Məhkəmə qərarları › İş №2(027)-359/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-359/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-359/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət payının kompensasiya ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 2mərtəbəli, 4 otaqlı yaşayış evinin Cavabdeh mülkiyyət hüquqları olan 24,93 kv.metr sahəsinin əvəzində ona 7.222,22 (yeddi min iki yüz iyirmi iki manat iyirmi iki qəpik) manat kompensasiya ödənilməklə, Cavabdeh mülkiyyət hüqquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 303013 158408- 10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləl reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yeləşən, 224,4 kv.metr sahəsi olan 2-mərtəbəli, 4 otaqlı yaşayış evinin 9-dan 2 hissəsi - 49,87 kv.metri mənim xüsusi mülkiyyətindədir. Bu ev mərhum həyat yoldaşı X5 anasının evi olub, yuxarıda göstərilən 9-dan 2 hissə - 49,87 kv.metr sahə vərəsəliklə onun mülkiyyətinə keçmiş, onun mülkiyyətindən də vərəsəliklə onun mülkiyyətinə keçmişdir. Göstərilən evdə o, mərhu həyat yoldaşı X6 22 oktyabr 1979-cu ildə ailə qurduqdan sonra xx.xx.2007-ci il tarixində vəfat etmiş qayınansının X8 ilə birlikdə yaşamışlar. Belə ki, mərhum həyat yoldaşı X10 ailənin kiçik uşağı olmuşdur. Çıxarışda birgə mülkiyyətçilər kimi adları göstərilmiş X11, X2, X12, X14, X4, Cavabdeh və X7 mərhum həyat yoldaşı X5 bacıqardaşlarıdırlar. Onlar hamısı o, ailə qurana qədər özləri ailə quraraq, göstərilən evdən çıxıb getmişlər. Qaynı Cavabdeh də digər birgə mülkiyyətçilər kimi, göstərilən evin 9-dan 1 hissəsinə - 24,93 kv.metrinə mülkiyyət hüquqları var. Lakin, yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh hələ 1979-cu ilə qədər ailə quraraq, göstərilən evdən getmişdir. Cavabdeh iddia ərizəsində göstərilən ünvanda, həmçinin ünvan 2 ünvanında da yaşayış evləri vardır. Ariil Azərbaycanda olduğu dövrlərdə göstərilən evlərdə - Bakı şəhərindəki və Qırmızı Qəsəbə qəsəbəsindəki bu evlərdə yaşayır. Ancaq Ariil ilin çox hissəsini İsrail Dövlətində olur, belə ki, o, həm də İsrail Dövlətinin vətəndaşıdır və İsrail Dövlətində də evi vardır. Yuxarıda da göstərdiyi kimi, Cavabdeh onun qaynıdır. Qaynı Ariil 1979-cu ildən sonra evə qonaq kimi gəlib-getmişdir və xx.xx.2007-ci il tarixində qayınanası X8 vəfat edəndən sonra evə ümumiyyətlə gəlməmişdir. Hal-hazırda da qaynı bu evə gəlib-getmir, bu evlə heç bir əlaqəsi qalmamışdır və hal-hazıra qədər də yuxarıda göstərdiyi ünvanlarda yaşayır. Evinin bazar qiyməti 65.000 (altımış beş min) manatdır. Cavabdeh payı evin ümumi sahəsinin 1/9-ni təşkil edir. Bunu nəzərə alaraq ona 65.000 manatın 1/9-i məbləğində, 7.222,22 (yeddi min iki yüz iyirmi iki manat iyirmi iki qəpik) manat ödənilməlidir. Qaynım Cavabdeh kompensasiya kimi 7.222 manat ödənilməklə və iddia ərizəmdə göstərilənlər nəzərə alınmaqla, Cavabdeh göstərilən evin 9-dan 1 hissəsinə - 24,93 kv.metrinə mülkiyyət hüquqlarına xilam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********04- 10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yeləşən fərdi yaşayış evinin 2/9 hissəsi və torpaq sahəsinin ½ hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/9 hissəsi X13 məxsusdur. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/18532 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı, X8, X11, X2, X12, X14, X4, Cavabdeh və X3 məxsusdur. Hazırda isə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, 2-mərtəbəli, 4 otaqlı yaşayış evinin Cavabdeh mülkiyyət hüquqları olan 24,93 kv.metr sahəsinin əvəzində ona 7.222,22 (yeddi min iki yüz iyirmi iki manat iyirmi iki qəpik) manat kompensasiya ödənilməklə, Cavabdeh mülkiyyət hüqquqlarına xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X9 mübahisə predmetini təşkil edən evə mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmışdır. Göründüyü kimi cavabdeh X9 qeyd edilən əmlakda vərəsəlik hüququ üzrə mülkiyyət hüququ və istifadə edilməsində mühüm mənafeləri vardır. Bundan əlavə, İddiaçı tərəfindən cavabdehə təklif olunan 7.222.22 manat məbləğdə kompensasiya olduqca az və ağlabatan olmamaqla, cavabdehin mənafeyinə uyğun deyildir. Həmçinin, cavabdeh X15 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbi ilə bağlı yazılı heç bir münasibət bildirməmişdir. Bundan başqa, iddiaçı tərəf iddia tələbinin əsası kimi cavabdehin tərəfində Azərbaycan Respublikasında yaşamadığını, hətta Azərbaycan Respublikasının vətəndaşı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evində cavabdehin mülkiyyət hüququ vərəsəlik hüququ əsasında tanınmışdır. Belə olan halda, cavabdehin başqa ölkədə yaşaması və ya başqa ölkənin vətəndaşı olması vərəsəlik hüququ ilə mülkiyyəti tanınmış mübahisə predmetini təşkil edən fərdi yaşayış evində mülkiyyət hüququna xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd olunur ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mövcud qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsindən asılıdır. Belə ki, “R.Ağalarovanın şikayəti üzrə Azərəbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və ya onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsində istifadə etmək hüququnun adi xitam deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyçiyə davamlı surətdə və müyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdeh X1 müəyyən olunmuş mülkiyyət hüququnun qorunması məqsədi ilə İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət payının kompensasiya ilə əvəz olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət payının kompensasiya ilə əvəz olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar