Məhkəmə qərarları › İş №2(027)-387/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-387/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-387/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0xx xxx 30304048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, mərhum anası "Tosoyeva Lütfi"yə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası Lütfi Tosoyeva xx xxxx 2020-ci il tanxdə vəfat etmişdir.Onun vərəsəsi olaraq anasından miras qalmış JN- 072F kod 30304048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-072F kod 30304048 saylı torpağa mülkiyyət hüququna dair dövlət şəhadətnaməsinə mülkiyyət əsasında ona məxsus olan 0,06 ha fərdi qaydada ev tikmək üçün torpaq sahəsini adına rəsimləşdirmək istəyir. Anasının adından mülkiyyət hüququna dair torpaq aktı və şəhadətnaməsi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, adı,soyadı və ata adını düzəliş etmək salahiyyəti olmadığından rəsmi **********94 nömrəli arayış verilmişdir. Yuxarda qeyd olunan mülkiyyət hüququna dair şəhadətnamədə mərhum anasının soyadı, adı və ata adı "Tosoyeva Lütfi" əvəzinə “X3” kimi qeyd olunmuşdur. Halbuki, onun ölümündən sonra X9 xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təhvil verilmiş şəxsiyyət vəsiqəsində və ona əsasən verilmiş ölüm haqında şəhadətnamədə soyadı "Tosoyeva Lütfi” qeyd olunmuşdur. JN-0xx xxx 30304048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-0xx xxx 30304048 saylı torpağa mülkiyyət hüququna dair dövlət şadətnaməsində anasının adı soyadı ata adı düzgün yazılmamasına görə hal-hazırda anasından miras qalmış həmin fərdi yaşayış evi üçün sənədlərini rəsimləşdirə bilmir. Məhkəmədə Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamı”nin surətindən görünür ki, Tosoyeva Lütfi xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş JN:072F KOD 30304048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X1 Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN:072F KOD 30304048 saylı Şəhadətnamə tərtib edilərək 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X6 JN:072F KOD 30304048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində ad və soyadda yaranmış uyğunsuzlugun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X1 Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən 0,06 ha torpaq sahəsi verilərək torpağın mülkiyyətə verilməsinə dair JN:072F KOD 30304048 saylı şəhadətnamə tərtib edilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN:072F KOD 30304048 saylı şəhadətnamədə “Tosoyeva Lütfi” əvəzinə səhvən “X3” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən torpağın mülkiyyətə verilməsinə dair JN:072F KOD 30304048 saylı şəhadətnamənin mərhum anası "Tosoyeva Lütfi"yə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni torpağın mülkiyyətə verilməsinə dair JN:072F KOD 30304048 saylı şəhadətnamənin “Tosoyeva Lütfi”yə məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair dair JN:072F KOD 30304048 saylı şəhadətnamənin “Tosoyeva Lütfi”yə münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar