Məhkəmə qərarları › İş №2(027)-327/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-327/2022

05.01.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-327/2022 05.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı dövlət aktının qismən ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələblərinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin 0,96 ha hissəsi əsassız daxil edilməklə 2,23 ha torpaq sahəsinin verilməsi barədə Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarının və həmin qərar əsasında verilmiş JN 339 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X1 ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin 0,96 ha torpaq sahəsi də daxil olmaqla 2,23 ha torpaq sahəsi üzərində sərəncam verilməsi hüququnun olomaması faktının müəyyən olunması; bu xüsusda torpaq sahəsinin Cavabdeh7 Bahadur qızına satılması barədə 01 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması; Cavabdeh7 Bahadur qızının Cavabdeh1 və ailə üzvlərindən aldığı həmin 0,96 ha torpaq sahəsinin məhz iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olması, bunun nəticəsində Cavabdeh7 həmin 0,96 ha torpaq sahəsinə də mülkiyyət hüququ verilən JN-2540 KOD 30320018 Dövlət Aktı MH seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi; iddiaçıların həmin 0,96 ha torpaq sahəsinə (iddiaçıların qeyd etdiyi 9648,72 kv.metr torpaq sahəsinə) mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatlarında mübahisəni məhkəmədən kənar qaydada həll etmək istədiklərini, ona görə də idda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geyri qaytarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçıların vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya eyni tələb üzrə qanunvericiliyin tələbinə əsasən yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı dövlət aktının qismən ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələblərinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar