Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-340/2021 02.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 və Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Onun şəxsiyyətini müəyyən edən sənədlərdə soyadı, adı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Quba rayon AİK-nın xx xxx 2000-ci il tarixli 05 saylı qərarı ilə o-Ərizəçi və digər mülkiyyətçilər olan ailə üzvləri X5, X9 və X13 Quba rayonu ərazisindən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir. Həmin Dövlət Aktında onun soyadı və ata adı düzgün yazılsa da, adı Məlahət əvəzinə Mətanət kimi, digər mülkiyyətçi X1 və atasının adı düzgün yazılsa da, adı Gülzada əvəzinə səhvən Gülzadə kimi qeyd olunmuşdur. Bu fakt ərizəyə əlavə etdiyi şəxsiyyət vəsiqəsi, doğumun qeydə alınması barədə arayışlar və ölüm haqqında şəhadətnamə ilə də öz təsdiqini tapır. Qeyd etmişdir ki, mülkiyyətçilərdən X5 xx xxxxxxxx 2015-ci il tarixdə ölmüşdür. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN:2xx xxx 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adlarında olan yalnışlıqlara görə həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Onlar qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 5 saylı X18 xx xxxxxx 2020-ci il tarixli məktubu ilə ona qeyd olunan sənəddə olan ad, soyad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Dövlət Aktını verən AR DT və XK-İ ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 və Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun adı “Məlahət” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 755334 nömrəli ölüm haqqında şəgadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Həmin şəhadətnamədə onun adı “Gülzada” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 0,80 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən Ərizəçi və onun ailə üzvlərinə JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 0,80 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında ərizəçinin adı “Ərizəçi” əvəzinə səhvən “X6” kimi, digər mülkiyyətçi X5”nın adı səhvən “X7” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X3, X16 ilə yanaşı, X5 və Ərizəçi münasibətdə onlara məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN:2xx xxx 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2 və Ərizəçi münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-340/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-340/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver