Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-354/2021 15.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, JN-3xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X9, X13, X10 ilə yanaşı Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi göstərdi ki, onlara bir ailə olmaqla, X4, Ərizəçi, X6, X11, X7 Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-3xx xxx 30306018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,80 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN- 3xx xxx 30306018 saylı Dövlət Aktında onun adı səhv yazılmışıdr. Belə ki, Dövlət Aktında Ərizəçi əvəzinə səhvən X3 yazılmışıdr. Onun digər bütün sənədlərində adı Ərizəçi kimi yazılmışıdır. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin Dövlət Aktında mülkiyyətçinin adı düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktındakı yanlışlıqları aradan qaldırmaq mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, JN-3xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X9, X13, X10 ilə yanaşı Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında “Ərizəçi” qızı yazılmışdır və o, Quba rayonu Alpan kəndində qeydiyytdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 120 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı Quba rayonu Alpan kəndində yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 121 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı ilə X19 qızı eyni şəxsdir. İş materiallarında olan İ-ЖГ464510 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi qızı ilə X5 arasında xx xxxxx 1978-ci ildə Quba rayonu Alpan kənd sovetində nikah bağlanmış,9 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, JN-3xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında Ərizəçi qızının adı X19 qızı kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda JN-3xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-3xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X9, X13 və X10 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-388 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X2, X9, X13 və X10 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-354/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-354/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver