Məhkəmə qərarları › İş №2(027)-336/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-336/2021

08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-336/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X18 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, maraqlı tərəflər Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba Rayon məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931 /2014 saylı saylı qətnaməsinə əsasən 0,20 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 25.04.2015-ci il tarixli, Seriya RX № 0632588, **********93 reyestr nömrəli və 0,10 ha torpaq sahəsinə dair 26.01.2016-cı il tarixli, Seriya RX №0789745, **********51 reyestr nömrəli Çıxarışların, həmin çıxarışlar əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* saylı 17 oktyabr 2015-ci il tarixli və Cavabdeh3 arasında bağlanmış AN №0670654 28 dekabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqavilələrin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh3 adına verilmiş **********51 reyestr nömrəli və Cavabdeh2 adına verilmiş **********10 reyestr nömrəli Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia əsaslı olduğu üçün təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon notariat kontorunda tərtib və təsdiq olunmuş 16 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, X5, X7 və Zeynalov Məmməd Seyidhəsən oğluna Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN 444 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən adlarına olan Quba şəhərində yerləşən 1.00 ha torpaq sahəsini alıb. Həmin alqı-satqı müqaviləsi əsasında öz adına 29.04.2014-cü il tarixdə Seriya RX 0388699, **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və Seriya RX 0388698, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən 1,0 ha torpaq sahəsinə dair Çıxarışlar alıb. 2014-cü ildə Cavabdeh1, X8, X11 və Zeynalov Məmməd Seyidhəsən oğlu ona qarşı məhkəmədə iddia qaldıraraq həmin alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsini xahiş etmişlər. Quba Rayon məhkəməsi 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnaməsi ilə iddianı təmin edərək, 16 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında onun adına verilmiş 29 aprel 2014-cü il Çıxarışları etibarsız hesab etmişdir. Quba Rayon məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 24 noyabr 2015-ci il tarixli, 2(105)- 1363/2015 saylı qətnaməsi ilə Quba Rayon məhkəməsinin 05 dekabr 2014-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellysiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli, 2(105)-1363/2015 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 28 aprel 2016-cı il tarixli 2(102)-1940/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli, 2(105)-1363/2015 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya şikayəti qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yenidən işə baxılaraq 29 dekabr 2016-cı il tarixli iş № 2(105)-1657/2016 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon məhkəmsəinin 05 dekabr 2014-cü il tarixli, 2(027)- 1931/2014 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilərək, iddiaçılar Cavabdeh1, X4, X6 və Zeynalov Məmməd Seyidhəsən oğlunun ona qarşı alqı-satqı müqaviləsinin və Çıxarışların etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Bundan sonra iddiaçılar Cavabdeh1, X16, X11 və Zeynalov Məmməd Seyidhəsən oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.12.2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişlər. Beləliklə də, həmin qətnamə qüvvəyə minmiş və hal-hazırda qüvvədədir. Belə olan halda Cavabdeh1 və ailə üzvlərinin 1,0 ha torpaq sahələrini ona satmalarına dair 16.03.2005-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında adına aldığı çıxarışlar da qüvvədədir. Quba Rayon məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(027)-1931/2014 qətnaməsi yuxarı instansiya məhkəmələrində baxışda olduğu halda Cavabdeh1 mübahisə edilən Quba Rayon məhkəməsinin dekabr 2014-cü il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,20 ha hissəsinə öz adına 25.04.2015-ci il tarixdə **********93 reyestr nömrəli çıxarış almış, həmin çıxarışa əsasən 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsini 17.10.2015-ci il tarixdə Quba rayon notariat kontorunun xüsusi notariusu Z.Dəmirov tərəfindən tərtib və təsdiq edilmiş 4-Ə-13 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, o da həmin 0,10 ha torpaq sahəsinə dair öz adına **********10 reyestr nömrəli çıxarış almışdır. Cavabdeh1 1,0 ha torpaq sahəsinə 26.01.2016-cı ildə öz adına **********51 reyestr nömrəli çıxarış alaraq, həmin çıxarışla 0.10 ha torpaq sahəsini də 28.12.2017-ci il tarixdə Quba regional Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Z.Dəmirov tərəfindən tərtib və təsdiq edilmiş 4-Ə-08 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmış və o da həmin 0,10 ha torpaq sahəsinə dair öz adına **********10 reyestr nömrəli çıxarış almışdır və qeyd edib ki, həmin torpaq sahələri ilə bağlı mülki işə yuxarı instansiya məhkəmələrində baxıldığı halda, Cavabdeh1 məhkəmələrin son nəticələrini gözləmədən Əhməd və Sevil adlı şəxslərə satmışdır. Cavabdeh1 məhkəmələrdə həmin torpaq sahələri ilə mübahisəli mülki iş olduğunu notariusdan və DƏDRX-dan gizlədərək alqı-satqı hərəkətlərini etmiş, çıxarışlar almışdır. Göstərilənləri nəzərə alaraq, Quba Rayon məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931 /2014 saylı saylı qətnaməsinə əsasən 0,20 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, maraqlı tərəflər Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqısatqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 nümayəndəsi və vəkili X27 iddia tələbini qəbul etmədiyini bildirərək, qeyd etdi ki, idda tələbi Cavabdeh3 qarşı hissədə qanunsuz və əsassızdır. Belə ki, o özünə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alıb. Bu məqsədlə Quba şəhərində olan satılmalı torpaq sahələri ilə maraqlanıb. Quba şəhəri ərazisində 0,10 ha torpaq sahəsini bəyəndiyi üçün onu almaq qərarına gəlib. Həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin olub-olmamasını soruşub. Ona həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış olduğu bildirilib. Nəticədə həmin torpaq sahəsinin 4000 (dörd min) manata alğısatğısına razılaşıb. Alğı-satğı həyata keçirmək üçün Quba Regional “ASAN” Xidmət mərkəzində olan notariat ofisinə yaxınlaşıb. Qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin müqavilə bağlanadək ipoteka ilə yüklü olunub, olunmaması, həbs altında olub-olmaması, özgəninkiləşdiriləməsinə qadağa olub-olmaması barədə 28.12.2017-ci il tarixli ********** nömrəli arayış əldə edib, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X19 ilə aralarında AN-İ ******* saylı alğı-satğı müqaviləsi bağlanıb. Müqaviləni Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X24 təsdiq edib. Bundan sonratorpaq sahəsinin kənarlarını hasarlayıb, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış alıb və fərdi yaşayış evi tikib, orada yaşayır. Cavabdeh3 torpaq sahəsini alan zaman həmin torpaq sahəsi üzərinə heç bir tikili və ya hasarlama olmamış, mən həmin torpaq sahəsini hasarlayan zaman, ev tikən zaman, notariat kontorunda alqı-satqı edən zaman heç kim torpaq sahəsi barədə mübahisə etməmişdir. Cavabdeh3 həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. Torpaq sahəsini qanuna uyğun olaraq alıb. Həmin torpaq sahəsi barəsində əvvəllər nə mübahisə getdiyindən xəbəri yoxdur. Bura Bakı şəhərindən gəlib Cavabdeh1 da tanımır. Qanuni əsaslarla sənədi əldə edib. Bu vaxt ərzində Cavabdeh3 orda hasar çəkən zaman, evini tikən zaman, heç bir mübahisə yaranmamışdır. Əgər torpaq həqiqətən iddiaçıya məxsus olubsa onda orda hasarlama və tikinti işləri gedən zaman bunları görməyə bilməzdi. Həmçinin iddiaçı Cavabdeh3 qarşı iddia qaldırılması müddətini ötürmüşdü. Göstərilənləri və iddia müddətinin ötürülməsini nəzərə almağı və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, həmin torpaq sahəsini alqısatqı müqaviləsi əsasında alıb, sənədlər notarius tərəfindən yoxlanılıb, heç bir qanunsuzkuğa yol verilməyib. Əgər o, bilsəydi ki, həmin torpaq sahəsi mübahisəlidir, gedib başqa yerdən torpaq alardı. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı çıxarış alıb və torpağ mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Ona görə də iddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi və Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X21 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakin AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ona məxsus Quba şəhərində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsindən tam mülkiyyət üzrə 0.10 ha sahəsini alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № 0632588, **********93 reyestr nömrəli Çıxarışdan məlum olur ki, Quba şəhərində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakin AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ona məxsus Quba şəhərində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsini alıcı Cavabdeh3 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № 0789945, **********51 reyestr nömrəli Çıxarışdan məlum olur ki, Quba şəhərində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 mübahisə edilən torpaq sahəsini 2015-ci ildə və Cavabdeh3 isə 2017-ci ildə vicdanlı əldə edən kimi torpaq sahəsini “ASAN xidmət” mərkəzinin Notariat Ofisində alqı-satqı müqaviləsi bağlamaqla və pulu ödəməklə, əldə etmişlər və həmin torpaq sahələrinə dair alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahələrinin özgəlişdirilməsinə dair heç bir məhdudiyyət olmamış və torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olmuşdur və alqı-satqı torpaq sahəsinin sənəd üzrə mülkiyyətçisi Cavabdeh1 ilə aparılmışdır. Şərh edilənləri əsas tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, maraqlı tərəflər Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MM-nin 182.1-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, maraqlı tərəflər Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000,Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az mailto:contact@gubacourt.gov.azElektron ünvan 27 aprel 2021-ci il 2(027)-202/2021 Cavabdeh: Məmmədov Bəylər Ağamməd oğluna Ünvan: Sumqayıt şəhəri, mik 5,ev 138/23, m 35 Cavabdeh: X15 Ünvan: Quba rayonu, Vəl-Vələ kəndi F/Y: Quba şəhəri, Vaqif küçəsi Cavabdeh: X13 Ünvan: Quba şəhəri, G. Əsədov küçəsi, ev 76 Cavabdeh: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu X9 Ünvan: Bakı şəh, Maştağa qəs, şəhər şossesi, AZ 1039 Cavabdeh: AR ƏMDK yanında DƏDRX-nın Xaçmaz 5 saylı Ərazi İdarəsinə Ünvan: Xaçmaz şəhəri, H.Əliyev pr. 9A Cavabdeh: X10 Ünvan: Quba şəhəri, C.Cabbarlı 60 3-cü şəxs: Quba regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə Ünvan: Quba şəhəri, H.Əliyev pr, 1 Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(027)-202/2021 №-li qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti məlumat üçün Sizə göndərilir. Qoşma: apellyasiya şikayətinin sürəti iki vərəq, hər ünvana bir nüsxə. Hakim : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar