Məhkəmə qərarları › İş №2(027)-328/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-328/2021

26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-328/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanmış 244 (iki yüz qırx dörd) manat 80 qəpik məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X6 iddianı müdafiə edərək göstərdi ki, mülkiyyətində Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində 240 kv metr yaşayış evi vardır. Həmin yaşayış evinə "Cavabdeh" X8 şöbəsi ilə bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə edir. Yaşayış evini H.Hüseynova kirayəyə verib. Hər ay oa kirayə pulu verib, lakin 2020-ci ilin sentyabr ayının sonunda H.Hüseynov ona kirayə pulunu verməyib. Ona bildirdim ki, əgər kirayə pulunu verməsən evdən çıxmalısan. O da bildirdi ki, evdən çıxacağ, ancaq ona problemlər yaradacağ. O, kirayə pulunu verməyərək evdən çıxıb. xx xxxxxxx 2020-ci il tarixdə "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları onun yaşadığı evə gələrək, istifadə etdiyi qaza görə borclu olduğunu bildirib və qazm verilməsinə qadağa qoyaraq xəttin kəsiləcəyini bildirblər. O da bildirib ki, sizin idarə rəhbərinizə istifadə etdiyi qaza görə 350 manat borcu ödəməyə hazırdı. 244 manat pul isə ona aid deyil və 350 manat istifadə etdiyi qazın pulunu ödəyib. Onlar xx.xx.2020-ci il tarixli borcun ödənilməsi barədə protokolu təqdim ediblər, həmin protokolla razılaşmadığı üçün imza etməkdən imtina edib və əsassız hesablanmış borcun hesabından silinməsi üçün məhkəməyə müraciət etməli olub və hesab edir ki, "Cavabdeh" X5 X10 İdarəsinin əməkdaşları tərəfindən hesablanmış borc onun abonent hesabından silinməlidir və həmçinin qeyd edib ki, qaz sayğacı evdən kənarda küçədə yerləşir və ona bildirişlərin heç birində borcu olması qeyd olunmayıb, heç bir akt da verilməyib. Göstərilənləri nəzərə alaraq, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanmış 244.80 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Abonent İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı ******* №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar ******* saylı müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür. Yuxarıda qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmışdır, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent İddiaçı oiğlunun iştirakı ilə xx.xx.2018-ci il tarixdə Xaçmaz RQİİ-nin Quba rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğacın sol tərəfi şübhəli olduğuna görə xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə ******* saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. ******* №-li sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, “Qaz sayğaclarına nəzarət” komissiyasının xx.xx.2018-ci il tarixli rəyinə əsasən ******* №-li qaz sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasma əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddddia tələbi məhkəmə tərəfindən əsasız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iddiaçı X4 və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 izahatını dinləyib,məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2821 saylı arayışdan məlum olur ki, X2 şəhəri, M.B.Tahirov küçəsi, ev 1 ünvanında yaşayır. İş materiallarında olan istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolundan görünür ki, həmin protokol xx.xx.2020-ci il tarixində tərtib olunmuş, istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə X4 xüsusi mülkiyyətinə verilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri Dəvədabani yaşayış massivində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 244 (iki yüz qırx dörd) manat 80 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh istehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri Dəvədabani yaşayış massivində yerləşən yaşayış evinə dai İddiaçı adına hesablanmış 244 (iki yüz qırx dörd) manat 80 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar