Məhkəmə qərarları › İş №2(027)-356/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-356/2025

28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-356/2025 28.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı iştirakı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi, Akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 21 sentyabr 2023-cü il tarixli Təlabnamə ləğv edilməsi, həmin Tələbnamə əsasında yazılmış 3551,04 manat məbləğində borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi, Akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 01 aprel 2024-cü il tarixli Təlabnamə ləğv edilməsi, həmin Tələbnamə əsasında yazılmış 2397,60 manat borcun silinməsi, ümumilikdə 5948,64 manat məbləğində borcun mənim **********04170 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Cavabdeh Xaçmaz X6 İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixində yaşadığları Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda “Abonent sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edir” qeydi yazılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli, ******* saylı Akt əsasında 21 sentyabr 2023-cü il tarixdə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə (Qərar) qəbul edilmiş və 29592 kub metr qazdan qanunsuz istifadəyə görə abonent kodu üzərinə əsassız olaraq, 3551,04 manat məbləğində borc hesablanmışdır. Daha sonra 01 aprel 2024-cü il tarixində, təkrarən Cavabdeh Xaçmaz RQİİ-nin ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş, yoxlama aparılmış və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda “abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olundu” qeydi yazılmışdır. Aktda onun Aktı imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin onun, həmin aktın mövcudluğundan xəbəri olmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 aprel 2024-cü il tarixli, ******* saylı Akt əsasında 01 aprel 2024-cü il tarixdə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə (Qərar) qəbul edilmiş və 19980 kub metr qazdan qanunsuz istifadəyə görə abonent kodu üzərinə 2397,60 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qararlarla və hesablanmış zərər məbləğləri ilə razılaşmır. Onun və ailə üzvlərinin ümumiyyətlə kənar xəttin mövcudluğundan xəbəri olmamışdır, həmin kənar xətti o, çəkdirməmiş, bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və aşkar edilmiş kənar xətt çöldədir. Belə olduqda istənilən halda kənar şəxs belə oraya müdaxilə edə və kənar xətt çəkə bilər. O, bütün günü sayğacın və oradakı xəttlərin keşiyini çəkə bilmir. Kənar xətti kimin çəkdirməsinə dair heç bir məlumatı yoxdur. Çöldə quraşdırılmış onun təqsiri olmadan çəkilmiş kənar xəttə və ya sayğacda baş vermiş hər hansı bir hala görə o, məsuliyyət daşımır. O, sadəcə istehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərini edərək təbii qazdan istifadə edir. Həmçinin hər ay qaz idarəsinin işçiləri sayğaca və ətrafa baxış keçirir. Keçən müddət ərzində kənar xətt halını onlar müşahidə etməli idi. İddia ərizəsinə əlavə etdiyi abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. 21 sentyabr 2023-cü il tarixində və 01 aprel 2024-cü il tarixində aktda sərfıyyatlar 29592 kub metr və 19980 kub metr, sərfıyyata görə hesablanmış məbləğlər 3551,04 manat və 2397,60 manat götürülmüşdür. Hesablanmış məbləğlə əvvəlki illərdə istifadə etdiyləri illik sərfıyyat məbləği arasında dəfələrlə fərq vardır. Göründüyü kimi əgər ziyan dəyibsə də, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Hesablama aparılarkən istifadə müddəti, ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadədə olan qaz qurğularının xüsusiyyətləri nəzərə alınmamışdır. Hazırda əsassız hesablanmış borcun silinməsini tələb edir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmiş Quba rayon Qəçrəş kəndində fərdi yaşayış evində təbii qazdan qanunsuz istifafə etmişdir. İddiaçı iddia tələbi əsassız sayılmalı və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə tərəfləri dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 sentyabr 2023-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01 aprel 2024-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “abonenitin mənzilinə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuniistifdə etdiyi aşkar olunda” qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 21 sentyabr 2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04170 saylı abonent kodu üzrə 29592 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 01 aprel 2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04170 saylı abonent kodu üzrə 19980 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, **********04170 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 5948 (beş min doqquz yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 sentyabr 2023-cü il tarixli , ******* saylı akt və 01 aprel 2024-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir, iddiaçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5948,64 manat hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Beləliklə zərər sutkanın on iki saatı, ilin mövsümü, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi nəzərə alınmaqla zərər hesablanmaqla 1487 (min dörd yüz səksən yeddi) manat 16 (on altı) qəpik saxlanılmaqla, 4461 (dörd min dörd yüz altmış bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində cərimə **********04170 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İtirilmiş qazın bərpası üçün hesablanmış 4461,48 (dörd min dörd yüz altmış bir manat, qırx səkkiz qəpik) manat məbləğ pul **********04170 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar