Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-369/2020 19.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1-nin direktoru X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi”tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1-nin xeyrinə 174,839 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək İddiaçı1-nin direktoru və qanuni təmsilçisi vəzifəsində, Cavabdeh2 isə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək şirkətdə əvvəlcə anbardar, daha sonrs isə direktor müavini vəzifəsində çalışmışlar. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 iştirakı ilə müəssisədə təsisçilərin ümumi yığıncağı keçirilmiş və iclasın nəticəsində təsisçilərin xx.xx.2019-cu il tarixli 1 saylı Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 öz xahişi ilə tutduğu vəzifəsindən (qanuni təmsilçi funksiyasına malik direktor vəzifəsindən) azad edilməsi qərara alınmışdır. Cavabdeh2 isə öz xahişi ilə tutduğu vəzifəsindən xx.xx.2019-cu il tarixdə azad olunmuşdur. X2 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli, **********729800 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən qanuni təmsilçi kimi qeydiyyata alınmışdır. Nemət Tahirov direktor vəzifəsinə təyin edildiyi vaxtdan etibarən şirkətin ağır maliyyə durumu barədə araşdırma aparmış və araşdırma nəticəsində Cavabdeh1 qanuni təmsilçi funksiyalarını yerinə yetirdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə dair sənədlər sırasında ciddi nöqsanlar müşahidə edilmişdir. Belə ki, xəzinə kitabına, anbar qalıqlarına və cəmiyyətin əsas vəsaitlərindən çıxarışlarına və digər sənədlərə əsasən cəmiyyətə məxsus külli miqdarda maliyyə vəsaitlərinin, mal-materialların, daşınar əşya və texnikaların yerində olmaması müəyyən edilmişdir. Göstərilən nöqsan və çatışmamazlıqlar barədə məktubla Cavabdeh1 məlumat verilmiş və həmin nöqsanların aradan qaldırılması xahiş olunmuşdur. Lakin, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, yeni direktor müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı1-nin əvvəlki direktoru Cavabdeh1 ilə “xxxxxxxxxxx” ASC-nin Gənclik filialı arasında 02/118 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank İddiaçı1-nin əvvəlki direktoru Cavabdeh1 200.000 manat məbləğində kredit xətti açmışdır. Eyni tarixli 16/118 saylı zaminlik müqaviləsindən görünür ki, guya İddiaçı2 həmin müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 02/118 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə görə zamin dayanmışdır. Cavabdeh1 bank tərəfindən ayrılan 200.000 manatlıq kredit xətindən 150.000 manat puldan istifadə edərək bank qarşısında öhdəlik yaratmışdır. Yeni direktor tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, zaminlik müqaviləsi İddiaçı2 adına rəsmiləşdirilsə də, müqavilə onun tərəfindən yox, Cavabdeh2 tərəfindən imzalanmışdır. Belə ki, müqavilədə icra edilmiş imza ilə Cavabdeh2 tərəfindən imzalanmış əmək müqaviləsində olan imzalar görünüşcə eynilik təşkil edir. Həmçinin İddiaçı2 təsdiq edir ki, həmin imza ona məxsus deyil. Araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra sənədlər saxtalaşdırılmaqla, cavabdehlər tərəfindən bankdan kredit götürülməsinə nail olunmuşdur. Nəticədə, şirkət bank qarşısında borclandırılmaqla, şirkətə ciddi həcmdə maddi zərər vurulmuşdur. Belə ki, bankdan əldə edilmiş məlumata görə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində şirkətin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 174,839 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1-nin direktoru X2 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, onun heç bir müqavilədən xəbəri yoxdur. O, ümumiyyətlə heç bir müqaviləyə imza atmayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçılar tərəfindən ona irəli sürülmüş iddianı etiraf edərək, bankdan kredit müqaviləsi əsasında kredit alınarkən, Cavabdeh1 təkidi və tələbi əsasında zaminlik müqaviləsi və digər sənədlərə İddiaçı2 adından onun imza etdiyini qeyd etmişdir. İş üzrə Cavabdeh2, Cavabdeh1, iddiaçı Abdulayev Elşən Zöhrab oğlu və üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırki işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə İddiaçı1-nin direktorunun izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16/118 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 02/118 saylı, xx.xx.2019-cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən dövriyyə vəsaitlrəinin artırılması məqsədilə illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində onun adı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı1”-nin təsisçilərinin qərarına əsasən, İddiaçı1 adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün “xxxxxxxxxxxx” ASC-yə müraciət olunması və İddiaçı1-nin adından bu Qərarın məqsədləri üçün “xxxxxxxxxxxx” ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus “şəxsiyyət vəsiqəsi”nin, əmək müqaviləsinin və işə qəbul ərizəsinin surətlərindən görünür ki, zaminlik müqaviləsində və xx.xx.2018-ci il tarixli İddiaçı1”-nin təsisçilərinin qərarında İddiaçı2 imza hissəsinə çəkilmiş imza ilə həmin sənədlərdə əks olunmuş imza eynilik təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin çıxarışdan görünür ki, İddiaçı1” MMC-nin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında 150.000 manat əsas, 24,838,89 manat faiz olmaqla ümumilikdə cəmi 174,838,89 manat məbləğində borcu yaranmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1-nin xeyrinə 174,839 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamə qəbul ediməsini xahiş etmişlər. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, borcalan İddiaçı1 və zamin qismində cəlb edilmiş İddiaçı2 02/118 saylı, xx.xx.2019cu il tarixli korporativ müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2019-cu il tarixli 01 saylı əlavəsinə və 16/118 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 % dərəcəli, 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin zaminlik müqaviləsində zamin qismində İddiaçı2 cəlb edilmiş və zaminlik müqaviləsində və cavabdehlər tərəfindən hazırlanmış saxta xx.xx.2018-ci il tarixli İddiaçı1”-nin təsisçilərinin qərarında onun adı qeyd edilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır. Lakin, iddiaçının izahatı ilə və Cavabdeh2 məhkəmə iclasında etirafı ilə iddia tələbi öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı1”-nin təsisçilərinin qərarından görünür ki, İddiaçı1 adından dövriyyə vəsaitlərinin artırılması üçün 12 ay müddətinə, illik 17% dərəcəsi ilə 200.000 manat məbləğində kredit xəttinin ayrılması üçün “xxxxxxxxxxxx” ASC-yə müraciət olunması və İddiaçı1-nin adından bu Qərarın məqsədləri üçün “xxxxxxxxxxxx” ASC ilə bağlanacaq bütün müqavilələri, sənədləri imzalamaq səlahiyyəti və bununla bağlı bütün rəsmiləşdirmə işlərinin aparılması İddiaçı1-nin direktoru Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar da, İddiaçı1-nin təsisçisi İddiaçı2 tərəfindən imzalanmamış və İddiaçı1nin sabiq direktoru Cavabdeh1 vəzifəsindən sui-istifadə edərək, qərarı İddiaçı2 əvəzinə Cavabdeh2 imzalatmışdır. Bununla da, İddiaçı1-nin sabiq direktoru Cavabdeh1 niyyəti İddiaçı1-yə maddi və mənəvi ziyan vurmaq, təşkilatın nüfuzunu ona verilmiş vəzifə və səlahiyyətlərdən suiistifadə edərək ləkələmək olmuşdur. Bundan başqa, iş materiallarında olan Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin, əmək müqaviləsinin və işə qəbul ərizəsinin surətləri ilə zaminlik müqaviləsində və digər sənədləşmələrdə İddiaçı2 imzalamalı olduğu hissəyə çəkilmiş imza ilə həmin sənədlərdə əks olunmuş imza eynilik təşkil edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən 02/118 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında borcalan İddiaçı1 və zamin qismində cəlb edilmiş İddiaçı2 adına açılmış 200.000 manatlıq kredit xətti yeni kredit xətti ilə əvəz edilmişdir. Belə olan halda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində şirkəntin banka 150.000 manat əsas, 24,839 manat faiz olmaqla ümumilikdə, 178,839 manat borcu yaranmışdır. Həmin borcda iddiaçılar tərəfindən banka ödənilmişdir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (340.2-ci maddə). Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2-ci maddə). Həmin Məcəllənin 470.1-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zаminliyə xitаm verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 sentyаbr 2012-ci il tаrixli Qərаrındа zаminliyin mаhiyyəti ilə bаğlı аşаğıdаkılаr qeyd оlunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» Məlum оlduğu kimi zаminlik öhdəliklərin icrаsının təmin edilməsi üsullаrındаn biri kimi çıxış edir və dаhа çоx bаnk-kredit münаsibətlərində tətbiq оlunmаsı ilə xаrаkterikdir. Göründüyü kimi, zаmin üzərinə birgə məsuliyyət götürdüyü hаldа оnun kreditоr qаrşısındа məsuliyyəti də bоrclu ilə eyni həcmdə оlur və оnlаrın hər ikisi də öhdəliklərin icrаsı üçün kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həttа, mülki qаnunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisnа etməmişdir. Аncаq, nəzərə аlmаq lаzımdır ki, hər bir hаldа, zаminlik müqаviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib оlunmаlı və müqаvilədə zаminliklə təmin edilən əsаs öhdəliyin mаhiyyəti tаm оlаrаq əks оlunmаlıdır. Zаminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zаmin hаnsı öhdəliyin icrаsı üçün zəmаnət verməsindən məlumаtlı оlmаyаcаqdır ki, bu dа оnu gələcəkdə аğır şərtlər qаrşısındа qоyа bilər. Həmin Məcəllənin 739.1-ci mаddəsi ilə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаddəsinə əsаsən isə bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxxxxxx” ASC ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1-nin xeyrinə 174,839 manat məbləğində maddi zərər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. “xxxxxxxxxxxx” ASC ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 16/118 saylı zaminlik müqaviləsi etibarsız hesab edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1-nin xeyrinə 174,839 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-369/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-369/2020
19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver