Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-373/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “"Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli aktı əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamənin (qərar) ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamənin (qərar) ləğv edilməsi və qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun İddiaçı **********003650 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi ilə olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2017-ci il tarixli №19455- 05-17 saylı qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı onun adına qeydə alınmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. xx.xx.2020-ci il tarixdə «Cavabdeh» İB-nın əməkdaşları istifadəsində olan qaz sayğacına baxış keçirərək, qaz sayğacının istismar müddətini başa vurduğunu, lakin sayğacın heç bir qüsuru olmadığını bildirərək, qaz sayğacının çıxarılması barədə ******* №li Akt tərtib edib vermişlər və köhnə sayğac çıxarılaraq yeni sayğac quraşdırmışlar. Bir müddət sonra «Cavabdeh» İB-nın əməkdaşları yaşadığı ünvana gələrək, yaşayış evindən çıxarılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilib, daxili qulaqcıqlarda əzik-cırıq izlərinin olmasını bildirmişlər. Bununla bağlı xx.xx.2020-ci il tarixli № ******* saylı Akt tərtib edilmişdir. O, həmin aktla razılaşmadığından akta imza etməkdən imtina etmişdir. Sonradan «Cavabdeh» İB-nın əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli № ******* saylı Akta əsasən, 216 manat məbləğində ziyan dəyməsi barədə xx.xx.2020-ci il tarixdə “dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib olunmuşdur. Yeni sayğac üzrə də o, istifadə etdiyi qazın pulunu vaxtında ödəmişdir. O, həmin cərimə ilə razı deyil. xx.xx.2020-ci il tarixli № ******* saylı Aktı akt əsassız hesab edir. Belə ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları sayğacı açıb əvəzində yeni sayğac quraşdırmışlar. Sonradan sayğaca müdaxilə edildiyini bildirərək, akt tərtib etmişlər. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Belə ki, sözügedən sayğac yaşadığı evin sərhəddindən kənarda qurаşdırılmışdır. Belə olan halda, o, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddianı qəbul etməyərək bildirdi ki, sayğacın müddəti bitdiyi üçün dəyişdirilmişdir. Laboratoriyaya göndəriləkən sayğacın, müdaxilə nəticəsində, əzildiyi müəyyən edilmişdir. Bildirdiklərini nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba RİHB-nın Tüləkəran İƏD üzrə nümayəndəliyin 451 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu, Möhüc kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, 32-33-cü məhəllədə yaşayır; “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə Quba qaz İstismar sahəsi ilə İddiaçı arasında sonuncunun qazla təmin edilməsi üçün bağlanmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində 40045432 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın İB-nin sayğacların yoxlanılması, 29/1710-02343-1 saylı rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini ilişəək və səslə qeyd edir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Nəticədə 2160 m3 (216 (iki yüz on altı) manat) həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2020-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 216 (iki yüz on altı) manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli aktı əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamə (qərar) ləğv edilməli, hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc X1 **********003650 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Cavabdeh" İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli aktı əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin və həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc X1 **********003650 saylı abonent hesabından silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-373/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-373/2021
10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver