Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-326/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Abdinova (Kərimova) Mehparə Tağı qızına məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi göstərdi ki, Quba rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 17 sayh qərarına əsasən ona-X3 Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,50 ha pay torpaq sahəsi verilmiş və adıma JN 1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin Dövlət Aktında onun adı düzgün olaraq yazılsa da, soyadı Abdinova əvəzinə Abdinov, atasının adı Tağı əvəzinə səhvən Tacı kimi qeyd edilmişdir. Soyadının Abdinova, atasının adının Tağı olması ərizəsinə əlavə etdiyi hüquq müəyyənedici sənəd olan doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, eləcə də, nikahın bağlanması haqqında şəhatənaməsi ilə də təsdiq olunur. Qeyd edir ki, o, X5 xx xxxxxx 1999-cu il tarixdə X4 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və Kərimova soyadını qəbul etmişdir. Hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında olan yanlışlıqlara görə, yəni X5 əvəzinə səhvən X2 yazıldığından həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Bildirir ki, o, həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm sayh Ərazi İdarəsinə müraciət etmiş. DƏDRX-nm 5 sayh Xaçmaz Ərazi İdarəsi xx xxxxxxx 2020-ci il tarixli, **********72 sayh məktubu ilə ona JN 1xx xxx 30313108 sayh Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edir ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən Azərbaycan Respublikası DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalmşhğı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN 1xx xxx 30313108 sayh Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1ma məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, JN 1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Abdinova (Kərimova) Mehparə Tağı qızına məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu, Ərməki-Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan V-ЖГ(V-JQ) N 444427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə Naxçıvan MR-nın Culfa rayonunda anadan olmuşdur. İş materiallarında olan, JN-1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında Ərizəçi adı “X12” qızı kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda JN-1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN 1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Abdinova (Kərimova) Mehparə Tağı qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN 1xx xxx 30313108 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Abdinova (Kərimova) Mehparə Tağı qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-326/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-326/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver