Məhkəmə qərarları › İş №2(027)-395/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-395/2022

11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-395/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 0018 KOD 30304018 saylı Torpağa mülkiyyət hüququna X18 və JN-451F, KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona-Ərizəçi Mehyəddin qızına və mərhum atası X2, mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN 0018, KOD 30304018 saylı Torpağa mülkiyyət hüququna X18 və JN- 451, KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona Ərizəçi və mərhum atası X2, mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Alekseyevka kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN-0018, KOD 30304018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və həmin ərazidən eyni qərarla 0.16 ha həyətyanı torpaq sahəsi verilərək JN- 451F KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Dövlət Aktı və Şəhadətnaməni alandan sonra məlum olmuşdur ki, hər iki sənəddə mərhum atasının ata adı Camaləddin əvəzinə səhvən Cəmaləddin, mərum anasının adı Minafər əvəzinə Dövlət Aktında səhvən Minavər, şəhadətnamədə isə səhvən Minnəvər yazılmışdır. Torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə çıxarış almaq məqsədi ilə müraciət etsə də uyğunsuzluq olduğundan ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını və Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmirlər məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0018 KOD 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X18 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5, X9 və X6 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,63 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında X1 oğlunun ata adı “Cəmaləddin” kimi, X3 adı “Minavər” kmi kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-451F KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7, X8 və X6 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,16 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə X3 adı “Minnəvər” kimi qeyd olunmuşdur. İş materiallarında olan 24.11.1975-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı, 279736 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 10.08.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan 27 avqust 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 567836 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 12.05.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 21.10.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 211612 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 02.10.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəsinin 14.02.2022-ci il tarixli, 142 saylı arayışından görünür ki, Məmmədova (Səfərova) Zəminə Məhəmməd qızı 12.05.2003-cü il tarixdə vəfat etmiş Məmmədova Minafər Mehyəddin qızının və 02.10.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs 06.12.2021-ci il tarixli, **********16 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0018 KOD 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X19 və JN-451F KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN 0018 KOD 30304018 saylı Torpağa mülkiyyət hüququna X18 və JN-451F, KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X2 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN 0018 KOD 30304018 saylı Torpağa mülkiyyət hüququna X18 və JN-451F, KOD 30304018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X2 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar