Məhkəmə qərarları › İş №2(027)-375/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-375/2020

10.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-375/2020 10.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh «xxxxxxxx» ASC-nin Şimal RETSİ-nin X8 və «xxxxxxxx» ASCnin X1 Nəzarət İdarəsinə qarşı “artıq hesablanmış enerji sərfiyyatı borcunun silinməsi və aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.842 manat 71 qəpik əsassız hesablanmış borcun X3 **********9 saylı abonent kodundan silinməsi və xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş AKT R №028077 saylı aktın və onun hüquqi nəticələrinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, iddiaçı X6 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, iddia tələbinin 8192 manat, 61 qəpik hissəsində təmin edilməsini xahiş etmişdir X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qaraçay qəsəbəsi ərazisində X9 ASC-i ilə bağlanmış abonent kodu **********9 olan müqaviləyə əsasən soyuducu ambarına quraşdırılmış 10 kv gərginlikli sayğacın c fazasının gərginlik qoruyucusunun yoxluğu səbəbindən sayğcın c fazasından keçən yükü qeyd etməməsi barədə «xxxxxxxx» ASC- nin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə AKT R №028077 saylı akt tərtib edilmiş və bundan sonra xx xxxxxx 2019-cu il tarixdə US 022809EİQ pozulması 1 tipli akta əsasən 6.942 manat 89 qəpik, 1.249 manat 72 qəpik ƏDV ilə birlikdə cəmi İ 8.192 manat 61 qəpik enerji sərfıyyatı borcunun olması, xx xxxxxx 2019-cu il tarixə qalıq borcunun 10.842 manat 71 qəpik olması və ödənilmə müddətinin xx xxxxxx 2019-cu il tarixinin müəyyən edilməsi barədə № ********* saylı hesab ödəniş vərəqi göndərilmişdir. Halbuki «xxxxxxxx» ASC-nin № ********* saylı hesab ödəniş vərəqində xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan müddət üçün sərfıyyatın 2.245 manat 85 qəpik və 404 manat 25 qəpik olmaqla cəmi 2.650 manat 10 qəpik olduğu göstərilmiş və ödənilmə müddəti xx xxxxxx 2019-cu il tarixi müəyyən edilmişdir. İddiaçı X6 məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxx”ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X4 məxsus soyuducu ambarının xx.xx.2019-cu il tarixinə 10.842,71 manat abonent borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 028077 saylı aktdan görünür ki, elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, “c” fazasının gərginlik qoruyucusu yoxdur. Sayğac “c” fazasından keçən yükü qeyd etmir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, «xxxxxxxx» ASC-nin abonenti kimi **********9 kodu altında qeydiyyatda olan X4 məxsus soyuducu anbarında elektrik sayğacının “c” fazasının gərginlik qoruyucusunun olmaması ilə əlaqədar akt tərtib olunsa da, həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın tələblərinə uyğun tərtib edilməmiş, aktın kim tərəfindən təsdiq olunduğu müəyyən olunmamış, hal şahidlərinin iştirakı təmin edilməmiş, məişət abonenti aktı imzalamaqdan imtina etmişdirsə bu barədə aktda müvafiq qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı vurulmuş zərərlə əlaqədar aparılmış hesablamanın hansı müddətləri əhatə etdiyi müəyyən edilməmiş, hesablamalar təxmini aparılmış və cavabdeh tərəf hüquqlarından sui-istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 385.1-385.2-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Məhkəmə qeyd edir ki, «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 028077 nömrəli akt əsassızdır. «xxxxxxxx» ASC tərəfindən iddiaçının abunə koduna hesablanmış 8192, 61 manat məbləğində borc həmin hesabdan silinməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxxxxxx» ASC tərəfindən X3 abunə koduna (**********9) hesablanmış 8192,61 manat məbləğində borc həmin hesabdan silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar