Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-358/2022 18.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X19 X2 və anası X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə valideynləri - X4 və X5 Quba rayonu, Digah kəndi ərazisindən 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X22 verilmişdir. JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X20 atasının soyadı və adı düzgün olaraq Kərimov Ələkbər yazılsa da, atasının adı Əliabbas əvəzinə səhvən Əlabbas kimi, eləcə də, anasının soyadı Kərimova, atasının adı Əziz kimi düzgün olaraq yazılsa da, adı Limunad əvəzinə səhvən Möminat yazılmışdır. X13 ata adının Əliabbas, anasının adının Limunad olması ərizəsinə əlavə etdiyi valideynlərinin evlənmək haqqında şəhadətnaməsi, ölüm haqqında şəhadətnamələri, onun doğum akt qeydi və Quba rayon İHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin 13 dekabr 2021-ci il tarixli 1001 saylı arayışı ilə də öz təsdiqini tapır. X2 28 dekabr 2001-ci il tarixdə, anası X7 06 iyul 2011-ci il tarixdə vəfat etmişlər. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X20 ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair vərəsə olaraq onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsi 29 noyabr 2021-ci il tarixli məktubu ilə ona valideynlərinə məxsus Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmasının və düzəlişlərin həyata keçirilməsinin onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X21 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən də JN:183 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X19 X2 və anası X5 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin 03.11.2021ci il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Onun X2, anası isə X8 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.12.2001-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Əliabbas” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.07.2011-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. Həmin şəhadətnamədə onun adı “Limunad” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu Xucbala kənd İƏD üzrə nümayəndəliyin 13.12.2021-ci il tarixli arayışından görünür ki, Quba rayonu AİKnın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN-183 (kod ********) Torpağa Mülkiyyət hüququna X20 texniki səhv olaraq X4 əvəzinə X6, X7 əvəzinə X9 yazılmışdır. X4 ilə X6, X7 ilə X9 eyni şəxslərdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X19 surətindən görünür ki, X4 və X5 Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X22 tərtib edilərək 0.93 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 və X5 Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.93 ha torpaq sahəsi verilərək JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X22 tərtib edilmişdir. JN JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X20 “X4” əvəzinə səhvən “X6” kimi, “X7” əvəzinə səhvən “X10” qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X19 mərhum X2na və mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X5 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-183 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X5 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-358/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-358/2022
18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver