Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-331/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisi, Cavabdeh3 və Cavabdeh4 qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 2V- 01/383 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-ci maddəsinə əsasən, tələbini dəqiqləşdirərək, xx.xx.2013-cü il tarixdə X6 vərəsələri arvadı - X14, qızları – Cavabdeh3 və X11 verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, atası X16 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə o, Quba rayon notariat kontoruna ərizə təqdim edərək, mirası qanun üzrə qəbul etmişdir. X14, Cavabdeh3 və X17 mərhum atası X6 mirasını qəbul etmək üçün nəzərdə tutulmuş 3 aylıq müddəti ötürdüklərindən Quba rayon notariat kontoru onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli 2-1(85)-493/2013 saylı qərarı ilə X11 və Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Quba rayon notariat kontorunun üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2013-cu il tarixdə X14, Cavabdeh3 və X11 vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Onun şikayəti əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(85)-493/2013 saylı qərarı ləğv edilmişdir. O, xx.xx.2018-ci il tarixdə Quba rayon notariat kontoruna qarşı “vərəsəlik qeydinin ləğv olunması və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 740/2018-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışlarla xx.xx.2011-ci il tarixdə vəfat etmiş X12 məxsus olan və ondan miras qalmış Quba rayonu Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmən torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X14, Cavabdeh3 və X7 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Bu müddət ərzində X17 xx.xx.2018-ci il tarixdə, X14 isə xx.xx.2019-cü il tarixdə ölmüşlər. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-740/2018 nömrəli icra vərəqəsi əsasında Quba rayonu notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə X8, Cavabdeh3 və X11 verilmiş 2V-384, 2V-386 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. Hazırda ona etibarsız hesab edilmiş şəhadətnamələrlə əldə edilmiş çıxarışların etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş qanunsuz qeydlərin ləğvi və qanunsuz alınmış çıxarışların etibarsız hesab edilməsi üçün məhkəməyə yenidən müraciət etmək tövsiyyə edilmişdir. Belə ki, hər iki əmlakda yaşamaq mümkün deyildir və hal-hazırda əmlakların heç birində yaşayış yoxdur. Əmlakların heç birinə qaz, su, işiq və konalizasiya qoşulmamışdır. Mülkiyyətçilərin payları üzrə bölgü aparılmamış və əmlakların hər ikisi mirasqoyanın sağlığında olan vəziyyətdədir. Hər iki əmlakın açarı ondadır. Əmlakın qorunub-saxlanılmasına özü nəzarət edir. Quba Rayon Məhkəməsinin 2-103/2006-cı il saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X6 mərhum atası X3 miras qalmış, Quba rayonu Gərəy kəndində yerləşən evə və 0,25 ha həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Həmin evə və 0,25 ha torpaq sahəsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi 280701856, seriya nömrəsi MH ******* saylı çıxarış verilmişdir. Quba rayon notariat kontoru mirası qəbul etməmiş anası, X8 həmin torpaq sahəsi üçün mülkiyyət hüququ haqqında 1/2 hissə üçün şəhadətnamə vermişdir. Həmin əmlak nikah dövründə mərhum X12 atasından vərəsəlik qaydasında keçmiş və bu mülkiyyətdən X8 1/2 pay ayrılmalı deyildir. Həmin torpaq sahəsindən X14 üçün 1/2 hissədən paya görə Quba notariat kontoru tərəfindən xx.xx.2013-cu il tarixdə verilmiş, reyestrdə 2V/01-386 nömrə ilə qeyd edilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnamə etibarsızdır. Bundan başqa məhkəmə qərarları əsasında təsdiq edilmişdir ki, X6 mirasını qəbul etməyən X8, Cavabdeh3 və X11 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli deyildir. Quba notariat kontoru tərəfindən 0,25 ha torpaq sahəsindən X8 1/8 hissədən ibarət, Cavabdeh3 1/8 hissədən ibarət, X11 1/8 hissədən ibarət paylar üçün cəm halda verilmiş xx.xx.2013-cü il tarixli 2V/01-383 nömrə ilə qeyd edilmiş 273-274-275/2012 saylı, qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, eyni zamanda 0,25 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin şəxslərin adına verilmiş çıxarış ləğv edilməlidir. X14 bağışlama müqaviləsi ilə Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 5/8 pay hissəsini X28 və Cavabdeh3 bağışlamışdır. Həmin müqavilə də ləğv edilməlidir. Bağışlama müqaviləsi ilə X14 özünə aid olmayan payının 50%-ni Cavabdeh3, 50%-ni isə X11 bağışladığından payların həcmi artmış və çıxarışların qeydiyyat nömrələri də dəyişmişdir. Bağışlama müqaviləsi ləğv edildikdə, bağışlama müqaviləsinin nəticəsi olan çıxarışlar da ləğv edilməlidir. İlhamə Əlizadənin vərəsələri üçün, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu 0,25 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə 116 kv.m və ya 7/16 hissə pay üzrə xx.xx.2019-cu il tarixli reyestrdə 2V-85 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və bunun əsasında çıxarış verilmişdir ki, həmin şəhadətnamənin və çıxarışın reyestr qeydi ləğv olunaraq qeyd olunan sənədlər eribarsız hesab edilməlidir. Eyni zamanda X1 müraciəti əsasında ona, Quba şəhər XDS İK-nin torpaq bölgüsü komissiyasının, xx.xx.1988-ci il tarixli, 1 nömrəli protokolu əsasında 400 (dörd yüz) kv.metr torpaq sahəsi verilmişdir. Atasının və onun maliyyə vəsaiti hesabına inşa edilmiş və daxili hissəsi yaşayış üçün tamamlanmamış, Quba şəhərinin, 33cü məhəllədə yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bununla əlaqədar DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, seriya nömrəsi MH ******* saylı çıxarış verilmişdir. X1 mirasını qəbul etməmiş X14, vərəsələr arasında, miras paylar naturada tam bölünməmiş xx.xx.2019-cu il tarixdə ölmüşdür. Quba rayon notariat kontoru tərəfindən, mirası qəbul etməmiş X8 xx.xx.2013-cü il tarixidə verilmiş, reyestrdə 2V/01-385 nömrə ilə qeyd olunan 273-274-275/2012 saylı, Mülkiyyət hüququ haqqında şəhadətnamə ilə Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin 1/2 pay hissəsi ayrılmışdır. Həmin şəhadətnamənin reyestr qeydi ləğv olunaraq, şəhadətnamə etibarsız hesab edilməlidir. Bununla əlaqədar qeyd olunan fərdi yaşayış evi üçün X8 1/8 hissədən ibarət pay, Cavabdeh3 1/8 hissədən ibarət pay, X11 1/8 hissədən ibarət paylar üçün cəm halda verilmiş 21.09. 2013-cü il tarixli, 2V/01-384 nömrə ilə qeyd edilmiş 273-274-275/2012 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə reyestrdə ləğv olunaraq etibarsız hesab edilməlidir. Həmçinin DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən X8 5/8, X11 1/8, Cavabdeh3 1/8 hissə paylar üçün xx.xx.2013-cü il tarixdə verilmiş, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, seriya nömrəsi ******* saylı çıxarış üzrə reyestr qeydi ləğv olunaraq həmin sənəd etibarsız hesab edilməlidir. Quba rayon notariat kontoru, X8 mərhum əri X4 miras qalmış paylar üçün verdiyi, mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr nəticəsində əldə edilmiş çıxarışlar vasitəsilə bağışlama müqaviləsi tərtib edərək, həmin müqavilə təsdiq etmişdir. xx.xx.2014cü il tarixdə Quba notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsi ilə X2 şəhəri, məhəllə 32-33-də yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən özünə aid olmayan 5/8 pay hissəsinin 50%-ni qızı X20ma və digər 50%-ni isə qızı Cavabdeh3 bağışlamışdır. Hər iki əmlak üzərində çoxsaylı qanunsuz hərəkətlər aparıldığından, vərəsəlik hüququnun bərpa edilməsi üçün Quba rayon notariat kontoru tərəfındən reyestrdə qeydə alınmış Mülkiyyət hüququ haqqında şəhadətnamələr, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və payların bağışlanma müqavilələri reyestrdə ləğv olunaraq, mülkiyyət hüququ haqqında şəhadətnamələr, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və payların bağışlanma müqavilələri etibarsız hesab edilməli və DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarışlar, DƏDRX-nin reyestrində aparılmış bütün qeydlər ləğv edilərək, çıxarışlar etibarsız hesab edilməlidir. O, bu barədə daha öncə iddia qaldırmış və Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsilə iddiası təmin edilmiş, lakin həmin işdə eyni əsaslar üzrə səhvən xx.xx.2013-cü il tarixli, 2V/01-386 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələb qoyulmamışdır. Bu şəhadətnamə də eyni əsaslarla etibarsız hesab edilməlidir. Bu sənədin mövcud olması onun vərəsəlik və mülkiyyət hüquqlarını pozur. Atasından ona miras qalmış əmlaka dair sənədləşdirmə işi apara bilmir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-386 nömə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəsiniz barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində, notariat ofisində gərgin iş rejimi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan (notariat işinin sənədlərinə əlavə edilmiş): doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X16 ilə X5 birgə nikahından xx.xx.1962-ci il tarixdə X21, xx.xx.1963-cü il tarixdə İddiaçı və xx.xx.1976-cı il tarixdə X18 doğulmuşdur; AZ-İ 530254 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə ölmüşdür; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(85)-493/2013 saylı qərarının surətindən görünür ki, X11 və Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Quba rayon notariat kontorunun üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır; Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba şəhəri, 33-cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır; Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır; Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyin xx.xx.2012-ci il tarixli Forma 02 arayışından görünür ki, X16 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, vəfatından sonra vərəsələri: X15, Cavabdeh3, X17 və İddiaçı qalmışdır; xx.xx.2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı X5, mərhuma məxsus olan və ondan miras qalmış Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evi üzrə birgə nikah müddətində əldə edildiyindən ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır; xx.xx.2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-384 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X6 vərəsələri arvadı - X14, qızları - Cavabdeh3 və X13r. Onların hər biri miras əmlakdan bərabər hissələrlə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 5/2202 saylı arayış və DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********40-10301, reyestr nömrəsi **********, seriya nömrəsi MH ******* saylı çıxarışa əsasən Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evi X9 1/8, Məmmədova X19 1/8 və X11 çatan 1/8 hissədən ibarətdir. Mərhumun vərəsəsi İddiaçı çatan 1/8 hissə açıq saxlanılır; xx.xx.2013-cü il tarixli verilmiş və reyestrdə 2V/01-383 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X6 vərəsələri arvadı X14, qızları - Cavabdeh3 və X13r. Onların hər biri miras əmlakdan bərabər hissələrlə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 4/1263 saylı arayış və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********90, reyestr nömrəsi 280701856, seriya nömrəsi MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi X10 1/2 hissəsidən ibarətdir; xx.xx.2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 4/1263 saylı arayış və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********90, reyestr nömrəsi 280701856, seriya nömrəsi MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi X10 1/8, Cavabdeh3 1/8 və X11 çatan 1/8 hissədən ibarətdir. Mərhumun vərəsəsi İddiaçı çatan 1/8 hissə açıq saxlanılır; xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Kərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ona çatan 5/8 hissəsini qızları Cavabdeh3 və X11 bağışlamışdır; xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, 33cü məhəllədə 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,1 kv.m yaşayış, 59,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ona çatan 5/8 hissəsini qızları Cavabdeh3 və X11 bağışlamışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-740/2018 saylı qətnaməsinin surətindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24.12. 2011-ci il tarixdə vəfat etmiş X12 məxsus olan və ondan miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X14, Cavabdeh3 və X7 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş, xx xxxxxxxx 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-305/2020 saylı qətnaməsinin surətindən görünür ki, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V- 85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatlar ləğv edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əvvəl məhkəmə qaydasında Quba rayon notariat kontoru tərəfindən verilmiş mülkiyyət hüququ haqqında və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların, bağışlama müqavilələrinin, eyni zamanda bu sənədlərlə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi və ləğvi tələbi ilə iddia qaldırmış, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-305/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Hazırda İddiaçı iddia edir ki, daha əvvəl məhkəmədə iddia qaldırarkən səhvə yol verərək, xx.xx.2013-cü il tarixdə X6 vərəsələri arvadı - X14, qızları – Cavabdeh3 və X11 verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə verilmiş və reyestrdə 2V/01-386 nömrə ilə qeydə alınmış şəhadətnamə də eyni əsaslarla qanunsuz tərtib edilmiş və əsassız olduğu üçün etibarsız hesab edilməlidir. Həmin şəhadətnamənin mövcudluğu İddiaçı vərəsəlik və mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər; 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir; 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları; 1243-cü madəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsəlik dedikdə ölmüş şəxsin əmlakının başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçməsi başa düşülür. Miras qoyanın vərəsəlik üzrə keçən əmlak hüquq və vəzifələrinin toplusu, o cümlədən bəzi qeyri-əmlak hüquqları miras adlanır. Mirasın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu, ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Miras əmlak istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə tərəfindən qəbul edilir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Lakin, vərəsə vərəsiliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yalnız, məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa yol verilir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş reyestrdə 2V-01/386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş reyestrdə 2V-01/386 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-331/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-331/2021
10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver