Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-8/2025 31.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı və Cavabdeh8 qarşı “30 iyul 2016-cı il tarixli, 48-38 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh8 adına verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 16 avqust 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia ərizəi ilə müraciət edərək Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı ilə Cavabdeh8 arasında Lerik Rayonu Dövlət Notariat Kontorunda bağlanmış 30 iyul 2016-cı il tarixli, 48-38 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 16 avqust 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı və Cavabdeh8 qarşı “30 iyul 2016-cı il tarixli, 48-38 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh8 adına verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 16 avqust 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-8/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-8/2025
31.01.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver