Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-338/2022 10.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m üəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 6400 (altı min dörd yüz) manat məbləğində pulun və 84 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, uzun müddətdir ki, tərəvəz alveri ilə məşğul olur. 2019-cu il tarixdə o, Bakı şəhərində, Meyvəli adlanan bazarda pomidor alveri ilə məşğul olan Quba rayonu, Ağbil kənd sakini Cavabdeh haqqında məlumat almış, ortaqları vasitəsilə Cavabdehla bazarda məhsul alqısatqısı ilə bağlı aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən, cavabdeh pomidor əkməli və həmin pomidor məhsulunu onlara gətirməli və onlar də həmin məhsulu satmalı, xərclər çıxıldıqdan sonra qalan gəliri öz aralarında bölüşdürməli olmuşlar. Bu razılaşmaya əsasən özü pomidor əkmək üçün ilkin olaraq 2000 manat məbləğində pul vermişdir. Daha sonra ortaqları Quba rayonuna gələrək cavabdehin 1,30 ha torpaq sahəsində pomidor əkdiyinin canlı şahidi olmuş və pomidor məhsulunun əkini ilə bağlı xərclərini qarşılamaq üçün cavabdehə daha 2000 manat məbləğində pul vermişdir. Pomidor məhsulu yetişənədək isə özü cavabdehə əlavə olaraq 5000 manat məbləğində də pul vermişdir. Məhsul yetişdikdən sonra cavabdeh məhsulunu razılaşdıqları kimi hissə-hissə gətirərək bazarda ona vermiş və o, da həmin məhsulu sataraq maşın pulu və bazarın xəcləri çıxıldıqdan sonra 1900 manat və 700 manat götürmüşdür. Lakin bundan sonra cavabdeh məhsulun bazarda satış qiyməti ilə razılaşmayaraq pomidor məhsulunun qalan hissəsini onlara satmaqdan imtina etmişdir. Bununla da cavabeh aralarında olan razılaşmanın şərtlərini pozaraq ona ödədiyi 9000 manat məbləğində puldan cəmi 2600 manat ödəniş etmiş və onlara hal-hazırda 6400 manat məbləğində borcu qalmışdır. Ödədiyi pulun geri alınması üçün cavabdehə dəfələrlə müraciət etsə də, bir nəticə olmadığın görərək Quba rayonuna gəlmiş və Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin polis şöbəsindən tələbinin mülki xarakterli olduğu əsas gətirilərək məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Eyni zamanda cavabdeh ona olan borcunu 04 noyabr 2021-ci il tarixdə iltizam yazaraq etiraf etmişdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh, İddiaçı ilə Bakı şəhərində meyvəli bazar adlanan ərazidə tanış olduğunu, razılıq əsasında iddiaçı ona məhsul əkini ilə bağlı hissə-hissə bir neçə dəfəyə 9000 manat məbləğində pul verdiyini, məhsul satışında özü iştirak etmədiyini, iddiaçıya borclu olduğu puldan 5 dəfəyə 400 yeşik 1900 manalıq mal göndərdiyini, 700 manat məbləğində pulu isə nəğd şəkildə verdiyini, özünün hesabı ilə iddiaçıya 4800 manat məbləğində borcu qaldığını, qəbzi özü yazdığını, İddiaçı ona qarşı 6400 manat məbləğində pulun ondan alınaraq, İddiaçı verilməsi barədə iddiasını qəbul və etiraf etdiyini və iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, həmin iltizamda İddiaçı Mikayıl oğlundan 9000 manat məbləğində pul alaraq pomidor əkintisinə istifadə etdiyini, həmin puldan onun hesabı ilə 4800 manat verəcəyi olduğunu, ondan 6400 manat tələb olunduğunu, o, da həmin məbləğlə razılaşdığını, 6400 manat pulun ödəməyə möhlət istədiyini göstərmişdir. İş materiallarında olan Quba RPŞ-nin İTB-nın Gədəbəy rayonu, Hacılar kəndində yaşayan İddiaçı müraciətinə baxılması nəticələrinə dair arayışından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçıla Bakı şəhəri Meyvəli bazarında meyvə satarkən tanış olduğunu, tanışlıq əsnasında onun Quba rayonu Ağbil kəndində icarəyə götürdüyü torpaq sahəsində pomidor əkdiyini həmin şəxsin Meyvəli bazarında işlədiyindən pomidor yetişdikdən sonra məhsulu ona satmaq üçün məhsul yetişənədək lazım olan dərmanları almaq üçün ona ümumilikdə 9000 manat pul göndərdiyini təsdiq etmişdir. İş materiallarında olan 10.12.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı Cavabdeh iddiaçı İddiaçı məxsus 6400 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 6400 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6400 (altı min dörd yüz) manat və 84 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6400 (altı min dörd yüz) manat və 84 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-338/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-338/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver