Məhkəmə qərarları › İş №2(027)-373/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-373/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-373/2023 03.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Naizrliyi yanında Daşınmaz Əmlakın Dövlt Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan SSRİ Nazirlər kabinetinin 30 avqust 1965-ci il tarixli, 647 nömrəli qərarına əsasən Quba rayon X18 İcraiyyə Komitəsinin Sərəncamı ilə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin ayrılmasının qeyd edildiyi Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966-cı il tarixli, 14 nömrəli protokolundan verilmiş arxiv çıxarışının mərhum X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, o, Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Quba şəhərində anadan olmuşdur. 21 dekabr 1983-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuşdur. X2 atası X12, anası X7r. X6 ilə X10 10 noyabr 1949-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. X9 Azərbaycan SSRİ Nazirlər kabinetinin 30 avqust 1965-ci il tarixli, 647 nömrəli qərarına əsasən Quba rayon X18 İcraiyyə Komitəsinin Sərəncamı ilə ünvan 2 ünvanında fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Hal hazırda Azərbaycan Respublikası X24 filialı tərəfindən qeyd edilən qərar və Sərəncam ilə bağlı Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966- cı il tarixli, 14 nömrəli protokolundan arxiv çıxarışı verilmişdir. X12 06 oktyabr 1981-ci il tarixdə, X10 27 mart 2001 -ci il tarixdə, yoldaşı X6 isə 18 iyul 2014-cü il tarixdə vəfat etmişlər. O, X4 vərəsəsidir. X1 adına olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi qananası Bibixanım Həmidovanın adına olmuş, daha sonra isə vərəsəlik yolu ilə onun adına rəsmiləşmişdir. Hazırda o, qaynatası X5 qalmış torpaq sahəsini rəsmiləşdirmək istəyir. Lakin Azərbaycan Respublikası X24 filialı tərəfindən qeyd edilən qərar və Sərəncam ilə bağlı Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966-cı il tarixli, 14 nömrəli protokolundan arxiv çıxarışında X8 ata adı səhv yazılmışdır. Belə ki, arxiv çıxarışında X12 əvəzinə səhvən X3 yazılmışdır. O, X9 məxsus torpaq sahəsinə çıxarış ala bilməmişdir. Adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 29 noyabr 2022-ci il tarixli məktubu ilə X8 ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının mümkün olmadığı, məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. X8 ata adının səhv olması səbəbindən o, mülkiyyətində olan ev ilə bağlı heç bir hərəkəti yerinə yetirə bilmir. O, torpaq sahəsinin ayrılmasına dair sənəddə X8 ata adında yaranmış yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli arxiv çıxarışının surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Şurasının 647 saylı, xx.xx.1965-ci il tarixli sərəncamına əsasən 08 saylı məhəllədə olan torpaq sahəsində X9 fərdi yaşayış evi tikməsi üçün 400 kv.m sahəsi olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli 2V-2106 nömrəli və xx.xx.2015-ci il tarixli, 2V-260 nömrəli vərəsəlik şəhadətnamələrinə əsasən X13, Ərizəçi və X25 ağa oğlu xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 vərəsələridir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin çıxarışından görünür ki, X12 ilə X11 arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Onun atası –X12, anası isə X10 olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X9 Azərbaycan SSR Nazirlər Şurasının 647 saylı, xx.xx.1965-ci il tarixli sərəncamına əsasən 08 saylı məhəllədə olan torpaq sahəsində evi tikməsi üçün 400 kv.m sahəsi olan torpaq sahəsi verilmişdir. Həmin sənəddə mərhumun atasının adı “X12” əvəzinə “X16” kimi qeyd edilmişdir. Ərizəçi məhkəmədən Azərbaycan SSR Nazirlər Şurasının 647 saylı, xx.xx.1965-ci il tarixli sərəncamına əsasən Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966-cı il tarixli, 14 nömrəli protokolundan verilmiş arxiv çıxarışının mərhum X9 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Azərbaycan SSRİ Nazirlər kabinetinin 30 avqust 1965-ci il tarixli, 647 nömrəli qərarına əsasən Quba rayon X18 İcraiyyə Komitəsinin Sərəncamı ilə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin ayrılmasının qeyd edildiyi Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966-cı il tarixli, 14 nömrəli protokolundan verilmiş arxiv çıxarışının X9 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Azərbaycan SSRİ Nazirlər kabinetinin 30 avqust 1965-ci il tarixli, 647 nömrəli qərarına əsasən Quba rayon X18 İcraiyyə Komitəsinin Sərəncamı ilə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsinin ayrılmasının qeyd edildiyi Quba rayon X14 İcraiyyə Komitəsinin 09 iyun 1966-cı il tarixli, 14 nömrəli protokolundan verilmiş arxiv çıxarışının X9 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar