Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-323/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi X13 iştirakı ilə X13 maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X19 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-116 kod 30307018 saylı torpağa mülkiyyət hüququna X33 və JN-075F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin X5na məxsus olması faktını müəyyən edərək, qətnamə çıxarılmasını qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X19 ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə X5na JN-116 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X33 və JN-075F kod 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin Dövlət Aktında anasının adı “X15” əvəzinə səhvən “X16” kimi, Şəhadətnamədə “X15” əvəzinə səhvən “X3 yazılaraq düzgün qeyd olunmamışdır. Adına verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə ad, soyad və ata adı X15 kimi qeyd olunmuşdur. Dövlət X2 və şəhadətnamədə qeyd olunan X4 olaraq qeyd olunmuşdur. X5 06 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa müliyyət hüququna X32 və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan yalnışlıq olduğuna görə sənədləşmə işi apara bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-116 KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X31 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə 0,23 hektar torpaq sahəsi verilmiş, X30 X10 adı “Rumiyə” kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-075F KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə 0,13 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə X10 adı “Rumiyyə” kimi qeyd olunmuşdur. İş materiallarında olan, 51292 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin anası Quliyeva (Hüseynova) Rubiyə İbrahim qızı 06.05.1938-ci il tarixdə doğulmuş, şəhadətnamədə soyadı, adı və atasının adı X17 kimi göstərilmişdir. İş materiallarında olan, 10 mart 1965-ci il tarixdə verilmiş A3 seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X10 birgə nikahlarından xx.xx.1965-ci il tarixdə X19 anadan olmuşdur. İş materiallarında olan 07 iyun 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 482403 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 06.06.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin 09.08.2021-ci il tarixli, 342 №li arayışından görünür ki, Quba rayonu, Amsar kənd sakini X15 vəfat etdikdən sonra dəfn xərcini oğlu X18 çəkmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin 14.01.2022-ci il tarixli, 48 saylı arayışından görünür ki, X15 06.06.2011-ci il taixdə vəfat etmiş, X19 onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29.11.2021-ci il tarixli, **********79 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-116 KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X32 və JN-075F KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il il tarixli, 04 nömrəli qərarı ilə JN-116 KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X33 əsasında X10 mülkiyyətinə 0,23 hektar torpaq sahəsi və JN-075F KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında X10 mülkiyyətinə 0,13 hektar torpaq sahəsinin verilməsi, X30 X10 adının “Rubiyə” əvəzinə səhəvən “Rumiyə” kimi, şəhadətnamədə isə “Rumiyyə” kimi qeyd olunması, X10 06.06.2011-ci il tarixdə vəfat etməsi, X13 X10 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-116 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X33 və JN-075F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-116 kod 30307018 saylı Torpağa Mülkiyyət Hüququna X33 və JN-075F kod 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-323/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-323/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver