Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-358/2024 15.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 010847 nömrəli AKT-a əsasən hesablanmış 111 manat 60 qəpik məbləğin, 094747 nömrəli AKT-a əsasən hesablanmış 155 manat 84 qəpik məbləğin, ******* nömrəli AKT-a əsasən hesablanmış 414 manat 72 qəpik məbləğin **********06290 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə və xx.xx.2015-ci il tarixlərdə Cavabdeh Xaçmaz X9 İdarəsinin əməktaşları tərəfindən Quba rayon, Zərdabi qəsəbəsində yerləşən ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2011 -ci il tarixli 010847 nömrəli AKT və xx.xx.2015-ci il tarixli 094747 nömrəli AKT tərtib edilmişdir. xx.xx.2011-ci il tarixli 010847 nömrəli AKT-a əsasən 1116 m3, yəni 111 manat 60 qəpik, xx.xx.2015-ci il tarixli 094747 nömrəli AKT-ə əsasən 1558 m3, yəni 155 manat 84 qəpik borc yazılmışdır. Cavabdeh İB-nin Xaçmaz X9 İdarəsinə həmin AKT-lar üçün müraciət etsə də ona heç bir AKT verməmişdilər və bildiriblər ki, həmin aktlar sistemdə qalmayıb. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz X9 İdarəsinin əməktaşları tərəfindən Quba rayon, Zərdabi qəsəbəsində yerləşən ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış 3456 m3, buda 0.12 qəpikdən hesablandığı üçün 414,72 manat 20 qəpik borc yazılmışdır. Onun tərəfindən heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyriqanuni istifadə halı olmamışdır. Bu halı Xaçmaz X9 İdarəsinin əməkdaşları özləri də görüblər. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Xaçmaz X9 İdarəsinin əməktaşları tərəfindən ünvan 3 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli Tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanıma 34560 m3, buda 0.12 qəpikdən hesablandığı üçün 4127 manat borc yazılmışdır. Həmin ünvanda heç bir qoşulma halı olmamışdır və heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə halı olmamışdır.“Qazdan istifadə Qaydaları”nın haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarına əsasən 2023-cü ildən etibarən qeyri-qanuni qoşulma hallarında hesabat mövsümü olaraq hesablanır. Yəni 3 aya uyğun olaraq hesablanmalıdır. Və hesabat aparılarkən bu məbləğ itirilmiş qaz sərfiyyatının bərpası üçün hesablanır.Cavabdeh İB tərəfindən hesabat 1 illik olaraq hesablanır. Amma yeni qaydalara görə hesabat mövsümü üzrə hesablanmalıdır. Onların hesablama qaydası artıq heç bir qanunda öz əksini tapmır. Amma Cavabdeh İB tərəfindən elə bir hesbata aparılmışdır ki, bu hesabat bütün qanuna tam olaraq ziddir. Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə qarşı etirazla müraciət etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı mübahisələndirdiyi 010847 nömrəli akt və akta əsasən abonent üçün 111,60 manat məbləğin yazılması barədə qeyd AGİS Proqramına xx.xx.2011-cı ıl tarixdə, yəni on iki il bundan əvvəl daxil edilmiş, 111,60 manat məbləğ abonent tərəfindən çoxdan ödənilmişdir. 094747 nömrəli akt və həmin abonent üçün 155,84 manat məbləğin yazılması haqqında qeyd AGİS Proqramına xx.xx.2015-ci il tarixdə, yəni təqribən doqquz il bundan əvvəl daxil edilmiş, 155,84 manat məbləğ abonent tərəfindən qeyd sistemə daxil edilən ay ödənilmişdir.Həmin aktlar nə Cavabdeh İB-də, nə də abonentin özündə saxlanılmamışdır. Bu aktların niyə görə, hansı qayda pozğunluğuna görə tərtib edildiyi də məlum deyil. Yalnız AGİS Proqramında akt barədə qeyd vardır. Hesab edirik ki, bu aktın və akta əsasən abonent tərəfindən ödənilmiş məbləğin miibahisələndirilməsi qeyrimümkündür. Abonentin saldosunda 2013-cii ilin avqust ayında İddiaçı hesabından 9976,20 manat məbləğin silindiyi qeyd edilmişdir. İddiaçının məntiqinə görə belə çıxır ki, Azəriqaz” İB-yi həmin silinmiş məbləğin geri qaytarılması üçün məhkəmədə iddia qaldırmalıdır. İddiaçı mübahisələndirdiyi üçüncü akt və akta görə hesablanmış 414,72 manat ziyan məbləği abonentin təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə etməsinə görə tərtib edilmişdir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 27 iyul 2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl maskırovkalanmış vəziyyətdə xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. İddiaçı Fənux oğlunun mübahisələndirdiyi fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 3465 m3 və ya hər kiibmetr qaz üçün 12 qəpik hesabı ilə 414,72 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı hesablanmış ziyan məbləğini də ödəmişdir. Hazırda abonentin 231,52 manat debitor borcu bardır ki, bu da onun cari təbii qaz sərfiyyatlarına görə yaranmışdır. İddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 010847 nömrəli və 094747 nömrəli aktlar idarənin arxivində saxlanmamışdır və Xaçmaz X9 İdarəsində həmin AKT-ların nüsxələri mövcud deyil və həmin aktların sistemdə də görünmədiyini bildirmişdir. Təqdim olunmuş şəkildə tamam başqa yer əks olunur və sayğacın yerləşdiyi evə aidiyyəti yoxdur. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, etiraz ərizəsində qeyd etdiyi kimi, iddiaçının qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş və diskə köçürülmüş, lakin həmin disk hal-hazırda mövcud deyil, çünki videoçəkilişi həmin vaxt Orxan Zeynalov aparıb, o hal-hazırda işləmir, 2023-cü ilin sonlarında işdən azad edilib, disk də onun özündə qalmışdır. İş materiallarına əlavə olunan fotogörüntü də həmin çəkilişdən çıxarılıb, buna baxmayaraq o görüntü ilə o həmin sayğacın iddiaçıya aid olmasını sübuta yetirə bilməz. Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə etməsi qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********06290 saylı abonent kodu üzrə 3456 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Quba rayonu, Zərdabi kəndində yerləşən yaşayış evinə aid **********06290 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 12 qəpikdən hesablanmaqla 414 (dörd yüz on dörd) manat 72 (yetmiş iki) qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə istinad edilməklə 414.72 manat məbləğində vurlmuş ziyan hesablanmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir, istehlakçı isə cavabdehin hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğuna əsaslanmaqla akt tərtib edilsə də, vurulmuş maddi ziyanın məhz iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması, habelə iddiaçının təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt iddaçı qurumun əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Qeyd edilən hallara əsasən həmin akt vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Habelə həmin akt müvafiq inzibati orqanlarına təqdim edilməli, bundan sonra istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olmuşdur. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Habelə qanunsuz qoşulması təsdiq edən çəkilişlə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə iddiaçının hansı təqsirli hərəkəti nəticəsində cavabdbehə maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh» İstehsalat Birliyinin 29 iyul 2022-ci il tarixli **********06290 aylı abonent kodu ilə bağlı tələbnaməsi ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış 414 (dörd yüz on dörd) manat 72 (yetmiş iki) qəpik məbləğ **********06290 kodlu abonent hesabından silinməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir və sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. İddia tələbi ilə silinməsi tələb edilən həmçinin 111 manat 60 qəpik məbləğin hesablanma əsası kimi 010847 nömrəli AKT-a və 155 manat 84 qəpik məbləğin hesablanması əsas əsası 094747 nömrəli AKT-a istinad edilsə də, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh **********06290 aylı abonent kodu ilə bağlı itirilmiş qazın bərpası üçün hesablanmış 414 (dörd yüz on dörd) manat 72 (yetmiş iki) qəpik məbləğ **********06290 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-358/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-358/2024
15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver