızının qızı kimi göstərilmişdir. Həmin arxiv idarəsindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2026 nömrəli arxiv arayışında göstərilir ki, Quba rayonu, İ Nügədi kənd Sovetinin 1977-1979-cu illər üzrə 6 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X12 334 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş yaşayış evi olduğu qeyd edilmişdir. Təsərrüfat başçısı X12 xx.xx.1979-cu ildə ölmüş, onun adı mötərizəyə alınaraq üst hissədə Cavabdeh1 adı yazılmışdır. Dövlət Arxivinin Quba filialından verilmiş xx xxxx 2019-cu il tarixli 987 nömrəli arvix arayışında göstərilir ki, Quba rayonu, İ Nügədi kənd X19 İcraiyyə Komitəsinin İ Nügədi kəndinə aid 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabda X12 334 saylı təsərrüfatın başçısı olub və onun 1919-cu ildə anadan olmuş X12, 1939-cu ildə anadan olmuş X48, xx xxx 1954-cü ildə anadan olmuş X8 ibarət tərkibinə malik olduğu qeyd edilmişdir. Quba rayonu İHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 791 nömrəli arayışından görünür ki, Bakı şəhərində qeydiyyatda olan Cavabdeh1 adına bu günki tarixə Quba rayonu İ Nügədi kəndində heç bir həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. Quba rayonu, İ Nügədi kənd sakinləri X13, X22, X10, X15 və X23 tərəfindən tərtib edilmiş və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2017-ci il tarixli Aktda göstərilir ki, Cavabdeh2 Cavabdeh1 ilə 1999-cu ildə ailə qurduqdan sonra İddiaçı1 məxsus Bakı şəhərindəki evinə gəlin köçmüşdür. 1999-cu il tarixdən 2017-ci il tarixədək Cavabdeh2, Cavabdeh1 və onların övladları İddiaçı1 məxsus ünvan 1-də olan 0,18 ha həyatyanı torpaq sahəsində tikilən evdə yaşamamışlar. 63 il əvvəl İddiaçı1 həmin ünvanda anası X7 məxsus olan evdə anadan olmasının və hal-hazıra kimi həyat yoldaşı İddiaçı2 ilə birlikdə qeyd edilən həmin ünvan 1 ünvanındakı evdə yaşamasının şahididir. Göründüyü kimi, əri İddiaçı2 ilə birlikdə anasından qalan evdə daimi yaşamalarını kənd sakinləri də təsdiq etmişdir. Bu da onların ev üzərində istifadə hüquqlarının xeyli zaman əvvəl yarandığını, davam etiyini və hal-hazırda da mövcud olduğunu mübahisəsiz şəkildə təsdiq edir. İddiaçı1 anasından miras qalmış Quba rayonu İ Nügədi kəndində yerləşən evdə əri ilə birlikdə yaşaması və anasından sonra mirası faktiki olaraq qəbul edərək idarə etməsi mübahisəsiz və təkzib edilməz haldır. Quba RİHB aparatının memarlıq və tikinti şöbəsinin böyük mühəndisi Fikrət Qurbanovun, Quba RİHBnın İ Nügədi İƏV üzrə nümayəndəliyinin işçisi Alik Qəhrəmanovun, Quba rayonu İ Nügədi bələdiyyəsinn üzvü Qüdrət Umaratovun, Quba rayonu, İ Nügədi kənd sakini Abdulağa Abduləzimovun iştirakı ilə tərtib edilmiş və Quba rayonu, İ Nügədi bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx xxxx 2009-cu il tarixli aktdan görünür ki, İ Nügədi kənd sakini İddiaçı1 yaşadığı ev çox köhnəlmiş olduğundan yaşayış üçün yararsız olması və həmin evi sökməklə yerində yeni yaşayış evinin tikintisinə razılıq verilməsi barədə müraciətə əsasən evə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, yaşayış evi 2 mərtəbəli olub, divarları saman kərpicdən, bünövrəsi but daşından, dam örtüyü şifer materialdandır. Yaşayış evi 1930-cu illərdə tikilmişdir. Evin 1-ci mərtəbəsi köməkçi sahə kimi istifadə olunmuşdur. 2-ci mərtəbədə yaşayış sahəsi 12,0 kv.metr və 15 kv.metr olan iki otaqdan və sahəsi 6.0 kv.metr olan kiçik dəhlizdən ibarətdir. Evin bünövrə və divarlarının deformasiyaya uğraması nəticəsində divarlarda dərin çatlar əmələ gəlmişdir. Evin ağac materialından olan konstruksiyalarının çürüməsi müşahidə edilir. Dam örtüyü çatı ayaqlarının əyilməsi nəticəsində yararsız hala düşmüşdür. Yaşayış evi istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icəzə sənədləri əsasında yeni yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilir. Bu faktın özü də onun daimi olaraq anasından miras qalmış əmlakda yaşadığını sübut edir. Cavabdeh2 digər cavabdeh olan oğlu Cavabdeh1 ilə xx.xx.1999-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Ailə qurduqdan sonra onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 21 saylı evdə yerləşən 4 və 5 saylı mənzilə köçürüb və orada yaşamışlar. Bu barədə Cavabdeh1 tərəfindən səlahiyyətli dövlət orqanlarına ünvanlanmış xx.xx.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda təsdiq edilmiş ərizədə göstərilir ki, “Mən Cavabdeh1 bildirirəm ki, 1999-cu ildə Bakı şəhərində ailə qurdum. ünvan 7 Cabbarlı küçəsi, mənzil 1-də yaşamağa şərait olmadığı üçün anam İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanda 4 və 5 saylı mənzilləri mənə və həyat yoldaşım Cavabdeh2 içərisinin mebel, televizor və bütün lazım olan avadanlıqlarla birlikdə bağışlayıb evdən bacım Məhbubədən, qardaşım Şamildən heç bir tələbim və mülki iddiam yoxdur və heç vaxt olmayacaq. Xahiş edirəm ərizəmi nəzərə alasınız.” Cəmil həyat yoldaşı Mətanətlə həmin mənzildə yaşadığı müddətdə onların maddi köməyi ilə Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917 C məhəllədə “xxxxxxx” MTK tərəfindən inşa edilən 1 nömrəli binanın ümumi sahəsi 200 kv.metr olan 4 nömrəli mənzilinə dair “Kooperativ binada mənzil tikilişi haqda” xx xxxx 2004-cü il tarixli 32 saylı Müqavilə bağlayaraq 4 otaqlı kooperativ mənzili tikmişdir. Mənzil hazır olduqdan sonra onun onlara bağışladığı Cavadxan küçəsindəki mənzilləri satıb kooperativ mənzilin pulunu tam ödəmiş və onlar mənzilə köçüb orada yaşamağa başlamışlar. Göründüyü kimi, valideyn olaraq onlar üçün öz vəsaitlərinin hesabına hər cür şərait yaratmışlar. Əvvəl mülkiyyətlərində olan mənzilləri onlara bağışlamış, daha sonra yaxşı şəraitli mənzildə yaşamaları üçün yeni kooperativ mənzil tikilməsini maliyyələşdirmişlər. Cavabdeh2 Cavabdeh1 aldığı etibarnamə əsasında Cəmilin məlumatı və xəbəri olmadan xx xxxx 2016-cı ildə yuxarıda qeyd edilən ünvanda yerləşən kooperativ binadakı 4 otaqlı mənzili 325000 manata satmışdır. Mənzil satılan vaxt Cəmil Azərbaycanda olmamışdır. Mətanətin atası X52 aparıb ki, orada biznes qursunlar. Mənzil satıldıqdan sonra Adil Bakıya qayıdıb. Cəmil isə Türkiyədə qalıb. Hətta həmin vaxtlarda X32 və atası Adilin adına 40000 ABŞ dolları göndərib. Mənzil satıldıqdan bir müddət sonra Cavabdeh2 qeydiyyatda Bakıda olsa da, anadan olduğu Ağdam Rayon Məhkəməsinə nikahın pozulmasına dair müraciət edərək həyat yoldaşı Cavabdeh1 bu barədə məlumatı və xəbəri olmadan 10 gün ərzində məhkəmənin xx xxxx 2017-ci iı tarixli qətnaməsi ilə boşanmışdır. Məhkəmənin qətnaməsində göstərilir ki, iş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə rəsmi teleqram göndərərək iddianı qəbul etdiyini və boşanmaya razı olduğunu göstərərək nikahlarının pozulmasını xahiş etmişdir. Ancaq buradan belə çıxır ki, bu işlərin hamısı məqsədli şəkildə həyata keçirilib və Qubadakı evimin zəbt olunması əvvəlcədən planlaşdırılıb. Cavabdeh Musayev X24 qayıdıb Bakıya gəldikdə evin satıldığını və Mətanətin boşandığını müəyyən edib Bunda sonra Bakıya gələrək vəziyyəti aidiyyəti qurumlara izah edib. Cavabdeh1 Notariat Kontoruna gedərək səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsini və yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli ərizəsini təsdiq etdirib bizə vermişdir. xx xxxxxx 2017-ci il tarixdə notariatda təsdiq edilmiş ərizədə göstərilir ki, Quba rayonu İ Nügədi kəndində tikilmiş bir mərtəbəli yaşayış evinin tikintisinə o, bir manat pul xərcləməmişdir, ona görə də anası İddiaçı1 və atası İddiaçı2 Minac oğlundan heç bir tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Cavabdeh2 yaşadıqları kooperativ mənzili 360000 manata satdıqdan sonra mənzilin pulunun hara verildiyi barədə heç bir məlumatları yoxdur. Qeyd edilən pula Bakı şəhərində hər bir şəraiti və avadanlığı ilə ayrı-ayrılıqda hər uşağına bir mənzil almaq mümkün idi. Bəlkə də onun tərəfindən Bakıda qohumlarından kiminsə adına mənzil alınıb, bəlkədə həmin pulu öz tikinti biznesinə sərf etməsi üçün atasına verib. xx xxxx 2017-ci ildə Cavabdeh2 Cəmildən boşanıb, ailə münasibətlərinə son qoymasına baxmayaraq İddiaçı1 Bakıda olan vaxt onların evdə olmamasından istifadə edərək İddiaçı1 Cəmilə miras qalmış və onun adına sənədləşdirilmiş ünvan 4 ünvanındakı evin pəncərəsini sındırıb evi zəbt etmişdir. Bu barədə qonşuları xəbər vermişlər və onlar da 102 xidmətinə evin zəbt olunması barədə məlumat vermişlər. Polislər məsələ ilə bağlı gəldikdə Mətanət Cəmildən boşanmasını gizlədərək ləğv olunmuş nikah şəhadətnaməsini göstərmiş və evin gəlini olduğunu bildirmişdir. Qeyd edilməsi zəruridir ki, Mətanət boşandıqdan sonra ünvan 5 ünvana qeydiyyata düşmüşdür və ona Ağdam RPŞ tərəfindən xx.xx.2017-ci il tarixli, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxsiyyət vəsiqəsində də o subay kimi göstərilir. Ancaq hansı vasitə ilə köhnə vəsiqəsini də saxlamışdır və polislər gələn vaxt ləğv olunmuş nikah şəhadətnaməsi ilə birlikdə köhnə vəsiqəsini də təqdim edərək, Cəmilin həyat yoldaşı olduğunu, evin də Cəmilin olduğunu bildirmişdir. Mətanət öz məqsədinə çatmaq üçün Cəmili və uşaqları görmək adı ilə aldadaraq evə çağırmış və həmin vaxtdan onu evdən bayıra buraxmayaraq girov kimi saxlayır. Cavabdehlər həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərində istifadə hüquqları olmasına baxmayaraq, həmin evdə yaşamaqla istifadə etməklərinə maneçilik törədir, onları həmin evə buraxmayaraq istifadə hüquqlarını kobud surətdə pozur, onlara ziyan vuraraq, evi və evdə olan əmlaklarını qəsdən dağıdıb məhv edir. Cavabdehlər onların həmin evdə olmasından sui-istifadə edərək evə qanunsuz daxil olaraq, onları evə buraxmaqdan imtina edir və həmin evdən istifadə etmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə cavadehlərin özbaşnalığı, zorakılığı, qanunsuzluğu nəticəsində onlar istifadə hüquqlarının olduğu və uzun illər fasiləsiz yaşadıqları evdən məhrum olublar. xx xxxx 2017-ci il tarixindən indiyədək onlar Quba rayonu, Birinci Nügədi kəndi, Maksim Qorki küçəsi, ev 24, mənzil 4-də hər ay 250 manat kirayə haqqı ödəməklə həmin mənzildə müvəqqəti məskunlaşmağa məcbur olmuşlar və bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. Cavabdehlərin qeyd edilən qanunsuz əməlləri nəticəsində onlar da xx xxxx 2017-ci il tarixindən bu günə kimi başqa yerdə müvəqqəti yaşamağa məcbur qalmışlar. Cavabdehlər heç bir qanuni əsas olmadan yuxarıda qeyd edilən qanunsuz əməllərə yol verməklə onları fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə daxil olmağa imkan vermir və həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə qanunsuz və əsassız olaraq maneələr yaradır və onlar da bütün bunların qarşılığında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqətən özlərini uzun illər yaşadığı, köhnəsini dağıldıb yenisini tikdiyi və 2017-ci ilə kimi yaşadığı Quba rayonu İ Nügədi kəndində yerləşən əvvəllər X9 məxsus olmuş fərdi yaşayış evindən cavabdehlər tərəfindən qovulmuşlar. Onlar yaşamağa evləri olmadığı üçün Quba şəhərində kirayədə qalırlar. Cavabdehlər onlara tikdikləri və uzun illər yaşadıqları istifadə hüquqları yaranmış evə köçməyə və həmin evdən istifadə etməyə maneə yaradırlar. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək atası İddiaçı2 və anası İddiaçı1 onlar tərəfindən yenidən tikilmiş, uzun illər yaşadıqları evə köçürülməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o Cəmillə birlikdə həmin evdə yaşayır. İddiaçılarla barışması mümkün deyildir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı1 məhkəmə ərizə ilə müracitə edərək üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda yazdığı ərizəsindən görünür ki, İddiaçı1, İddiaçı2 Minac oğlu və bacısı Məhbubədən heç bir tələbi və mülki iddiası yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda yazdığı ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı1 və İddiaçı2dan heç bir tələbi və mülki iddiası yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X12 334 saylı təsərrüfatın başçısı olub və X48 və X8 ibarət ailə tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arxiv arayışından görünür ki, 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabında X12 334 saylı təsərrüfatın başçısı olub, onun iki mərtəbəli, 1957ci ildə tikilmiş evi vardır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi kənd İƏD tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 475 nömrəli arayışdan görünür ki, İddiaçı1 mülkiyyətində olan yaşayış evi əvvəllər X5 mülkiyyətində olmuşdur. 2009-cu ildə X7 məxsus olan yaşayış evi yarasız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kəndi X49 üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 X39 ilə 1999-cu ildə ailə qurduqdan sonra İddiaçı1 məxsus Bakı şəhərindəki evinə gəlin köçmüşdür. 1999-cu ildən 2017-ci il tarixədək Cavabdeh2, Cavabdeh1 və onların övladları İddiaçı1 məxsus Quba rayonu İ Nügədi kəndi C.Cabbarlı küçəsi 1-də olan 0.18 ha həyətyanı torpaq sahəsində tikilən evdə yaşamışdır. İddiaçı1 63 ildir ki, İddiaçı2 ilə X7 məxsus olan evdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktda görünür ki, İddiaçı1 yaşadığı ev yaşayış üçün yararsız olduğundan, həmin evin sökülməsi üçün evinə baxış keçirilmişdir. Keçirilən baxışdan sonra aydın olmuşdur ki, yaşayış evi 2 mərtəbəli olub, divarları saman kərpicindən , bünövrəsi but daşından, dam örtüyü şifer materialındandır. Yaşayış evi 1930-cu illərdə tikilmişdir. Evin 1-ci mərtəbəsi köməkçi sahə kimi istifadə olunmuşdur. İİ-ci mərtəbədə yaşayış sahəsi 12,0 m2 və 15 m2 olan iki otaqdan və sahəsi 6.0 m2 olan kiçik dəhlizdən ibarətdir. Evin bünövrə və divarlarının deformasiyaya uğraması nəticəsində divarlarda dərin çatlar əmələ gəlmişdir. Evin ağac materialından olan konstruksiyalarının çürüməsi müşahidə edilir. Dam örtüyü çatı ayaqlarının əyilməsi nəticəsində yararsız hala düşmüşdür. Yaşayış evi istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icazə sənədləri əsasında yeni yaşayış evinin tikintisi məqsədə uyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, ünvan 7 Cabbarlı 1 ünvanında yerləşən evi X16 və onun fəhlələri ilə birlikdə inşa etmişdir. Tikintinin xərclərini İddiaçı1 həyat yoldaşı İddiaçı2 ödəmiş, catışmayan pula görə özünün adına olan “QAZ-3129” markalı avtomobilini usta X27 vermişdir. İş materiallarına əlavə edilmiş Quba rayon RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan yaşayış evi anası X5 mülkiyyətində olmuşdur. 2009-cu ildə Orucova Bibixanım Əİəsgər qızına məxsus olmuş yaşayış evi yararsız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən Hüquqların Dövlət qeydiyyatıda haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,0 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-200/2018 nömrəli, xx xxxx 2018-ci i tarixli qətnaməsində görünür ki, ilk iddia üzrə İddiaçı1 ilk iddia üzrə Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi və evdən çıxarılma tələbləriənə dair iddiası təmin edilməməsi, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 iddiasının təmin edilməməsi, İddiaçı1 Quba rayon X20 xx xxxx 1997-ci il tarixli , 06 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD 30319018 saylı şəhadətnamə, Cavabdeh1 adından Quba rayon Notariat Kontorunda xx.xx.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, 1099732, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-2852/2018 nömrəli qətnaməsində görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN-1032F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X4 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X44, X40, X41 və X34 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, İddiaçı1 Quba rayon X20 xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı əsaəsında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(102)-1395/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2582/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilən Ağdam Rayon Məhkəməsinin 2(013)-2994/2017 il tarixli qətnamədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.1999-cu ildə Bakı şəhər Səadət sarayında 1399 nömrə ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilən Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 ilə X28 arasında xx.xx.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış Reyestr AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX 11811436, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyat tarixli çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(105)- 332/2020 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı1 hazırkı mübahisə aparılan evin yerləşdiyi torpaq sahəsində olan 2009-cu ildə sökülmüş fərdi yaşayış evində doğulmuş, həmin evdə anası ilə birlikdə yaşamış, sonradan digər iddiaçı ilə ailə quraraq həmin evdə birlikdə yaşamağa davam etmişlər, sonradan həmin yaşayış evi qəzalı olduğu üçün iddiaçılar tərəfindən sökülərək yeni yaşayış evi tikmişlər. Lakin buna baxmayaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatıda haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Cavabdeh1 adına çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə qətnamələrindən də göründüyü kimi cavabdehlər iddiaçıları yaşadıqları həmin evdən və torpaq sahəsindən çıxarmış və onları həmin evə qoymurlar. Eyni zamanda iş materialları ilə müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh1 iddiaçıların oğludur, yəni iddiaçılar Cavabdeh1 ailə üzvləridir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən də, iddiaçıların qeyd edilən mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 saylı qərarının 7–ci bəndinəəsasən kirayəçinin ailəüzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinəəsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.Göstərilən normanın 3-ci hissəsinəəsasən isə icarədarın ailəüzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailəüzvləri hesab edilə bilərlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinəəsasən kirayəçinin ailəüzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi iləəlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailəüzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailəüzvü hesab oluna bilməzlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinəəsasən icarədar özü ilə birlikdə yaşayan ailəüzvlərnin razılığı iləöz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən normanın 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvlərinin arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43- cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında»Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən, yaşayış sahəsinə köçürmək Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsindən göründüyü kimi icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganəşərti onunla birlikdə yaşayan ailəüzvlərinin razılığıdır. Azərbaycan Respublikasının Konstiutsiya Məhkəməsi xüsusilə qeyd edir ki, icarədarın özü ilə birlikdə yaşayan ailəüzvlərinin razılığı ilə hər hansışəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni iddiaçıların qeyd edilən evə istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmışdır. Sonradadan hüquq münasibətləri dəyişsə də, iddiaçıların qeyd edilən mənzildən istifadə hüquqlarının itirlməsinə əsas olan hal baş verməmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Göründüyü kimi istənilən halda iddiaçıların qeyd edilən mənzilə köçürülməsi üçün əsas vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. X26 Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Məhkəmə araşdırması zamanı iddiaçılar İddiaçı1 (xx.xx.1954-cü il təvəllüdlü) və İddiaçı2 (xx.xx.1944-cü il təvəllüdlü) qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çataraq əmək qabiliyyətlərinin olmaması, eləcə də hazırda mübahisələndirilən evin iddiaçılar tərəfindən tikilməsi və həmin evdə iddiaçıların yaşaması, cavabdehlərin 2017-ci ilə qədər qeyd edilən evdə yaşamaması və mülkiyyət hüquqlarının da 2017-ci il tarixdə yaranması, cavabdeh, eyni zamanda mülkiyyətçi Cavabdeh1 hal-hazırda valideynlərinin mübahisəli evə köçüb yaşamalarına etiraz etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələr aradan qaldırılmalı və iddiaçılar Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələr aradan qaldırılsın və iddiaçılar İddiaçı1 və Musayev X17 Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar