Məhkəmə qərarları › İş №2(027)-366/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-366/2022

29.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-366/2022 29.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı X5, iddiaçının vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı X10 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlamadan imtina edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X10 məhkəməyə ərizə ilə müraciət edərək, onunla Cavabdeh1 arasında olan ünvan 1 ünvanında yerləşən evə aid olan Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilən 21.08.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə bağışlamaqdan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X10 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 1930-cu ildə Quba şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşım X2 ilə ailə qurduqdan sonra 1954-cü ildən ünvan 1 ünvanında yaşayır. Nüsrəddin Orucov ilə birgə nikahlarından 3 oğlu 1 qızı anadan olmuşdur. İki oğlu vəfat etmiş, bir oğlu və bir qızı hal-hazırda yaşayırlar. Bir oğlu Quba şəhərində, bir qızı isə Bakı şəhərində yaşayır. O, ünvan 1-da tək yaşayır. Həyat yoldaşı Nüsrəddin ikinci dünya müharibəsi iştiraksı olduğu üçün yüksək pensiya alır. Müharibə iştirakçısının həyat yoldaşı olduğu üçün dövlət hər il ona qayğı göstərir. Vəfat etmiş oğlu Fikrətin qızı, nəvəsi X15 tez-tez Qubaya gələrək, anasından şikayət etmiş ki, anası onu evdən qovur və ona yalvarmış ki, Quba da yaşadığı evi ona bağışlasın ki, o, öləndə sonra ev kimsəsiz qalmasın. Nəvəsi Nigar evi ona bağışlasa qayğı göstərəcəyini, o, ölənə qədər ona bağışladığı evdə qalacağına inandırmışdır. Ona görə də, o, evi Nigara bağışlamağa razılıq vermişdir. Sənədlərin hazırlanmasını və bağışlama müqaviləsinitərtib edilməsini ünvan 4i ünvanında yaşayan X3 tapşırmışdır. O, Ömər Məmmədovdan xahiş etmiş ki, bağışlama müqaviləsində o, ölənə qədər bağışladığı evdə yaşamağı və nəvəsi tərəfindən ona himayəçilik etməsi qeyd olunsun.Həmin bağışlama müqaviləsi 21.08.2015ci il tarixdə X13 notarius X14 tərəfindən təsdiq olunmuşdur. Bağışlama müqaviləsinin surətini vəkil Nümayəndə vasitəsilə 16.11.2021-ci il tarixdə almışdır. Bağışlama müqaviləsini aldıqdan sonra ona məlum olmuşdur ki, o, ölənə qədər həmin evdə yaşaması və nəvəsinin ona himayəçilik etməsi müqavilədə qeyd edilməmişdir. Nəvəsi Cavabdeh1 nümayəndəsi Ömər Məmmədovla bağışlanma müqaviləsini tərtib edərkən onun iradəsinin əksinə olaraq müqavilədə onun şərtlərinə əməl etməməyindən istifadə edərək 3 aydır ki, mütəmadi olaraq Qubadakı yaşadığı evə gələrək onu söymüş, döymüş və onu ölümlə hədəliyərək evdən çıxasını tələb etmişdir. Cavabdehin ona qarşı olan cinayət əməllərini nəzərə alaraq, o, evi bağışlamaqdan imtina etmək istəyir. O, evini nəvəsi Nigara bağışlayarkən onu oğlundan və qızından artıq hesab etmişdir. Onu gələcəkdə evsiz qalmağınıı istəməmişdir. Cavabdeh isə bilə-bilə ki, ona baöışladığı evən başqa evi yoxdur, yaxşılığının qarşılığı olaraq onu təhqir edir, döyür və evdən qovur. Məhkəmədə İddiaçı və onuun vəkili Əzizov Mirzə Məhəmməd oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmədə cavabdeh X16 iddia tələbini qəbul etməyərək, iddiaçıya qarşı heç bir hörmətsizlik etmədiyini, onu evdən qovmadığını, iddia ərizəsində qeyd olunanların əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, cavabdeh onu evə gəlməsinə icazə vermir, iddiaçı onun anasıdır. İddiaçını incidir, təhqir edir. Cavabdeh iddiaçının pensiya kartını götürüb. Cavabdeh 16 dekabr 2021-ci il tarixdə iddiaçını, yəni anasını evdən qovub, zülm verib. Cavabdehin öz anası və qardaşına qarşıda münasibəti yaxşı deyil, öz ailəsi ilə də küslüdür danışmır. 26.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, keçmiş polis kapitanıdır. Hər zaman hüquqi məsləhətə ehtiyacı olan zaman iddiaçının vəkilindən məsləhət alır. 16 dekabr 2021-ci il tarixdə iddiaçının evinə gedən zaman qapının bağlı olmuş, evin yaxınlığındakı marketə gedən zaman iddiaçının ev paltarların market yaxınlığında soyuqdan titrəyərək dayandığını görmüşdür. Niyə çöldə olduğunu soruşduqda iddiaçı Nigar Orucov tərəfindən döyülərək, evdən qovulduğunu bildirmişdir. 25.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı onun anasıdır. Mübahisə predmeti olan evə qarşı heç bir marağı və tələbi yoxdur. Cavabdeh rəhmətlik qardaşı Fikrətin yadigarıdır. Atası müharibə iştirakçısı olduğundan iddiaçı aylıq 800 manat məbləğində pensiya alır. Keçən ilin sentyabr ayında eşitmiş ki, iddiaçı evini cavabdehə bağışlayıb. Qeyd olunan ev təmirsizdir. İddiaçı özü evdən çıxıb gedib. Cavabdeh ona qarşı heç bir hörmətsizlik etməmişdir. Məhkəmə tərəflərin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21.08.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı adından X1 şəhəri, 20 Yanvar küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 150.4 kv.m, yaşayış sahəsi 78.8 kv.m, yardımçı sahəsi 71.6 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Tərəflərin bağışlanan daşınmaz əmlakı 8739 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 02.07.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 02.07.2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə sərəncam verməyi, satmağı, bağışlamağı və s səlahiyyətləri həyata keçirməsi üçün X3 01.08.2015-ci il tarixdə etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 666.1-cı maddəsinə əsasən, Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-cı maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 670-ci maddəsinə əsasən ağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər (670.1-ci maddə). Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir (670.2-ci maddə). Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər (670.3-cü maddə). Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər (670.4-cü maddə). Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1-ci maddə); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2-ci maddə); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3-cü maddə). Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda (673.2.1.-ci maddə); vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə (673.2.2-ci maddə); vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda (673.2.3-cü maddə). Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında olan ünvan 1 ünvanında yerləşən evə aid olan Quba rayonu Notariat Kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilən 21.08.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə bağışlamaqdan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinin tələblərini pozmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X10 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlamadan imtina edilməsi» tələbinə dair iddiası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetrilmədiyindən və iddiaçı qeyd edilən əsaslarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X10 Cavabdeh1 və Quba Regional “ASAN” xidmət Mərkəzinə qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi və bağışlamadan imtina edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar