Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-368/2023 12.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1, İddiaçı3 və İddiaçı2 və onların nümayəndəsi vəkili X3, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi'” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və mərhum ailə üzvləri olan X6 məxsus olan 0,80 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Respublikada torpaq islahatı aparılarkən ailə üzvləri - İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 birgə mülkiyyətinə JN-625 KOD 30301004 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Quba şəhəri ərazisindən 0,80 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinə dair sənədin dublikatını əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Mülkiyyətlərində olan torpaq sahəsi Quba rayon Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4ə-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Vəkil sorğusuna verilən cavabda həmin torpaq sahəsinin Quba rayon Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasın özgəninkiləşdirilməsi qeyd olunur və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışla Quba rayonu, İ Nügədi kənd sakini Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Halbuki alğı-satqı müqaviləsi barədə halhazıradək məlumatı olmamışdır. Daha sonra onlar qeyd edilən 15 sentyabr 2002-ci il tarixli, 4-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişlər və həmin qurumdan onlar Quba dövlət notariat ofisi tərəfindən həmin saylı müqavilənin arxivə təhvil verilmədiyi cavabı verilmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdeh Reyhan Ağakişiyeva onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin hansısa yollarla rəsmiləşdirmiş, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 çıxarış vermişdir. Onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamışlar. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Onlarla guya Cavabdeh2 arasında bağlandığı iddia edilən və sonucuya hüquq müəyyənedici sənəd kimi çıxarış verilməsinə əsas olan 4ə-reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıların adına 0.80 ha torpaq sahəsinə verilmiş JN-625 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Quba rayon notariat kontorunun xx.xx.2002ci il tarixli, 4Ə-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, 4-ə-383 saylı torpağın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsini İddiaçı1, İddiaçı3 və İddiaçı2 almışdır. İş materiallarında olan JN:625, KOD30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4Ə-1312 saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsini 4000 manata X1. İş materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixli, 4-ə-383 və 4-Ə-632 reyestr nömrələri ilə təsdiq edilmiş alğı-satqı müqavilələri və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən həmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. . Həmin Qanunun 43-cü maddəsinə əsasən Notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsnin 146.8-ci maddəsinə əsasən Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə iddiaçıların nümayəndəsinin izahatları və məhkəmə araşdırılmaları zamanı sübuta yetirilir ki, iddiaçılara və ailə üzvləri X6 Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN:625, KOD30301004 nömrəli Dövlət Aktına əsasən Quba şəhərində yerləşən 0.80 ha torpaq sahəsi verilmişdir. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN:625, KOD30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin məlum olmuşdur ki, həmin torpaq sahəsi ” Quba rayon notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-632 və 4ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdehə satılmışdır. Müqavilənin əslinin alınması ilə bağlı sorğu verilsə də, müqavilənin əsli aşkar edilməmişdir. Bundan sonra Cavabdeh2 adına həmin torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış hazırlanmışdır. Göründüyü kimi xx.xx.2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməyib. Belə ki, mübahisəli alğı-satqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli alğı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X8 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X2 bacısıdır. Bundan başqa, xx.xx.2002-ci il tarixli, 4-ə-383 və 4-Ə-632 reyestr nömrələri ilə təsdiq edilmiş alğı-satqı müqavilələri və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Beləliklə məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-383 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməli və Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD 30301004 saylı Dövlət aktı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum ailə üzvləri olan X6 məxsus olan 0,80 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə- 383 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və Torpağa Mülkiyyət Hüququna Dair JN-625 KOD 30301004 saylı Dövlət aktı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum ailə üzvləri olan X6 məxsus olan 0,80 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-368/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-368/2023
12.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver