Məhkəmə qərarları › İş №2(027)-380/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-380/2022

11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-380/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-350 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X6 Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinəTorpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktı verilib. Dövlət Aktında “Ərizəçi1” oğlu əvəzinə səhvən “X5” oğlu, “Ərizəçi3” qızı əvəzinə səhvən “Ərizəçi3 Yunis” qızı, “Ərizəçi2” oğlu əvəzinə səhvən “Ərizəçi2 Mövsüm” oğlu kimi yazılmışdır. Onlar torpaq sahəsinə çıxarış almaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsələr də ad, ata adlarında uyğunsuzluq olduğundan ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktında qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğıınsuzluğları aradan qaldıra bilmir və sənədləşmə işi apara bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, JN-350 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X6 Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, bildirdi ki, Dövlət Aktında onun adı səhv olaraq “Ərizəçi1” oğlu əvəzinə “X5” oğlu kimi səhv yazılıb və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, bildirdi ki, Dövlət Aktında onun ata adı “Ərizəçi3” qızı əvəzinə səhvən “Ərizəçi3 Yunis” qızı kimi səhv yazılıb və ərizənin təmin olunmasını məhkəmədən xahiş edi. Məhkəmədə Ərizəçi2 oğlu ərizəni müdafiə edərək, bildirdi ki, Dövlət Aktında onun ata adı səhv olaraq “Ərizəçi2” oğlu əvəzinə səhvən “Ərizəçi2 Mövsüm” oğlu kimi səhv yazılıb və ərizənin təmin olunmasını məhkəmədən xahiş edi. Məhkəmədə şahid X2 bildirdi ki, onlar qohumdular neçə illərdir bir- birlərini yaxından tanıyırlar. Məhsumun sənədlərdə adı Ərizəçi1 kimi yazılır, Həzrət də onun oğludur. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və şahid X1 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.62 ha torpaq sahəsi Quba rayonu, Paşa-oba kənd sakinləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Maraqlı şəxs Ərizəçi1 ünvanladığı 10.11.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Quba rayonu, Paşa-oba kəndində qeydiyyatdadır. Adı- Məhsum, soyadı -Babayev, ata adı-Mövsüm qeyd edilib. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 10.08.1968-ci il tarixində anadan olmuş, Quba rayonu, Paşa-oba kəndində qeydiyyatdadır. Adı- Gülnarə, soyadı -Babayeva, ata adı-Yunus qeyd edilib. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1993-cü il tarixində Paşa-oba kəndində anadan olmuş, Quba rayonu, Paşa-oba kəndində qeydiyyatdadır. Adı- Həzrət, soyadı -Babayev, ata adı-Məhsum qeyd edilib Məhkəmədə müəyyən edildi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktı ilə 1.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu, Paşa-oba kənd sakinləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 oğlunun xüsusi mülkiyyətinə verilib, lakin Dövlət Aktında onlara aid hissələrdə ad, soyad, ata adı səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktı Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-350 KOD 30310038 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar