Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-333/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Afurca kəndində yaşayan 21 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, onun X7 ilə birgə nikahdan 21 may 2002-ci il təvəllüdlü X4 adında övladı doğulub. Məhəmməd Mustafayev daun sindromu, mozgitizm forması, başqa rubrikalarda təsnif olunmayan nitq pozuntuları, anadangəlmə nitq pozulması (inkişafdan qalma) post hipoksik ensefalopatiya hipertenzion sindromu, qulluq və müalicə tələb edən ciddi zavranış pozuntuları, dərin imbesillikdən əziyyət çəkdiyi üçün birinci dərəcəli müddətsiz əlil hesab olunmuşdur. Əmək qabiliyyəti olmayan övladının sağlamlıq vəziyyəti imkan vermədiyinə görə doğulduğu vaxtdan etibarən, xüsusən həyat yoldaşı 23 iyul 2016-cı il tarixdə vəfat etdikdən sonra ona tək özü baxır və qulluq edir. O xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirik. Odur ki, X2 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayonu, Afurca kəndində yaşayan 21 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nın Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 844828 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 21.05.2002-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. Atası qrafasında X7, anası qrafasında Ərizəçi qeyd olunub. Doğum haqqında akt qeydləri kitabında 17.10.2006-cı il tarixdə 936 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba RİHB-nin Güləzi İƏD üzrə nümayəndəliyinin 08.12.2021-ci il tarixli 443 nömrəli arayışından görünür ki, X1 rayonu, Afurca kəndində anası Ərizəçi himayəsində birgə yaşayır. İş materiallarında olan AZ-İ 781844 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.07.2016-cı il tarixdə Quba rayonu, Afurca kəndində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 03.08.2016-cı il tarixdə 09 nömrə ilə qeyd edilib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 01.04.2022-ci il tarixli 1007 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X3 “daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72) aşkar oiunur Bunu anamnestik məlumatlar (erkən yaşlarından psixofızıki inkişafda xeyli gen qalması, əqli genliklə əlaqədar təhsil ala bilməməsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında "Daun sindromu, mozqitizm forması Başqa mbrikalarda təsnif olunmayan nitq pozğunluqları, anadangəlmə nitq pozulması (inkişafdan qalma) posthipoksik ensefaiopaiya hipertenzion sindromu. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dənn imbesillik” diaqnozu ilə İ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik aşkar olunur. X4 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürəBuna görə də X6 qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 01.04.2022-ci il tarixli 1007 saylı rəyini nəzərə alaraq, 21 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 may 2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-333/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-333/2022
19.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver